Azadlıq meydanı (Bakı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Azadlıq meydanı
Ümumi məlumatlar
Ölkə
Rayon Səbail rayonu
metro Sahil, 28 May
Əvvəlki adı Lenin meydanı

Azadlıq meydanıBakının ən böyük meydanı, SSRİ dövründə Lenin meydanı adlanırdı[1].

Tarixi

1952-ci ildə Bakının mərkəzində Hökumət Evinin tikintisindən sonra, meydanın salınmasına başlanıb. 1960-1970-ci illərdə salınmış meydanın qarşısında Leninin heykəli ucalırdı.

Meydan hərəkatı

İlk dəfə 1988-ci ilin meydan hadisələri zamanı Lenin meydanı Azadlıq meydanı adlandırılmağa başladı. 20 yanvar hadisələrindən sonra isə meydanın yeni adı xalq tərəfindən birmənalı qəbul edildi. Daha sonra isə rəsmiləşdirildi. Meydanın qarşısında Hökumət evinin fasadında Leninin nəhəng heykəli aşırıldı. Bu gün onun yerində Azərbaycan bayrağı dalğalanır[2].

1988-ci il, noyabrın 17-də Bakının əsas meydanında Mərkəzi komitənin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı. Xalq hərəkatı Bakının ən böyük meydanına yüz minlərlə, hətta statistik məlumatlara görə milyonlarla insanın toplaşması ilə başladı.

Həmçinin bax

İstinadlar

  1. Milli qurur günümüz...[ölü keçid]
  2. Lenin yaşayıb, yaşayır(?), yaşayacaq(?)[ölü keçid]