Yaşıl yarpaq, qızılgül

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Yaşıl yarpaq, qızılgülAzərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Ümumi məlumat

Qədimlərdə əkin başlananda, torpağa xış-kotan ağzı dəyəndə əsil bayram olduğu kimi əkin qurtaranda da müxtəlif mərasim və şənliklər keçirilərdi. Şum qurtarandan sonra qız-gəlinlər tellərinin uclarını gül-çiçəklə bəzəyər, çəmənlikdə "Yaşıl yarpaq, qızılgül" oyunu oynayardılar.

Oyunun qaydaları

Bir neçə uşaq cəm olub sanama yolu ilə usta(başçı, ya molla) seçirlər.

Oyun iştirakçıları dairə vurub bir-birinin əlindən tuturlar. Sonra usta(başçı, ya molla) bir bənd mahnı oxuyar, qalanları isə əl çala-çala "yaşıl yarpaq, qızılgül" deyərlər. Daha sonra isə ustanın(başçının, ya mollanın) göstərişi ilə oyun iştirakçılarının hərəsi bir bənd mahnı oxuyar, qalanları isə əl çala-çala "yaşıl yarpaq, qızılgül" deyərlər.

Oymaqdan, ay oymaqdan,
Öldüm xına qoymaqdan.
Barmaqlarım yanıbdı
Çubuğa od qoymaqdan.

Hamı:

Yaşıl yarpaq, qızılgül.

Köynəyi yaşıl oğlan,
Gəl gey, yaraşır, oğlan.
Anam sənə qız verməz
Gəl məni qaçır, oğlan.

Hamı:

Yaşıl yarpaq, qızılgül.

Oyun beləcə davam edir. Mahnı oxumağa söz tapa bilməyən oyunçu oyundan çıxarılır. Sona qalan oyunçu qalib sayılır.

Mənbə

Xarici keçidlər