1. XARABALIQ (dağılmış yer) Buna görə də təsadüfi deyil ki, indinin özündə də hasarın xarabalıqlarının içindən insan sümükləri tapılırdı (Ə.Hacızadə); XARABAXANA [Bəyməmməd:] O yel vurub, yengələr oynayan xarabaxana? (S.Rəhimov); XARABAZAR (kl.əd.) Pompey bir vaxt şəhərdi; İndi xarabazardır; Vulkan altında qalmış; Uzun tarixi vardır (M.Rahim); XARABAZARLIQ Xəyalımda bizim Şərq nağıllarında təsvir edilən xarabazarlıqlar canlandı (M.İbrahimov); KALAFA Kənd yıxılsa, kalafasından məlum olar (Ata. sözü); VİRANƏLİK Ləlin xəyali könlümə dolsa, əcəb deyil; Gizlin xəzinənin çoxu viranəlikdədir (Ə.Vahid).
2. xarabalıq bax küllük