Yuyçzülyü Vuti
Yuyçzülyü Vuti (v. 444) — Jujan dilindəki adı ilə "Göy xaqan" 429-cu ildə atasından sonra taxta çıxmış jujan xaqanı idi.
432-ci ildə Şimal Vey sülaləsi ilə sülh imzalayıb imperatorun bacısı Sixay Qunçju ilə evlənmişdi, bacısı isə Toba Taivu ilə evlənmişdi. Bu evlilikdən oğlu Toba Yu doğulmuşdu. Lakin 4 il sonra sülhü pozaraq hücuma keçən xaqan 440-cı ildə Şimal Veyin müttəfiqi Şimal Lianq krallığı ordusuna məğlub olaraq qaçdı. 444-cü ildə Toba Taivunun son yürüşündə məğlub olaraq öldürüldü. Yerinə oğlu Tuxeçjen keçdi.