Şəki xanlarının sarayı

Şəki xan sarayı (həmçinin Şəki xanları sarayı)[7][8]Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun[9] ərazisində yerləşən saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə fars üslubunda[3][4] inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir.

Şəki xan sarayı
Xəritə
41°12′16″ şm. e. 47°11′54″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şəki Şəki
Yerləşir Şəki
Aidiyyatı Yuxarı-Baş Dövlət Tarix-Memarlıq Qoruğu
Memar Hacı Zeynalabdin Şirazi[qeyd. 1]
Sifarişçi Məhəmmədhüseyn xan Müştaq[1]
Əsas tarixlər 1848-1851 — restavrasiya
1955-1965 — restavrasiya
24 oktyabr 2001UNESCO Ümumdünya irsinə namizədlə siyahısına salınıb
2002 — restavrasiya
Tikilmə tarixi 1761-1762[2]
Üslubu Fars üslubu[3][4][5]
Hündürlüyü 10 m
Uzunluğu 30 m
Sahəsi
  • 120,5 ha
  • 146 ha
Vəziyyəti muzey
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace
TipiMədəni
Kriteriyaii, v
Təyin edilib2019
İstinad nöm.1549
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.20
KateqoriyaSaray
ƏhəmiyyətiDünya əhəmiyyətli
Şəki Xan Sarayı (Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu)
Şəki Xan Sarayı
Sarayın birinci və ikinci mərtəbələrinin planı[6]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

30 metr uzunluğa malik olan iki mərtəbəli saray 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulmuşdur.

Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri[10] olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən biri[11] hesab edilir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray Ümumdünya irsidir.[12]

Qafqaz Komandanı Aleksey Yermolovun göstərişi ilə general-mayor Fyodr Axverdov və dövlət şurasının müşaviri Mogilevski tərəfindən hazırlanmış "Şəki əyalətinin təsviri"ndə (Tiflis, 1866) bütövlükdə saray kompleksinin təsviri verilmişdir. Həmin hesabata əsasən kompleksə daxil olmuş bir çox tikililərin ilkin təyinatını müəyyənləşdirmək mümkündür.[13] Həmin diyarda olmuş general N.N.Rayevskiy 1826-cı ildə yazır: "…Orada yerləşən həmin diyarın keçmiş xanlarının sarayı haqqında Baxçasaray sarayı yalnız zəif təsəvvür yaradır…"[14]

1834-cü il avqustun əvvəllərində Şəkidə olmuş dekabrist A. Korniloviç Qubadan qardaşına məktub yazmışdı. Məktubunda 1828-ci ilə kimi Şəki əyalətinin özünün hakimi olduğunu qeyd edən Korniloviç sarayı belə təsvir edir:

" Nuxada, əsas şəhərdəki qalada onların indi iş yerinə çevrilmiş sarayını gördüm. Bir neçə pilləkən və hündür portik bağ salınmış geniş dördbucaqlı həyətə aparır: qeyri-adi simmetriya ilə düzülmüş on altı italyan qovağı bağı dörd xiyabana bölür. Bağın kənarlarında saray əyanları, xanın həyat yoldaşları, onların qulluqçuları və digər qulluqçuların yaşadığı fligel binalar yerləşir; onların arxasında bir yarım insan boyu hündürlüyündə terrasa, həmin terrasada iki böyük çinarla əhatə olunmuş üç fəvvarəli hovuz, hovuzun arxasında isə saray binası yerləşir. Saray tərk edilmiş olsa da, daxildən keçmişin saxlanılmış möhtəşəmliyi ilə görənləri valeh edir. Mən, dar, qaranlıq, daş pilləkənlə (ümumiyyətlə Asiyanın hər yerində pilləkənlər çox pisdir) keçərək bütün rəng çalarlarının əks olunduğu qəbul otağına keçdim, həmin otağın sağ və solunda divar yerinə qoz ağacı və kiçik rəngli şüşələrdən yığılmış ən incə naxışlarla bəzədilmiş pəncərəli otaqlar yerləşir. Otaqlar, divarlar və gümbəz yuxarıda dediyim kimi rəngarəng şüşələrlə bəzədilmişdir: onları birləşdirən karnizdə rəsmlər vardır: xanlar və onların əyanlarının dağ quldurları (avarlar, kimıklar) və meşə heyvanlarına (ayılar, kabanlar və sair) qarşı mübarizələri.[15] "

1846-cı ildən Zaqafqaziya diyarında xidmət etmiş Andrey Fadeyev xatirələrində şəhəri təsvir edərkən, sarayın xarici göünüşü, daxili bölgüsü, naxışları, barelyeflər və "fars atlıları və asiya döyüşlərinin təsvirlərinin mükəmməl saxlandığı" şərq rəssamlığından da yazır.[16] 1849-cu ildə yazıçı A. Zisserman Nuxa şəhərinə (Şəki şəhərinin 1968-ci ilə kimi rəsmi adı) səfər edir. Şəhər haqqında danışarkən, o, sarayı da xatırlayır. O, qeyd edir ki, ağlayan söyüdlərlə əhatələnmiş mərmər fəvvarələr, rəngarəng şüşələr, otaq sobaları üzərindəki yapma bəzəklə, qapı və pəncərələrdəki taxta oymaları "xan dəbdəbəsi və sarayın keçmiş möhtəşəmliyini xatırladır."[17]

Saray İlya Berezinin 1850-ci ildə nəşr olunmuş "Dağıstan və Zaqafqaziyaya səyahət" adlı kitabında da xatırlanır.[18] "Qafqaz" qəzetinin 1852-ci ildə çıxarılmış 22-ci nömrəsində Divan bəy tərəfindən sarayın təsviri çap edilmişdir.[19] 1858-ci illərin sonlarında Şəkidə olmuş Aleksandr Düma da saray haqqında bəzi məlumatlar verir. "Bu sarayda dünyaya göz açmış", "sonuncu Nuxa xanının" nəvəsi olan və "böyük knyazların köçməsindən sonra burada yaşamağa başlamış" mayor Məhəmməd xanla görüşündən danışan Düma, həm də "yalnız 1827-ci ildən…rusların hakimiyyəti altına keçmiş" saray binasının özünü də təsvir edir:

" Bu tipdə olan bütün binalar kimi, xan sarayı da şəhərin ən yüksək yerində inşa edilib. Yeni memarlığa xas saray, 1792-ci ildə Məhəmmədhəsən xan tərəfindən inşa etdirilmişdir...Saray heyranedici tikilidir. Bu tikilini və onun gözəl islimilərini yalnız fırça təsvir edə bilər. Burada yaşamış böyük knyazların gəlişi tərəfinə sarayın interyerləri köhnə təsvirlər əsasında bərpa edilmişdir. Düzdür, bütün bina yox, yalnız onun aşağı mərtəbələri bərpa olunmuşdur...Hələlik, qoy Tanrı Nuxadakı heyranedici sarayı vandallardan qorusun.[20] "

Hərb tarixçisi Vasili Potto XIX əsrin sonlarında yazdığı "Qafqaz müharibəsi" adlı kitabında Şəki xanlığının paytaxtının ruslar tərəfindən işğalını təsvir edərkən, xan sarayını da qeyd edir. O, sarayı "şərq sibaritinin nümunəvi yaşayış yeri" adlandıraraq yazır ki, burada hər şey "qəribə, orijinal fars zövqü ilə işlənmişdir: ağlayan söyüdlərlə əhatə olunmuş mərmər hovuz, incə pəncərələrdəki rəngarəng şüşələr, güzgü hissələrindən yığılmış tavanlar, qapılar, karnizlər, pəncərə və otaq sobalarını bəzəyən mükəmməl yapma naxışlar".[21]

Britannika Ensiklopediyasının 1890-cı ildə çıxarılmış doqquzuncu nəşrindəki "Nukha" adlı məqalədə xan sarayından da bəhs olunur. XIX əsrin sonu – XX əsrin əvvəllərində nəşr olunmuş Brokhauz və Efronun ensiklopedik lüğətində saray haqqında yazılır: "Qala divarları və fars üslubunda xan sarayı şəki xanları tərəfindən 1765-ci ildə inşa etdirilmişdir."[5] Şəki xan sarayı Lev Tolstoyun "Hacı Murad" povestində də xatırlanır.[22] Saray, fransız tarixçi və coğrafiyaşünas Elize Reklünün 1878-ci ildə nəşr olunmuş "The Earth and Its Inhabitants: Asiatic Russia: Caucasia, Aralo-Caspian Basin, Siberia" adlı kitabında da xatırlanır.[23] Britaniya jurnalisti Henri Norman "Russia of To-Day" adlı məqaləsində Tiflisin "xalçalarla dolu" bazarını təsvir edərkən "keçmiş Persiya vassalı olan xanların Nuxadakı sarayından" gətirilmiş parçadan da yazır.[24] Rusiya diyarşünası İ.L.Seqal[25] yazır ki, 1797-ci ildə Məhəmmədhəsən xan "o zaman üçün möhtəşəm olan xan sarayı" inşa etdirmiş və 32.000 çervona başa gələn saraya görə xan xəzinəsi boşalmışdır. O, həm də qeyd edir ki, sarayın memarı məşhur Şiraz memarı Hacı Zeynal-Abdul olmuş və saray fars şahlarının yay saraylarının birindən kopyalanmışdır.[26]

Saray XIX əsrin sonu - XX əsrin əvvəllərində

Məlumdur ki, saray, XVIII əsrdə inşa edilmişdir.[27][28] Şandor Rado qeyd edir ki, saray 1760-cı ildə Hüseyn xan tərəfindən inşa etdirilmiş, qısa müddət sonra isə yenidənqurma işləri aparılmışdır.[3] Bədii Ensiklopediyada sarayın inşa tarixi 1791/92-ci illər kimi göstərilir.[29] Azərbaycan Sovet Ensiklopediyasında sarayın XVIII əsrin 60-cı illərində Hüseyn xan Müştaqın sifarişi ilə inşa edildiyi göstərilir.[30]

Brokhauz və Efronun Ensiklopedik Lüğətində saray və qala divarlarının eyni vaxtda – 1765-ci ildə inşa edildiyi göstərilir.[5] Britannika Ensiklopediyasının 1890-cı il nəşrində qeyd edilir ki, qala divarları 1765-ci ildə, saray isə həmin tarixdən bir müddət sonra inşa edilmişdir.[31] Britannikanın 1911-ci il nəşrində isə sarayın 1790-cı ildə inşa edilməsi yazılır.[4] Konstantinov da "Nuxa" adlı məqaləsində sarayın 1790-cı ildə inşa edildiyini yazır.[32] Lakin, elə həmin il, başqa bir məqaləsində o, sarayın 1797-ci ildə kor Məhəmmədhəsən xan tərəfindən inşa edildiyini yazır.[25] Rusiya diyarşünası İ.L. Seqal isə sarayın 1797-ci ildə Məhəmmədhəsən xanın sifarişi ilə inşa edildiyini, inşaat işlərinin 32.000 çervondan baha başa gəlməsi və xanlıq büdcəsini boşaltması, saray binasının isə fars şahlarının yay saraylaının birindən kopyalanmasını qeyd edir.[26] O, həm də vurğulayır ki, inşaatın tamamlanmasından sonra Məhəmmədhəsən xan görmə qabiliyyətini itirmişdir, lakin Məhəmmədhəsən xanın gözləri Ağa Məhəmməd şah Qacarın göstərişi ilə onun Tərkeşdə olan sərkərdəsi Dəvəli Mustafa ağa tərəfindən 1795/96-cı illlərdə (hicri 1206) çıxarılmışdır.[25]

Sonrakı tədqiqatlar əsasında müəyyən edilmişdir ki, saray, 1797-ci ildə[13][33] memar Hadali Zeynalabdin Şirazi[34][35] tərəfindən (Konstantinova görə "Hacı Zeynalabdin"[25], İ. S. Seqala görə Hacı Zeynalabdul[26]) inşa edilmişdir. Memarlıq tarixçisi M. A. Hüseynovun sözlərinə görə, sarayın inşaat tarixi 1762–1797-ci illər arasında dəyişir.[13] O, həm də, sarayın Şəki xanlığının banisi Hacı Çələbi xanın nəticəsi Məhəmmədhəsən xan[36] tərəfindən inşa etdirildiyini yazır. M. A. Hüseynovun fikrincə bu xan sarayında "XVIII əsr sarayları üçün xaraketerik olan parlaq xüsusiyyətləri əks etdirir."[36]

AMEA Əlyazmalar İnstitutu tərəfindən 1979-cu ildə yığılaraq nəşr olunmuş "Maddeyi-tarix" adlı farsdilli əlyazmada (xəttə əsasən müəllifin Salman Mümtaz olması ehtimal edilir) verilən məlumata görə, sarayın inşası hicri 1204-cü ildə (miladi 1789–1790) başlamışdır. Həmin əlyazmadaca 1240-cı ilin ramazan ayında (aprel-may 1825) sarayda yanğın baş verməsi haqqında məlumat verilir.[37] Əlyazmada saray həm də "Divanxana", yəni şəhər məhkəməsi binası kimi qeyd edilir. Xanın yaşadığı saray binasının həm də şəhər məhkəməsi kimi fəaliyyət göstərməsi haqqında XIX əsr rus müxbir Nikolay Bersenov da məlumat verir.[38] Bəzən saray, xanın yay iqamətgahı kimi də qeyd edilir.[39]

Sonrakı tarixi

[redaktə | mənbəni redaktə et]

Qalanın 1853-cü ildə tərtib edilmiş planına əsasən orada xan ailəsi üçün nəzərdə tutulmuş müxtəlif binalar yerləşirdi.[33] Qalada saray kompleksindən başqa xəzinə, baraklar, həbsxana və 1828-ci ildə xan məscidinə çevrilmiş ortodoks kilsəsi yerləşirdi. Sarayın ilkin təsvirləri izləyicilərdə böyük təəccübə səbəb olurdu.[40] Aleksandr Düma, Aleksandr Korniloviç, Andrey FadeyevArnold Zisserman sarayı təsvir etmiş, Lev Tolstoy, Nikolay Rayevskiy, İlya Berezin, Elize Reklü və başqaları onun haqqında məlumat vermişlər.

Azərbaycan SSR dövründə[41] saray muzey statusu almışdır. 1945-ci ildə şərqşünas və sənətşünas L.S.Bretanitskiy saray haqqında namizədlik dissertasiyası yazır. İşini tamamladıqdan sonra, o, bu mövzuya həsr edilmiş məqalə nəşr etdirmiş və sarayı "Azərbaycanın XVIII əsrgörkəmli memarlıq-incəsənət nümunəsi"[42] adlandıran incəsənət tarixçisi B.V.Veymarna müraciət edir.

1946-cı ildə Konstantinov "Nuxa" adlı məqaləsində yazır: "Fars memarlarının zövq və dəbdəbə zirvəsi olan bu möhtəşəm saray 1790-cı ildə Şiraz sakini Hacı Zeynal Abdin tərəfindən inşa edilmişdir."[25]

1947-ci ildə sarayı ziyarət etmiş şair Nikolay Tixonov "Yollar-cığırlar" adlı avtobioqrafik hekayəsində yazır: "Xan sarayının mahiranə və müxtəlif naxışları ilə heyranedici divar rəsmləri yaxşı saxlanmışdır, onlar bizi əmin edir ki, qədim Nuxada incəsənət inkişaf etmiş, poeziya və fəlsəfə yüksək qiymətləndirilmişdi."[43][44]

1968-ci ildə Şəkinin saray da yerləşən Yuxarı-Baş adlı tarixi hissəsi tarix-memarlıq qoruğu elan edilmişdir.[12] 24 oktyabr 2001-ci ildə Şəkinin tarixi hissəsi ilə birlikdə xan sarayı da UNESCO Ümumdünya irsi siyahısına salınmağa namizəd göstərilmişdir.[12] 1 avqust 2010-cu ildə UNESCO-nun Baş direktoru İrina Bokova Azərbaycana rəsmi səfəri çərçivəsində Şəkidə olarkən Xan sarayını da ziyarət etmişdir.[45] 2019-cu ildən etibarən saray Şəkinin tarixi mərkəzi ilə birlikdə Ümumdünya irsidir.[12]

4 iyul 2012-ci ildə Şəki şəhərində sarayın 250 illiyi təntənəli tədbirlə qeyd edilmişdir. Mərasimdə 30-a yaxın ölkənin və beynəlxalq təşkilatların Azərbaycandakı səfirləri, o cümlədən ölkənin nüfuzlu elm, mədəniyyət və incəsənət xadimləri, həmçinin, Milli Məclisin deputatları iştirak etmişlər.[46]

2019-cu il iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid çinar ağacının təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.[47] Onlardan biri bir gün sonra həyatını itirib.[48] Ağacın budağının qırılıb yerə düşməsi nəticəsində Şəki Xan Sarayına ciddi ziyan dəyməsə də, çardaq hissəsində bir neçə kirəmit qırılıb.[49]

Restavrasiyalar

[redaktə | mənbəni redaktə et]

Şəki qalasında ucaldılmış və bir neçə binadan ibarət olan saray kompleksindən dövrümüzə yalnız iki mərtəbəli saray binası çatmışdır.[30] İnşa edildiyi dövrdən sonra bina dəfələrlə təmir və yenidənqurma işlərinə məruz qalsa da, bütün bu işlər onun xarici görünüşünə ciddi təsir etməmişdir.[34] Şəki xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra, saray yerli idarənin tabeliyində olmuş və dəfələrlə təmir edilmişdir.[26] 1848–1851-ci illərdə Hüseyn xan Müştaqın nəvəsi, şair Kərim ağa Fateh tərəfindən sarayda bərpa işləri aparılmışdır.[30]

25 aprel 1921-ci ildə Averkom plenumunda "xan sarayının düzəldilməsi" məsələsi müzakirə olunmuş və aşağıdakı qərar qəbul edilmişdir: "Xan sarayının düzəldilməsi Azverkomun əvvəlki qərarına əsasən Narkomprosomun öhdəsinə düşür. Şuşa və Şəkidəki xan saraylarının düzəldilməsi üçün Narkomprosomun büdcəsindən 25 milyon rubl ayrılmışdır."[50] Ümumbirlik Memarlıq Akademiyası kommisiyasının 13 mart 1939-cu ildə keçirilmiş iclasına memar Pyotr Baranovski tərəfindən bərpa layihəsinə baxışa əsaslanmış hesabat təqdim edilmişdi.[51]

1950-ci illərdə sarayda bərpa işləri aparılmışdır.[52] Bərpaçı-rəssam İ. Baranovun işi haqqında sənətşünas Valentina Antonova yazır ki, "Nuxadakı XVIII əsrə aid xan sarayının divar rəsmlərinin səs-küylü şərq baarını xatırladan şıltaq və şux rəngli döyüş səhnələri canlanmışdır."[53] 1955–1965-ci illərdə sarayda memar Niyazi Rzayevin layihəsi və rəhbərliyi ilə bərpa işləri aparılmış, həmin dövrdə sarayda rəssam F. Hacıyev və şəbəkəçi A. Rəsulov çalşmışlar.[30]

2002-ci ildə "Mədəni irsin mühafizəsi" layihəsi çərçivəsində sarayda bərpa işlərinə başlanmışdır.[54]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Birinci mərtəbənin əsas zalının şimalında yerləşən alkovu fəvvarə və buxarı
Birinci mərtəbənin əsas zalının cənubunda yerləşən şəbəkəli fəvvarə

Planlaşdırma və daxili tərtibat

[redaktə | mənbəni redaktə et]

Bina 31.7 metr uzunluğa, 8.5 metr enə və 10 metr hündürlüyə malikdir. Hər mərtəbənin hündürlüyü 3.35 metrdir. Həm fasad, həm də plan həlli xüsusiyyətlərinə görə saray binası simmetrikdir. Vertikal olaraq binanın ikinci mərtəbəsi birinci mərtəbənin planını təkrarlayır. Otaqlar uzun ox üzrə bir cərgədə yerləşir. Hər iki mərtəbənin mərkəzində alkovlu otaq yerləşir ki, tədqiqatçılar həmin otaqların qəbul üçün istifadə olunduğunu düşünürlər. Zalın kənarlarında dəhlizlə ayrılmış daha kiçik otaqlar yerləşir. Həmin otaqların ikinci dərəcəli qonaqlar üçün nəzərdə tutulduğu düşünlür.[55]

Sarayın hər iki mərtəbəsinin əsas zalı oxşar planlaşdırma xüsusiyyətinə malikdir: onların şimal tərəfində küncdə vitrajlı cənub pəncərələrinə açılan kiçik otaqlar yerləşir. Bunun sayəsində hər iki zal iki müstqil plafona malikdir: şimal divarı tərəfdə dərin nişin və zalın əsas hissəsinin plafonu. Sarayın divarları rəf[qeyd. 2] adlanan dərin frizlə iki yarusa bölünmüşdür. Aşağı yarus nişləri adətən düzbucaqlı olmaqla stalaktitlətlə tamamlanır, yuxarı yarus nişləri isə stalaktitsiz oxvari tamalanmaya malikdir.

Birinci mərtəbənin zal və yan otaqlarının şimal divarlarında otaq sobası – buxarı yerləşir. İkinci mərtəbənin zalı isə buxarıya malik deyildir. Sarayın dörd otağının divarları və plafonları rəsmlərlə örtülmüşdür. Birinci mərtəbənin iki yan otağının divarlarında rəsmlər yoxdur, lakin onların divarları rəsm çəkilməsi üçün hazırlanmışdır: interyerlərdə rəngli kontur izləri vardır. Yalnız birinci mərtəbənin zalı taxta plafona malik olmaqla rəsmlərlə örtülmüşdür. Plafon və divarların birləşmə yerləri bütün otaqlarda stalaktitlərlə bəzədilmişdir. Sonrakı dövrlərdə binaya edilmiş dəyişik və əlavələr onun ilkin görünüşünə ciddi xələl gətirməmişdir.[56]

İnşa texnikası və xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
İkinci mərtəbənin kiçik zalının cənub fasadına çıxan locciyanın güzgülü stalaktitləri və şəbəkəli pəncərə və qapıları

Şəki qalasının 6 hektar olan kifayət qədər böyük ərazisində məscid istisna olmaqla saray xidmətçiləri üçün nəzərdə tutulmuş heç bir bina dövrümüzə çatmamışdır. Saray və onu əhatə edən daş divarların eyni dövrdə inşa edilməsinə şübhə edənlər də vardır.[55] Sarayın divarları 40–60 sm enə malik, kobud çaydaşı və əhəng məhlulu qarışığından hörülmüş təməl üzərində ucaldılmışdır. Divarlar 20 x20 x4 sm ölçülərə malik bişmiş kərpiclərdən hörülmüşdür.[33]

Divar hörgüsünün xarakteri, birinci və ikinci mərtəbə divarlarının materiallarındakı fərqlər və mərtəbələr arasındakı tamamilə yaramaz əlaqəyə əsasən demək olar ki, sarayın əvvəlcə bir mərtəbəli olması nəzərdə tutulmuş, lakin, sonradan ikinci mərtəbə də inşa edilmişdir. Lakin, həm də qeyd edilir ki, binanın fasadı əlavə inşa işlərindən xələl görməmiş, tam və yekunlaşdırılmış görünüşə malikdir.[55]

İkinci mərtəbənin kiçik zalının şəbəkə pəncərələri
Sarayın şəbəkə pəncərəli dəhlizi

Əsas (cənub) fasadda memar binanın mərtəbəlik və daxili planlaşdırmasını dəqiq müəyyən etmişdir. Girişlər stalaktitli tağlara malik nişlərlə vurğulanmışdır. İkinci mərtəbədə girişlər üzərində stalaktitli tağla tamamlanmış locciyalar vardır. Onlar hər iki girişi vurğulamaq üçün əlavə variant kimi istifadə olunmuşdur. Girişlərin nişi incə naxış kəməri ilə bir-biri ilə əlaqələndirilmişdir. Onlar böyük zalların şəbəkə-pəncərələrinin yerləşdiyi sarayın mərkəzi hissəsini müəyyən edir.[55] Sarayın əsas fasadının memarlıq həlli daxili planlaşdırma strukturunu dəqiq şəkildə əks etdirir. Cənub fasadında orta zallar, yan otaqlar və girişlər ayrılmışdır.[33]

Memarlıq baxımından saray, bir neçə yaxın analoqlara malikdir. Bu memarlıq-bədii dairə üslub baxımından İrəvanda olmuş Sərdar sarayı və son Səfəvilər dövrünün bağ-park pavilyonları, genetik baxımdan isə Şəkinin mülki memarlıq abidələri, o cümlədən bir qədər aralıda yerləşən Şəkixanovların evi ilə yaxındır.[34]

Saray sadə kompozisiyaya malikdir – bir sırada yerləşmiş üç otaq bir-birindən dəhlizlərlə ayrılmışdır. Hər iki mərtəbədə dərin nişlərə (bir böyük iki kiçik olmaqla) malik parad otağı xarakterli zal yerləşir. Birinci mərtəbənin böyük zalı rəsmi qəbullar üçün istifadə edilmişdir.

Aşağı yarusun tağ timpanları sqraffito texnikası[33] ilə işlənmiş mürəkkəb təsvirli nəbati naxışlar və rəsmlərlə doldurulmuşdur. Birinci mərtəbənin zalının plafonu müxtəlif həndəsi fiquru taxta hissələrindən yığılmışdır.

Saray binasında divarlar, zallar və otaqların pəncərə çərçivələri vitraj xarakterli şəbəkə-pəncərələrlə tamamlanmışdır. Şəbəkə-əncərələrin rəngarəng şüşələrlə tamamlanmış həndəsi naxışları sarayln əsas fasadının ümumi kompozisiyasını tamamlayır. Zallar və otaqların bütov şəbəkə pəncərələri əsas fasada açılır, onlar arasında isə girişlər və eyvanların güzgülü stalaktitlərlə tamamlanan dərin nişləri yerləşir. Şəbəkələrin naxışları xalq rəssamları tərəfindən kiçik taxta detallarından yapışqan və mismar istifadə edilmədən, keçirmə üsulu ilə yığılmışdır.[33] Hər iki mərtəbənin əsas zalları və yuxarı mərtəbənin yan otaqlarının xarici divarlarının tam vitraj pəncərələrlə əvəzlənməsi bu sarayın əsas memarlıq xüsusiyyəti hesab edilir.[34]

Divar rəsmləri

[redaktə | mənbəni redaktə et]
Sarayın fasad rəsmləri

Sarayın hər iki mərtəbəsinin mərkəzi zalları və ikinci mərtəbənin yan otaqlarının bütün divar səthləri, nişlər, divarlardan plafonlara stalaktit formalı keçidlər və plafonlar rəsmlərlə örtülmüşdür. Saray rəsmləri dörd qrupa bölünür: həndəsi və nəbati naxışlardan ibarət rəsmlər, süjetli rəsmlər, heyvan rəsmləri və bitki və heyvanların birgə təsvir edildiyi rəsmlər.[55] Xan sarayının rəsmləri üçün həm də qızılı rəngin geniş istifadəsi xarakterikdir. Rəsmlər gips levkası üzərində o dövrün bütün divar rəsmləri kimi yumurta temperası ilə yerli tonlarla işlənmişdir. Rəssamlar qızılı, firuzəyi, qırmızı, bənövşəyi və sarı rənglərə üstünlük vermişlər.[30].

Əsas fasad zəngin bəzədilmişdir. Sqrafitto üsullu və relyefli rəngli üzlüklə işlənmiş həndəsi və nəbati naxışlar, stalaktitli tağlar və rəngarəng yığma şəbəkəli vitrajlar sarayın fasadına qeyri-adi bayram əhvalı verir.[55] Aşağı mərtəbənin pannolarında həyat ağacına üzünü tutmuş, bir zamanlar Azərbaycanda müqəddəs hesab edilən tovuzquşuları təsvir edilmişdir.[34]

Sarayın daxili də divar rəsmləri və naxışlarla bəzədilmişdir; nişlər (taxça), buxarı, tavanlar, stalaktitli karnizlər, işıqlandırma naxışlı şəbəkə-pəncərələrin rənglü şüşələri vasitəsiylə həyata keçirilir – bütün bunlar birlikdə dəbdəbəli saray mühiti yaradır. Mərtəbələr elə böyük hündürlüyə malik olmasa da (cəmi 3.35 m) memar ustalıqla illüziya vasitəsiylə hündür təəssürat yarada bilmişdir.[55]

İnteryerləri bəzəyən rəsmlər müxtəlif dövrlərdə və müxtəlif rəssamlar tərəfindən işlənmişdir; onlar arasında "firəng" rəssamları (Avropa rəssamları nəzərdə tutulur) tərəfindən işlənmiş və aşağı zalın plafonunun stalaktitlərində saxlanmış rəsmlər, Şuşadan olan məşhur rəssam Usta Qənbər, onun qardaşı Usta Səfər və oğlu Şükür tərəfindən işlənmiş rəsmlər, Şamaxıdan olan rəssamlar Əliqulu, Qurbanqulu və Cəfər tərəfindən işlənmiş rəsmlər, həmçinin Abbasəli tərəfindən işlənmiş rəsmlər vardır.[34]

İnteryerlərdəki ən qədim rəsmlər XVIII əsrə aiddir ki, onlar arasında Abbasqulu tərəfindən ikinci mərtəbədə əsas zalın tavanında işlənmiş rəsmlər də vardır. Sarayın divarlarında da adı saxlanmış Abbasqulunun həm də memar olması ehtimal edilir. Birinci mərtəbənin rəsmləri 1895–1896-cı illərdə Şamaxıdan olan Mirzə Cəfər tərəfindən, ikinci mərtəbənin rəsmləri isə 1902-ci ildə Şuşadan olan Usta Qənbər tərəfindən işlənmişdir. Şamaxıdan olan rəssamlar Əliqulu və Qurbanqulu əsasən yuxarı mərtəbədəki otaqlarda işləmişlər.[57]

Digər rəssamların işləri isə əsasən hər iki mərtəbənin əsas zallarında, o cümlədən ikinci mərtəbənin yan otaqlarının divarlarında yerləşir.

Panel təsvirləri

[redaktə | mənbəni redaktə et]

N.M. Miklaşevskaya sarayın panel təsvirlərini iki qrupa ayırır: birinci qrupa Usta Qənbər və onun köməkçiləri tərəfindən işlənmiş sarayın iki otağında işlənmiş panellər daxildir. Panellərin motivi eynidir: divar səthində realistik planda təsvir edilmiş güllərdən buketlər yerləşdirilib. Buketlər yaşıl sütunlar və tağdan formalaşdırılmış, aşağısı isə buta naxışlarından formalaşdırılmış səki ilə tamamlanan sektorlarla bir-birindən ayrılır. İkinci qrupa digər iki otağın panel rəsmləri daxildir. Onlar müxtəlif kompozisiya variantlarına malik olsa da, eyni prinsip – stilləşdirilmiş bitki və ya həndəsi naxışların bütün səth boyunca tərarlanan (şpaler rəsm) təsviri — əsasında işlənmişlər.[58] Bu rəsmlərdəki bəzi gül və çiçək növləri rahat müəəyn olunur: qızılgül, itburnu, lalə, süsən,, qərənfil, fuksiya (XVIII əsrə aid təmizlənmiş rəsm hissəsində), pion, qıfotu və başqaları diqqət cəlb edir. Sadalanan güllərlə yanaşı sırf dekorativ xarakter daşıyan böyük və kiçik ölçülü çobanyastığı formalı mavi güllər də vardır. Bu cür güllər rəssamlar tərəfindən kompozisiyanın zənginləşdirilməsi üçün istifadə edilmişdir.[59]

Xarakter baxımından bu panellərin bir qədər həndəsiləşdirilmiş təsvirini əsas hesab etmək olar. Digər panellərdə isə sırf həndəsi və ya bitki elementləri ilə qarışıq təsvirlər verilmişdir. Onlar müxtəlif vaxta işlənsə də, eyni görünüşə malikdir. Düz cərgə ilə düzülmüş dördtərəfli xaçlar öz arasında naxışın yeni hissəsi olan səkkizguşəli ulduz yaradır. Ulduzlar oxra rəngində, xaçlar isə kərpic rəngindədir, qara sahə üzərində mavi və qırmızı nöqtələr səpələnmişdir. Ulduzların mərkəzində səkkizləçəkli gülün rozetkası yerləşdirilmişdir. Birinci mərtəbənin zalının panellərində təsvir edilmiş rəsmlərdə (XIX əsr) xaçların dəqiq forması ulduzun konturlarının kəskinliyini müəyyən edir, ikinci mərtəbənin şərq otağının oxşar panel təsvirində (XX əsr) isə xaçlar daya yayğın xəttlərlə çəkilmişdir.[58]

Niş və friz təsvirləri

[redaktə | mənbəni redaktə et]
İkinci mərtəbənin kiçik otağının frizində ov səhnəsi

Şəki xan sarayının niş təsvirləri üçün əsas xarakterik cəhət onların stalaktitlərdə XVIII əsrdə çəkilmiş rəsmlər və frizlərdəki ov və döyüş səhnələrindən fərqli olaraq müstəqil süjet kompozisiyasına malik olmamalarıdır. Buradakı quş və heyvan rəsmləri güllərdən təşkil edilmiş rəsm kompozisiyaları ilə ümumi görünüş təşkil edir.[58]

Şəki xan sarayının friz təsvirlərinin kompozisiya və rəngləri stilləşdirilmiş bitki naxışlarını təkrarlayır. Bu rəsmlər Mehmandarovların Şuşadakı evinin frizlərində Usta Qənbər tərəfindən işlənmiş rəsmləri xatırladır.[60] Şəki xan sarayınınn ornamentləri orijinal və mürəkkəb olsa da realistik işlənmiş təsvirlər rənglərinə görə kobud və harmonik deyildir.[60] N.M. Miklaşevskaya Mehmandarovların evinin friz təsvirlərinin bədii baxımdan Şəki xan sarayının friz təsvirlərindən daha dəyərli olduğunu yazır.[60] Buna əsasən də, tədqiqatçı Şəki xan sarayının friz təsvirlərinin Usta Qənbərin özü tərəfindən işlənmədiyini ehtimal edir.[60] Kobud çəkilmiş parlaq çəhrayı qızılgül təsvirlərini Səfərbəyovların evinin plafonundakı demək olar eyni olan qızılgül təsvirləri ilə müqayisə edən Miklaşevskaya onların eyni rəssam – ehtimal ki, Usta Qənbərin qardaşı Usta Səfər tərəfindən işləndiyini qeyd edir. Həmin frizin təmizlənmiş kiçik hissəsi (4x4 sm) XVIII əsrin rəsmlərinin üzə çıxarılmasına səbəb olmuşdur. Burada yeni rəsmin naxışları təkrar olunsa da, başqa rənglər istifadə edilmişdir: fon ağ yox zeytun yaşılı, digər rənglər isə daha xoş çalardadır.[61]

Şəki xan sarayının ikinci mərtəbəsinin mərkəzi zalında ov və döyüş səhnələri təsvir edilmiş frizlər böyük bədii əhəmiyyətə malikdir. Zalın ümumi təsvirləri fonunda rəng və mövzu baxımından sərt fərqlənən friz təsvirlərdə baş verən hadisələr ilə izləyicinin diqqətini çəkir. Bu frizlər maraqlı panoramları ilə Azərbaycan təsviri sənət tarixində xüsusi inkişaf mərhələsi olmaqla yanaşı, həm də zəngin etnoqrafik və qismən tarixi material verir.[61]

25 sm enə malik olan bu friz şəbəkədən başlayaraq qapı və nişlərin üstü ilə keçərək kiçik otaqların divarını əhatə edir. Yuxarı hissədə friz bir qədər yumrulanaraq qabağa çıxır və on sm-lik rəf əmələ gətirir. Döyüş səhnələri zalın yuxarı başındakı frizdə (12.60 m), oc səhnələri isə şimal tərəfdəki nişdə təsvir edilmişdir (4.50 m).[62]

E.A.Dombrovskinin rəhbərlik etdiyi işçi heyət sarayda bərpa işləri zamanı frizin bəzi səhnələrinin fraqmentlərini təmizləyərək 50 sm ölçüdə döyüş, 2 m ölçüdə isə ov səhnələrinin orijinal görüntülərini meydana çıxarmışdır.[62] Aparılan işlər nəticəsində XVIII əsrin sonlarından XX əsrə kimi müxtəlif dövrlərə aid rəsmləri öyrənmək mümkün olmuşdur. Yeni rəsmlərdə köhnə rəsmlərin kompozisiya və süjeti təkrarlansa da, onlar şəkil və kolorit baxımından bir-birindən fərqlənirlər. Köhnə rəsmlərin boyaları parlaq və işıqlıdır, yeni rəsmlərdə isə tünd tonlara üstünlük verilmişdir ki, bu da özünü əsasən səma təsvirlərində büruzə verir. Köhnə rəsmlərin stili miniatür rəssamlığına, yeni rəsmlər isə xalq yaradıcılığı nümunələrinə yaxın olsa da, hər iki variantdarəsmlərin dekorativliyinin vurğulanması diqqət cəlb edir.[62]

Yeni rəsmlərdə kərpic rəng, qırmızı, yaşıl, qara, cəhrayı və ağ ən çox təkrarlanan rənglərdir. Bütün friz boyu səma eyni şəkildə — aşağı horizontlu tünd göylə verilmişdir. Yer də o cür birnövlüdür: ümumi tünd yaşıl sahə üzərində vertikal kol və otlar verilir. Ön plan adətən bərabər ziqzaqlarla gedən qəhvəyi təpələrdən ibarətdir. Peyzaj nadir hallarda primitiv təsvir edilmiş ağaclarla zənginləşdirilib: ağaclar qalın dirək üzərində dairəvi yaşıl papaq kimi təsvir olunub. Ağaclara ən çox ov səhnələrində rast gəlinir.[62]

Stalaktit təsvirləri

[redaktə | mənbəni redaktə et]

Şəki xan sarayının stalaktitləri bədii təsvirləri baxımından ümumi kompozisiyanı tamamlayır. Belə ki, otaqların yuxarı stalaktitləri kiçik güzgü hissələri ilə üzlənmiş, aşağı stalaktitlərdə isə rəsmlər çəkilmişdir.[61] N. Miklaşevskaya xan sarayının stalaktit rəsmlərini iki qrupa bölür: birinci qrupa mavi tonla işlənmiş rəsmlər, ikinci qrupa isə bütün digər rəsmlər aid edilir. XVIII əsrə aid mavi tonlu rəsmlər sarayın birinci mərtəbəsinin zalında yerləşir.[61] Prof. B.P. Denike xan sarayındakı həmin təsvirləri Çin rəssamlığına aid Orta Asiya divar rəsmləri ilə müqayisə edir: "Bu rəsmlərdə Çin incəsənəti ilə, xüsusən Ağ-mavi (White-blue) farfor təsvirləri ilə əlaqəni görməmək mümkün deyil."[63]

Digər zallardakı bütün stalaktitlərin rəsmləri tarix və motivlərinə görə bir-birindən fərqlənir. Onların bəzilərində kiçik süjetlər verilsə də, bəziləri adi çiçək motivləri ilə bəzədilmişdir.[61] İkinci qrupdan olan stalaktit təsvirləri solğun oxra rəngli fon üzərində realistik təqdim edilmiş güllərdən ibarətdir. Onlar tünd medalyonlar şəklində stilləşdirilmişdir. İkinci mərtəbənin yan otaqlarının stalaktitlərində də həmin variantlar təkrarlanmışdır, lakin, onların keyfiyyəti daha aşağıdır.[61]

Plafon təsvirləri

[redaktə | mənbəni redaktə et]

Sarayın birinci mərtəbəsinin əsas zalının taxtadan hazırlanmış yığma plafonu bu tipdə yeganə əsər olmaqla, həm rəsmləri, həm də XVIII əsr xalq sənətkarları tərəfindən işlənmiş taxta oyma nümunələrinə görə mühüm bədii əhəmiyyətə malikdir.[64] Plafonun dekorunun əsasında duran ornament motivinə Azərbaycanın bir çox orta əsrlər memarlıq abidələrində (xüsusən Naxçıvan türbələrində) də rast gəlinir.[64] Bu taxta plafon yapışqan və mismar istifadə edilmədən kiçik taxta parçalarından yığılmış mükəmməl sənət nümunəsidir. Plafon üç əsas naxış formasına malikdir: plafonun öz sahəsi və onu əhatə edən səkilərin (40 sm enində) naxışları. Üçüncü növ naxış isə lent şəklində səkini əhatə edir və beləcə birinci naxışı ikinci naxışdan ayırır. Naxışların mürəkkəb ornametləri çoxguşəli ulduzlar və çoxbucaqlıların birləşməsindən yaradılmışdır. Əsas fiqurların xəttləri onları formalaşdıran taxta hissələrinə qara konturla çəkilmişdir. Q. M. Skubçenko yazır ki, "Həmin ornamentlərin xarakterik xüsusiyyətləri ondadır ki, bütün təsvir düz xətlərin müxtəlif künclərdə kəsişməsindən yaranan beş müxtəlif element formasından yaranmışdır. Həmin elementlərdən biri olan beşguşəli ulduzun ölçüləri isə digər elementlər arasında həmişə eyni ölçüdə olması ilə seçilir."[65] Əsas sahənin hər detlının ortasında yaşıl yarpaqlı açıq sarı çiçəklər çəkilmişdir. Geniş səkidə isə (ikinci naxış) yalnız hər ulduzun ortasında rozetka formalı çiçək çəkilmişdir. Ortalama hesabla bütöv plafon təxminən 11.000 kiçik taxta detallardan ibarətdir.[64]

Şəki xan sarayının iki əsas zalı hər biri iki, ikinci mərtəbənin yan otaqları isə hər biri bir plafona malikdir. Sarayın ikinci mərtəbəsinin zalının şimal plafonunun əsas sahəsini böyük və işıqlı medalyon tutur. Onun ortasında daha kiçik medalyon yerləşir. Medalyonun sahəsi naxışlarla bəzədilmişdir. Miklaşevskaya Usta Qənbər tərəfindən işlənmiş həmin plafonun rəssamın Mehmandarovların evinin kiçik otağının və ev məscidinin plafonları ilə müqayisə edir.[66] Q. M. Skubçenko isə həmin plafonu XVIII əsrin sonlarına aid edir.[67]

İkinci mərtəbənin yan otaqlarının plafonları Şəkixanovların evinin zalının plafonu kimi mərkəzi oval plafona malikdir. Plafonların ağ fonu mavi budaqlarla bəzədilmiş, budaqlar arasında realistik təsvir edilmiş quş və heyvan rəsmləri vardır.[66] Bu plafonlar naxışlarının mürəkkəbliyi və ya rəng zənginliyi ilə əsas zalların plafonlarından geri qalır.[66]

Şəki xan sarayının tədqiqinə ik dəfə Azərbaycan Abidələrin Mühafizəsi İdarəsi (АзЦУОП) tərəfindən başlanmışdır. Daha sonra Azərbaycan SSR EA A. Bakıxanov adına Tarix İnstitutu abidəni ətraflı tədqiq etmişdir. Sonrakı dövrdə Azərbaycanda abidələrin tədqiqi işi ilə Azərbaycan SSR Nazirlər Soveti tərkibində Memarlıq İşləri İdarəsi məşğul olur.[68]

Abidədə erkən tədqiqat işləri prof. P.P. FridolinD. M. Şərifovun iştirakı ilə həyata keçirilmişdir. 1936-cı ildə Moskvanın Şərq Mədəniyyətləri Dövlət Muzeyi tərəfindən tərkibinə B.P. Denike, V.N. Çepeleva, B.V. Veymarn və M.A. Bolotovanın daxil olduğu xüsusi ekspedisiya abidə haqqında külli miqdarda material toplamışdır. Ekspedisiya abidəni XVIII–XIX əsr Azərbaycan memarlığı və divar rəssamlığı abidəsi kimi diqqətlə öyrənmiş və tədqiq etmişdir. Lakin, B.V. Veymarnın məqaləsi[69] istisna olmaqla ekspedisiyanın tədqiqatları haqqında heç bir məlumat nəşr edilməmişdir.[68]

1939–1940-cı illərdə Azərbaycan Abidələrin Mühafizəsi İdarəsi tərəfindən sarayın ilkin divar rəsmlərinin üzə çıxarılması və bərpası məqsədi ilə böyük elmi ekspedisiya təşkil olunmuşdur. Bu işlərin həyata keçirilməsi ilə Dövlət Tretyakov qalereyasından E.A. Dombrovskinin rəhbərlik etdiyi bərpaçı-rəssamlar dəstəsi Azərbaycana dəvət olunmuşdur. Dəstə, hər iki mərtəbənin zallarında divar rəsmlərinin həm toz və çirk təbəqəsindən, həm də sonrakı rəssamların əlavələrindən təmizlənməsi işlərini həyata keçirmişdir. Nəticədə sonrakı dövr boyalarının altından XVIII əsrin sonlarına aid rəsmlər, birinci mərtəbə zalınının taxta plafonun fraqmentləri, stalaktitləri örtən mavi tonlu rəsmlərin hissələri, ikinci mərtəbədə məşhur "ov və döyüş" frizlərinin böyük hissələri, həmçinin digər rəsmlər üzə çıxarılmışdır. Bu tədqiqatlar Azərbaycanın XVIII əsr divar rəsmlərinin öyrənilməsinə böyük töhfə olmuşdur. Lakin, bu dəfə də aparılan tədqiqat işləri və bərpaçı-rəssamların gördükləri işlər haqqında heç bir məlumat nəşr edilməmişdir.[70]

Daha sonra memarlıq elmləri namizədi L.S. Bretanitskiy xan sarayının öyrənilməsi üçün ciddi və genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. 1940-cı illərdə abidənin, xüsusilə divar rəsmlərinin tədqiqi ilə N. M. Miklaşevskaya məşğul olmuş, araşdırmalarının nəticəsi olan "Azərbaycanın XVIII–XIX əsr divar rəsmləri" adlı elmi işini o, 1948-ci ildə Dövlət Ermitajının Elmi Şurası qarşısında uğurla müdafiə etmişdir.[68]

  1. Sarayın memarının Abbasqulu adlı şəxs olması da ehtimal edilir.
  2. Rəf – Azərbayca xalq yaşayış memarlığı üçün xarakterik olan detaldır. Ətraflı bax: Л. С. Бретаницкий – Архитектура жилого дома г. Нухи XVIII и XIX вв., Сообщения Института истории и теории архитекуры СССР, № 4, М. 1944; Памятники азербайданского зодчества эпохи Низами, Баку, 1943, səh. 36
  1. [1][ölü keçid]Дворец шекинских ханов, летняя резиденция Гусейн-хана Муштада (внука Гаджи Челеби)
  2. "Şəki Xan Sarayı (Shaki Khan Palace)". (978-9952-422-04-7). Bakı: Nəşriyyat: “Tutu”. 2006. 184 səh. http://kitabklubu.org/kitablar/seki-xan-sarayi-shaki-khan-palace.html (#bare_url_missing_title). 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
  3. 1 2 3 Radó, Sándor. Guide-book to the Soviet Union. Neuer deutscher verlag. 1928. səh. 855.

    Palace ot the Khan Hussein, erected in the Persian style in 1760, and subsequently restored.

  4. 1 2 3 Eddited by Hugh Chisholm. Nukha (издание 11-е, XIX cild). The Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information: The Encyclopædia britannica company. 1911. 846.
  5. 1 2 3 Нуха  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  6. Ə.R.Salamzadə, K.M.Məmmədzadə. Şəki xanlarının sarayı. Bakı: Elm. 1986. 40.
  7. Аббасгулу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 12.
  8. Монументал бојакарлыг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 56.
  9. Ханларов, Т. А. Архитектура Советского Азербайджана. Москва: Стройиздат. 1972. səh. 56.

    Шеки, один из исторических городов Азербайджана, расположен на живописном рельефе и обладает чертами своеобразия. Верхняя историческая часть города, так называемая "Юхары баш", ныне объявлена заповедной зоной. Здесь расположены старая цитадель Шеки и дворец шекинских ханов.

  10. Под ред. М. О. Косвена. Народы Кавказа: этнографические очерки. Институт этнографии имени Н.Н. Миклухо-Маклая: Издательство Академии наук СССР. 1960. səh. 178.
  11. George St. George. Russia. London: Batsford. 1973. səh. 190.

    The Sheki Palace is one of the Jewels of the Islamic East, and the only palace which was fully and painstakingly restored to its original state in this part of the world.

  12. 1 2 3 4 "Historic Centre of Sheki with the Khan's Palace" (ingilis). UNESCO-nun rəsmi saytı. 2019. 2012-05-15 tarixində arxivləşdirilib.
  13. 1 2 3 Усейнов, М. А. История архитектуры Азербайджана. Москва: Государственное издательство литературы по строительству, архитектуре и строительным материалам. 1963. səh. 395.

    Надписи о времени сооружения дворца не сохранились и в настоящее время наиболее вероятной датой его постройки принято считать 1797 г., который приходится на период правления нухинского хана Мухаммеда Гасан-хана. Во всяком случае дата сооружения дворца ограничивается временем с 1762 по 1797 г.

  14. Əfəndizadə, Rəna. Архитектура Советского Азербайджана. Москва: Стройиздат. 1968. səh. 316.
  15. Корнилович, А. О. Сочинения и письма. Москва: Издательство Академии наук СССР. 1957. səh. 550.
  16. Фадеев, А. М. Воспоминания. Одесса. 1897. səh. 487.
  17. Зиссерман, А. Л. Десять лет на Кавказе (Современник jurnalı). Санкт-Петербург: Типография Эдуарда Праца. 1854. səh. 48.
  18. Березин, И. Н. Путешествие по Дагестану и Закавказью (издание 2-ое). Казань: В Университетской типографии. 1850. 18.
  19. Дубровин, Н. Ф. История войны и владычества русских на Кавказѣ (Книга III). Санкт-Петербург: Печатано в типографии департамента уделов, Литейный проспект, д. № 39. 1871. 31.

    173. Вѣсти изъ Нухи Диванъ-Бека. (Кавказ 1852 г. № 22)
    Описанiе развалинъ, или, лучше сказать, опустѣвшаго ханскаго дворца въ городе Нухѣ.

  20. Дюма, Александр. Кавказ/Под. ред. профессора Т. П. Буачидзе. Тбилиси: Мерани. 1988. 149.
  21. Потто, Василий. Кавказская война. От древнейших времен до Ермолова (1). Москва: Центрполиграф. 2006. 216.
  22. Толстой, Л. Н. Собрание сочинений в четырнадцати томах (14 Повести и рассказы, 1903-1910). Москва: Государственное издательство художественной литературы. 1985. 111.
  23. Reclus, Élisée. The Earth and Its Inhabitants .: Asiatic Russia: Caucasia, Aralo-Caspian Basin/Editted by E. G. Ravenstein, A. H. Keane (1-Asia). New Delhi: Logos Press. 2007. 129. ISBN 8172681259.

    Здесь хан Хусейн построил мощную крепость, в 1765 году, который охватывает очень красивый дворец в персидском стиле.

  24. Norman, Henry. "Russia of To-Day/Editted by Edward Burlingame" (29/səh.73). Scribner's Magazine. Charles Scribners Sons. 1901. (#accessdate_missing_url)
  25. 1 2 3 4 5 Рзаев, Шэнэр. Об истории Имарета Муштага в г. Шеки (3). Известия Академии наук Азербайджанской ССР: Издательство Академии наук Азербайджанской ССР. 1988. 143.
  26. 1 2 3 4 Сегаль, И. Л. Елисаветпольская губернии. Впечатления и воспоминания. Тифлис: Кавказский вестник. 1902. 15.
  27. Шеки (rus). 2000. 2018-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
  28. Азербайджанская Советская Социалистическая Республика / Под ред. Введенского Б. А.. — Малая советская энциклопедия: Большая советская энциклопедия, Т. 1. 1958. 179.
  29. Шеки / Под ред. В. М. Полевого (rus). Популярная художественная энциклопедия: Советская энциклопедия. 1986. 2017-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
  30. 1 2 3 4 5 Шәки Ханларынын Сарајы / Под ред. Дж. Кулиева (Т. 10.). Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии. 1987. 502–503.
  31. Nukha/Eddited by [[:en:Thomas Spencer Baynes|Thomas Spencer Baynes]] (IX nəşr/XVII cild). The Henry G. Allen Company: The Encyclopaedia Britannica: a dictionary of arts, sciences and general literature. 1890. səh. 613. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.

    Крепость четырёхугольная 3000 футов в периметре, воздвигнутая Хусейн Ханом в 1765 году, и располагает дворец, построенный несколько позднее в оригинальном персидском стиле под сенью роскошной группы платанов

  32. Константинов. Нуха (Кавказ/24). 15 iyun 1946. (#accessdate_missing_url)
  33. 1 2 3 4 5 6 Мамед-заде, К. М. Строительное искусство Азербайджана. Баку: Элм. 1983.
  34. 1 2 3 4 5 6 Л. С. Бретеницкий, Б. В. Веймарн. Искусство Азербайджана IV—XVIII веков. Москва: Искусство. 1976.
  35. Нуха/Под ред. [[Жуков, Евгений Михайлович|Е. М. Жукова]] (rus). Советская историческая энциклопедия, Москва: Советская энциклопедия. 1973—1982. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
  36. 1 2 Усейнов, М. А. Памятники азербайджанского зодчества. Москва: Государственное издательство архитектуры и градостроительства. 1951. səh. 162.
  37. Tahirzadə, Ədalət. Şəkinin tarixi qaynaqlarda (№23; №43). Bakı: Master. 2005. 15-224 (PDF 267-277). 2016-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
  38. Bersenow, Nikolai. Skizzen aus Kaukasien. Nucha/Dr. Clemens Friedrich Meyer (2). Belletristische Blätter aus Russland. St. Petersburg. 1854. 283.
  39. Lloyd E. Hudman, Richard H. Jackson. Geography of Travel and Tourism. Stemford: Cengage Learning. 2003. səh. 534.
  40. Л. С. Бретаницкий (архитектура), Ю. А. Казиев, К. Д. Керимов (изобразительное и декоративно-прикладное искусство). "Искусство Азербайджана/Под ред.Б. В. Веймарна". История искусства народов СССР: в 9 томах. No.5 (Изобразительное искусство). 1979: 361. (#accessdate_missing_url)
  41. "Шеки". Большая советская энциклопедия (Советская энциклопедия). 1969—1978. 2018-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
  42. Веймарн, Б. В. Л. С. Бретаницкий — архитектуровед и искусствовед (Л. С. Бретаницкий. Художественное наследие Переднего Востока эпохи феодализма: избранные труды). Советский художник. 1988. səh. 251.
  43. Тихонов, Николай. Собрание сочинений (VI cild). Москва: Художественная литература. 1974. 33.
  44. Тихонов, Н. С. Собрание сочинений в семи томах (III cild). Москва: Художественная литература. 1985. 32.
  45. "UNESCO Chairs at Azerbaijan Universities" (ingilis). Официальный сайт Посольства Азербайджанской Республики в Анкаре. 2010. 2012-06-05 tarixində arxivləşdirilib.
  46. "Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd olunmuşdur". azertag.az. AzərTac. 04.07.2012. 2018-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2018.
  47. "İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürdü". 2019-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-14.
  48. "Şəkidəki bədbəxt hadisədə xəsarət alan turistlərdən biri dünyasını dəyişdi". 2019-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  49. "Şəkidə Xan Çinarının budaqlarının qırılmasının ilkin səbəbi məlum olub — VİDEO". 2019-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-14.
  50. Бретаницкий, Л. С. Зодчество Азербайджана XII-XV вв. и его место в архитектуре Переднего Востока. Москва: Наука. 1966. səh. 556.
  51. Барановский, П. Д. Доклад на совещании комиссии при Всесоюзной Академии Архитектуры по рассмотрению проекта реставрации «Ханского Дворца» в г. Нухе Азерб. ССР от 13 марта 1939 г. Материалы по Имарету Муштага, папка № 2. (#accessdate_missing_url)
  52. История Азербайджана/Под ред. И. А. Гусейнова (II cild). Институт истории АН АзССР: Издательство Академии наук Азербайджанской ССР. 1963. 419.
  53. Антонова, В. Искусный мастер. Искусство, Выпуск I. 1959. 73.
  54. İnterfaks. "Реставрация памятников архитектуры в Азербайджане". museum.ru. 11 августа 2003. 2012-06-05 tarixində arxivləşdirilib.
  55. 1 2 3 4 5 6 7 С. А. Дадашев, М. А. Усейнов. Архитектура Азербайджана. Москва: Издательство Академии архитектуры СССР. 1948. 20.
  56. Миклашевская, 1954. səh. 470
  57. Ilona Turánsky, Károly Gink. Aserbaidschan - Paläste, Türme, Moscheen (deutsch von Tilda und Paul Alpári). Budapest. 1980. 61–63.
  58. 1 2 3 Миклашевская, 1954. səh. 487
  59. Миклашевская, 1954. səh. 489
  60. 1 2 3 4 Миклашевская, 1954. səh. 491
  61. 1 2 3 4 5 6 Миклашевская, 1954. səh. 492
  62. 1 2 3 4 Миклашевская, 1954. səh. 496
  63. Денике, Б. П. Архитектурный орнамент Средней Азии. Москва. 1939. 212.
  64. 1 2 3 Миклашевская, 1954. səh. 494
  65. Скубченко, Г. М. К вопросу о состоянии ханского дворца в городе Нухе (Памятники архитектуры Азербайджана, том I). Москва-Баку. 1946. 76.
  66. 1 2 3 Миклашевская, 1954. səh. 493
  67. Скубченко, Г. М. К вопросу о состоянии ханского дворца в городе Нухе (Памятники архитектуры Азербайджана, том I). Москва-Баку. 1946. 79.
  68. 1 2 3 Миклашевская, 1954. səh. 473
  69. Веймарн, Б. "Росписи дворца-музея в городе Нухе". Искусство. №3. 1938. (#accessdate_missing_url)
  70. Миклашевская, 1954. səh. 474
  • Salamzadə Ə.R., Məmmədzadə K.M. Şəkinin memarlıq abidələri. Bakı: Elm, 1987, 140 s.
  • Məmmədli Z. Şəki Xan Sarayı. Bakı: Tutu, 2006, 183 s.
  • Фридолина П. П. Дворец в Нухе. — Архитектурная газета, 1937.
  • Веймарн Б. Росписи Дворца-музея в городе Нухе. — № 3. — Москва — Ленинград: Искусство, 1938.
  • Ениколопов И. Нухинский дворец. Научный архив Института истории АН АзССР. инв. № 1023, 6. — 1940.
  • Скубченко Г. М. К вопросу о состоянии Xанского дворца в городе Нухе. — "Памятники архитектуры Азербайджана. Сборник материалов". Москва — Баку, 1946.
  • Бретаницкий Л. С. К истории Дворца Шекинских ханов. Труды Института истории им. А. Бакиханова. — Баку, 1947.
  • Бретаницкий Л. С. Дворец Шекинских ханов. Архитектура Азербайджана. — Баку, 1952.
  • Миклашевская Н. М. Стенные росписи Азербайджана 18–19 веков. — Искусство Азербайджана. — Баку, 1954. — Т. 4. — С. 52–83.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  Azərbaycan portalı П:  Memarlıq portalı