Xorvirab

Şıxlarİrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[3]

Kənd
Şıxlar (Xorvirab)
39°52′28″ şm. e. 44°35′57″ ş. u.
Ölkə  Ermənistan
Region Vedibasar mahalı
Rayon Vedi rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831[1]
Sahəsi
  • 8,99 km²
Mərkəzin hündürlüyü 815 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.699 nəf. (2011)[2]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Şıxlar (Xorvirab) xəritədə
Şıxlar (Xorvirab)
Şıxlar (Xorvirab)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 19 km cənub-qərbdə, Vedi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xərtisində qeyd edilmişdir[4].

Toponim qazaxlar türk tayfasının bir qolunu təşkil edən şıxlar etnonimi[5] əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 26. XII. 1968-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lusarat qoyulmuşdur.

Kənddə 1831-ci ildə 141 nəfər, 1873-cü ildə 649 nəfər, 1886-cı ildə 714 nəfər, 1897-ci ildə 790 nəfər, 1904-cü ildə 802 nəfər, 1914-cü ildə 882 nəfər, 1916-cı ildə 723 nəfər azərbaycanlı yaşamışdır[6].

1918-1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, İran yə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər.

1922-ci ildə burada 102 nəfər azərbaycanlı, 110 erməni, 1926-cı ildə 115 nəfər azərbaycanlı, 48 erməni, 1931-ci ildə 167 nəfər azərbaycanlı, 94 erməni[6], 1972-ci ildə 1500 nəfər azərbaycanlı, 220 erməni yaşamışdır.

1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla qovulmuşdur. İndi burada yalnız ermənilər məskunlaşıb.

  1. https://www.cadastre.am/storage/files/pages/pg_8945895618_pg_907871769_HH_bnak._bar..pdf.
  2. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  3. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.296
  5. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.535
  6. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.86-87, 156-157