Elmir Hüseynov

Elmir Abdul oğlu Hüseynov (21 iyul 2003; Qaraçala, Salyan rayonu, Azərbaycan15 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur.

Elmir Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qaraçala, Salyan rayonu, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Qaraçala, Salyan rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Abdul Hüseynov
Təhsili orta
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2021—2022
Rütbə Əsgər
Döyüşlər Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022"Vətən uğrunda" medalı — 2022

Həyatı[redaktə | mənbəni redaktə et]

Elmir Hüseynov 21 iyul 2003-cü ildə Salyan rayonunun Qaraçala qəsəbəsində Abdul Hüseynovun ailəsində anadan olmuşdur.[1] 2009-2020-ci illərdə orta təhsil almışdır. Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Elmir Hüseynov 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdı. Həmin ildən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində sıravi əsgər olaraq hərbi xidmət edirdi.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi kimi iştirak edən Elmir Hüseynov 15 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.[2] Nəşi evinə gətirilərək doğulduğu Salyan rayonunun Qaraçala qəsəbəsində dəfn edilmişdir. Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak etmişlər.[3]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elmir Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.
  2. "Salyanda şəhid Elmir Hüseynov torpağa tapşırıldı - FOTO". www.oxu.az (az.). 15.09.2022. 2023-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.01.2023.
  3. "Şəhid Elmir Hüseynov Salyan rayonu Qaraçala qəsəbə qəbiristanlığında torpağa tapşırılıb". www.salyan-ih.gov.az (az.). 2022-09-16. 2023-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.01.2023.
  4. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.
  5. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.
  6. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.