VƏHHABİLİK

is. XVIII əsrin sonlarında Mərkəzi Ərəbistanda yaranmış dini-siyasi cərəyan.
VƏHHABİ
VƏHM
OBASTAN VİKİ
Vəhhabilik
Vəhhabilik və ya vəhhabizm (ərəb. الوهابية‎ ; əl-Vəhhabiya) — islamda XVIII əsrdə formalaşmış dini və siyasi hərəkatdır. Batil firqələrdən biridir. Hərəkat İbn Teymiyyənin (1263–1328) davamçısı olan Məhəmməd ibn Əbdülvahhabin (1703–1792) şərəfinə adlandırılmışdır. Əslində, "vəhhabilik" termini təsisçinin şəxsi adından deyil, onun "ibn Əbdülvahhab" – "Vahənin qulunun oğlu" nəsəbindən yaranmışdır. Nəsəbin ikinci hissəsi olan "əl-Vəhhab" Allahın adlarındandır. Bəzi müsəlmanlar bu adlandırmanı Allaha qarşı təhqir hesab edirlər. Məhəmməd ibn Əbdülvəhhab həqiqi islamın yalnız Məhəmməd peyğəmbərin ardıcıllarının ("əs-sələf əs-salih") ilk üç nəsli tərəfindən tətbiq edildiyinə inanırdı və sonrakı bütün yeniliklərə etiraz edərək, onları kənar qüvvələr tərəfindən yeridilən bidət hesab edirdi. Bəzi etnoqrafların baxış bucağına görə, vəhhabilik nisbətən yeni cərəyandır. Onlara görə, vəhhabilik şəhər sakinlərinin sərvətinə etiraz olaraq ifadə edilir.

Digər lüğətlərdə

вля́пываться доса́довать полусерьёзно проку́да сля́мзить суво́ровец хлорофо́сный черни́ка бу́дущий возъ... вскри́кивание крои́льный пингви́н столо́вский суперстра́т татуа́ж уши́в арба намекать прелесть чирать contra-bassoon horrifying irrecusable Southend on Sea