XƏNDƏKOTU

is. bot. İri yarpaqları və boruşəkilli gülləri olan, əsasən xəndək, çay kənarlarında və rütubətli yerlərdə bitən yabanı bitki.
XƏNDƏKQAZAN
XƏRABAT
OBASTAN VİKİ
Xəndəkotu
Xəndəkotu (lat. Symphytum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi. Çoxillik hündür otdur. Tamkənarlı yarpaqları növbəli düzülür. Qırmızı-bənövşəyi, göy, çəhrayı, sarı, ağ və s. çiçəkləri qıvrım çiçək qrupunda yerləşir. Ləçəkləri boruvarıdır. Meyvəsi toxumçadır. Avropa, Çənubi Asiya və Şimali Afrikada 25-dək, Azərbaycanda 3 növü məlumdur. Rütubətli yerlərdə bitir.
Bərk xəndəkotu
Cod xəndəkotu (lat. Symphytum asperum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin xəndəkotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 30-60 sm-ə qədər hündürlükdə, çox budaqlı, möhkəm qısa, aşağı qövsvari, bir az qabarıq tikanlı qıllardan tikanlı-nahamardır. Yuxarı yarpaqlar qısa, lakin, görünən saplaqların üzərində və ya oturaq olaraq yumurtavari-uzunsov və ya uzunsovdur, ən yuxarıdakılar lansetvariyə qədər, uzun itiuclu, aşağı hissədən adətən kifayət qədər sıx və yumşaq tükcüklərdən bozumtuldur; orta damar boyunca qısa qarmaqşəkilli tikancıqlıdır, yuxarı hissədən cod və seyrək tükcüklüdür. Çiçək tacı mavi, xaricdən nöqtəli-əmzikşəkillidir, başcıqlı dişicik ağzı var. Eremləri demək olar ki, qara, yarıməyilmiş, yumurtavari, arxa hissəsi torvari-qırışlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Çəmənlərdə, kolluqlarda, dağ çaylarının kənarlarında bitir.
Cod xəndəkotu

Dərman xəndəkotu
Dərman xəndəkotu (lat. Symphytum officinale) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin xəndəkotu cinsinə aid bitki növü.
Qafqaz xəndəkotu
Qafqaz xəndəkotu (lat. Symphytum caucasicum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin xəndəkotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 30-60 sm, gövdəsi düz, azbudaqlanan, yumşaq tüklü çoxillik ot bitkisidir. Uzun qalınlaşmış kökləri və qısa milşəkilli kökümsovları vardır. Gövdə yarpaqları yumurtaşəkilli və yaxud uzunsovdur, aşağı yarpaqları qismən uzun saplaq üzərindədir, küttəhərdir, orta yarpaqları qısa enli və ya demək olar ki, oturaqdır, enli neştərvari və ya uzanmış elliptik şəkildədir, sivriləşmişdir, kənarları qeyri-müəyyən xırda dişlidir, uzunluğu 5-10 sm, eni 2-4 sm-dir, alt tərəfdən bozumtul və məxmər kimidir, üst tərəfdən az tüklüdür. Qıvrımlar azçiçəklidir, yarpaqsızdır. Meyvə saplağı əyilən olub, uzunluğu 3-5 mmdir. Tac mavi rəngdədir. Fındıqların uzunluğu 3-3,5 mm-dir, uzunsov, demək olar ki, düzdür, qeyribərabəryanlıdır, nazik torvari qırışlı və az qabarıqdır. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.

Digər lüğətlərdə