Qızıl Qoç rayonu, Qukasyan rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağbaba mahalı ərazisində rayon. Mərkəzi Qızıl Qoç kəndi olub.
Rayon | |
Qızıl Qoç rayonu | |
---|---|
İnzibati mərkəz | Qızıl Qoç |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 31.12.1937 |
Ləğv edilib | 11 aprel 1995 |
Sahəsi |
|
1937-ci il dekabrın 31-də yaradılıb. 1938-ci ilyanvarın 4-nə kimi Qızıl qoç rayonu, həmin tarixdən etibarən isə Verin Qukasyan rayonu adlandırılıb. 1956-cı il oktyabrın 12-dən etibarən isə Qukasyan rayonu adlandırılıb. Ərazisi 547 kv.km-dir. Rayon mərkəzi Qızıl qoç qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 165 km-dir.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Alıxan | Getik | 03.01.1935 |
Üçüncü Qarakilsə | Dzoraşen | 03.01.1935 |
Qızılkilsə | Karmaravan | 03.01.1935 |
Güllübulaq | Vardaxpyur | ... |
Gürcüyolu | Torosgyuğ | ... |
Dərəköy | Dərəkənd | ... |
Dərəkənd | Sarakyuğ | 12.11.1946 |
Təzəkənd | Tazagyuğ | ... |
Titoy xaraba | Bavra | ... |
Qızıl Qoç | Verin Qukasyan | 04.01.1938 |
Bozyoxuş | Musaelyan | 12.11.1946 |
Düzxaraba | Artaşen | 12.11.1946 |
Çorlu | Lrnantsk | 12.11.1946 |
Samurlu | Sarapat | 12.11.1946 |
Korbulaq | Tsaxkaşen | 12.11.1946 |
Cızıxlar | Tsoxamarq | 12.11.1946 |
Ciftəli | Zuyqaxpyur | 12.11.1946 |
Böyük Şiştəpə | Medz Sepasar | 12.11.1946 |
Kiçik Şiştəpə | Pokr Sepasar | 12.11.1946 |
Başkənd | Başkyuğ | 04.04.1946 |
Verin Qukasyan | Qukasyan | 12.10.1956 |
Kiçik Sarıyal | Pokr Sariar | 04.04.1946 |
Lernantsk | Lernkyuğ | 12.10.1967 |
Tazakyuğ | Tavşut | 21.10.1967 |
Kefli | Kakavasar | 25.01.1978 |
Palıdlı | Arpeni | 25.01.1978 |
Təknəli | Kokohovit | 25.01.1978 |