Şuşa Bayraq meydanı — Şuşa şəhərində Vaqif Cəfərov küçəsində yerləşir[1]. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə olunub.[2]
Şuşa Bayraq meydanı | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Vaqif Cəfərov küçəsi |
Aidiyyatı | Şuşa Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | 2021 |
Sahəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
2021-ci ilin yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş Şuşa şəhərinin mərkəzində Azərbaycan bayrağını qaldırıb.[3]
2024-cü ilin may ayından Bayraq Meydanının yenidən qurulması işlərinə başlanılıb.[2] Sentyabrın 19-da İlham Əliyev Bayraq Meydanının açılışını edib.[2]
Bayraq Meydanında Zəfər muzeyinin də inşası nəzərdə tutulur.[4]
Şuşa rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |