Qırmızıqaya (əvvəlki adı: Kəmərtük, Komraquç) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd.[1]
Qırmızıqaya | |
---|---|
39°32′21″ şm. e. 47°01′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 931 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin keçmiş adı Kemraquç olmuşdur. Yaşayış məntəqəsi Ermənistanın Qafan rayonundan köçüb gəlmiş ailələrin Kemraquc adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, bir qədər təhrifə uğramış oykonim Azərbaycan dilindəki kəmrə (heyvan ağılı) və qoç (erkək qoyun) sözlərindən düzəlib, "qoc saxlanılan ağıl" mənasındadır.[2]
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Komraquç kəndi Qırmızıqaya kəndi adlandırılmışdır.[3] 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Qırmızıqaya kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]
Qırmızıqaya kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
4335 | Məbəd[5] | XIX əsr | Qırmızıqaya kəndi | Memarlıq | Yerli |
Kənd dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | XXXX | XXXX | XXXX |
2009[7] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.