Ağhəmzəli — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.[3][4]
kənd | |
Ağhəmzəli | |
---|---|
40°03′27″ şm. e. 44°28′16″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngibasar mahalı |
Rayon | Zəngibasar rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1897[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 855 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
1937-ci ilə kimi Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzində 6 km məsafədə, Qırxbulaq çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.
Yerli tələffüz forması — Aqamzalı. Toponim Azərbaycan dilində "zadəgan", "seyid", "ruhani" mənasında işlənən ağa sözü ilə qızılbaşların həmzəli etnonimi[6] əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Marmaraşen qoyulmuşdur. Kəndin adı Əxi və qızılbaşların Həmzəli tayfasının[7] adından ibarətdir. "Əxiyə məxsus Həmzəli kəndi" mə'nasındadır.[8]
Ermənilər bu kəndə 1828-ci ildən sonra Qacarlar dövlətindən indiki İrandan köçürülmüşdür[9]. 1828-ci və 1878-ci illərdə kənddə ermənilər də yerləşdirilmişdir. 1886-cı ildə kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur[10][11]. 1922-ci ildən sonra bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır. 1948-ci ildə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873-cü ildə 301 nəfər, 1886-cı ildə 273 nəfər, 1897-ci ildə 376 nəfər, 1904-cü ildə 843 nəfər, 1914-cü ildə 927 nəfər, 1916-cı ildə 516 nəfər azərbaycanlı yaşamışdır[12]. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 93 nəfər, 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 207 nəfər azərbaycanlı yaşamışdır[13]. 1948–49-cu illərdə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.