Yoldaş, səni kim apardı?

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Yoldaş, səni kim apardı?Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir[1].

Oyunun quruluşu

Əvvəlcə dəstəbaşı (usta, başçı, molla və ya hakim) seçilir. Dəstəbaşı (usta, başçı, molla və ya hakim) iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar iki dəstəyə bölünürlər.

Dəstələr sıra ilə ard-arda düzülürlər. Geridə düzülmüş dəstədən bir uşaq gəlir, onlardan birinin arxasından irəli itələyib aparır. Aparılan uşaq geri baxmamalı, ancaq himlə onu aparan uşağı tanımalıdır.

Yoldaşlarından biri aparılan uşağa bərkdən deyir:

- Yoldaş, səni kim apardı?

Uşaq aparanı tapa bilsə, onu da götürüb öz yoldaşlarının içinə qayıdır, dəstədə bir nəfər artır. Yox, uşaq tapa bilməsə, aparan uşaq onu götürüb öz dəstəsinə qayıdır. Bu qayda ilə oyunda uşaqların hamısı iştirak edir. Hansı dəstənin uşaqlarının hamısı o biri dəstəyə keçsə, o dəstə uduzmuş olur.

Mənbə

  1. Şifahi xalq ədəbiyyatı, Uşaq folkloru. "Altun kitab" nəşriyyatı, Bakı-2007. səh. 62.