XİRTDƏKLƏMƏK

f. Xirtdəyindən tutmaq (yapışmaq), yaxalamaq, boğazlamaq.
[Qəssab] oğlan içəri girən kimi, onu xirtdəkləyib basdı yerə. (Nağıl).
Səmənnaz qarı qapını açanda atlılardan biri qəfildən onu xirtdəklədi. Ə.Vəliyev.
Daldan iki qüvvətli əl [polkovniki] xirtdəklədi. S.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XİRTDƏKLƏMƏK xirtdəkləmək bax boğazlamaq
  • XİRTDƏKLƏMƏK yaxalamaq — tutmaq — yapışmaq
XİRTDƏKLƏMƏ
XİRTDƏKLƏŞMƏ

Digər lüğətlərdə