Elnur Məhərrəmov

Elnur Nərbala oğlu Məhərrəmov (18 may 2001; Şəkər, Göyçay rayonu, Azərbaycan — 15 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur.

Elnur Məhərrəmov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şəkər, Göyçay rayonu, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Şəkər, Göyçay rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Nərbala Məhərrəmov
Təhsili yarımçıq ali
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2021—2022
Rütbə Əsgər
Döyüşlər Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
Təltifləri 3-cü dərəcəli "Rəşadət" ordeni — 2022"Vətən uğrunda" medalı — 2022

Həyatı[redaktə | mənbəni redaktə et]

Elnur Məhərrəmov 18 may 2001-ci ildə Göyçay rayonunun Şəkər kəndində anadan olmuşdur.[1] 2007–2018-ci illərdə Göyçay rayon Şəkər kənd tam orta məktəbində orta təhsil almışdır. 2018-ci ildə Azərbaycan Universitetinin "Biznes və iqtisadiyyat" fakültəsinə daxil olmuşdur. Ali təhsil aldığı müddətdə restoranlarda çalışmışdır.[2] Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Elnur Məhərrəmov 2021-ci ildə maddi səbəblərdən ötrü təhsilini dondurmağa qərar vermişdir.[3] Həmin il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli hərbi xidmət etmişdir.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə sıravi əsgər kimi iştirak edən Elnur Məhərrəmov 15 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.[4] Nəşi yaşadığı evə gətirilərək doğulduğu Göyçay rayonunun Şəkər kəndində dəfn edilmişdir. Dəfn mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, Elnur Məhərrəmovun ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.[5]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elnur Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[6]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.
  2. "Şəhid Elnur təhsilini yarıda qoyaraq hərbi xidmətə yollanıbmış - FOTO / VİDEO". www.metbuat.az (az.). 16.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.12.2022.
  3. "Şəhid Elnur Məhərrəmovun qan donduran HƏYAT HEKAYƏSİ - FOTO-VİDEO". www.azerforum.com (az.). 16.09.2022. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.12.2022.
  4. "Göyçayda şəhid əsgər Elnur Məhərrəmovla vida mərasimi keçirilib VİDEO". www.azertag.az (az.). 15.09.2022. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.12.2022.
  5. "Şəhid Məhərrəmov Elnur Nərbala oğlu son mənzilə yola salınıb". www.goychay-ih.gov.az (az.). 2022-09-15. 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.12.2022.
  6. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.
  7. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.
  8. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.