1. Yüksəyə, yüksəklərə, yuxarı qalxmaq; ucalmaq. Bina xeyli yüksəlmişdir.
// Üfüqdə görünmək, çıxmaq, tülu etmək, zahir olmaq.
2. Artmaq, qalxmaq, çoxalmaq, səviyyəcə yuxarı qalxmaq. Çayın suyu xeyli yüksəlmişdir. Havanın temperaturu birdən-birə yüksəldi.
// Artmaq, şiddətlənmək, güclənmək. Xəstənin qızdırması yüksəldi. Məşğələlərə maraq xeyli yüksəlmişdir. Küləyin şiddəti getdikcə yüksəlir. Gəlir faizi gündən-günə yüksəlir. Yaxşı kitablara olan tələbat çox yüksəlmişdir.
// Yaxşılaşmaq. Şagirdlərin dərs müvəffəqiyyəti getdikcə yüksəlir. Məhsulun keyfiyyəti yüksəlmişdir. Gənc rəssamların yaradıcılıq səviyyəsi yüksəlmişdir. Əhvaliruhiyyəsi yüksəldi.
3. Hörməti, nüfuzu, mövqeyi, qiyməti, dəyəri artmaq; tanınmaq, şöhrətlənmək. Kollektivdə nüfuzu yüksəlmək. Bu hadisədən sonra o bizim gözümüzdə çox-çox yüksəldi.
// məc. Tərəqqi etmək, artmaq, inkişaf etmək.
4. Daha yüksək, daha məsul vəzifəyə keçmək, daha yüksək mövqe tutmaq. Vəzifəcə yüksəlmək.
5. Eşidilmək, gəlmək, qalxmaq (səs haqqında). Ura sədaları göyə yüksəldi. Evdən dəhşətli bir fəryad yüksəldi.
6. Uzaqdan və ya yaxından görünmək (uca şey haqqında). Çayın sahilində uca qayalar yüksəlir. Qəsəbənin ortasında mədəniyyət sarayının binası yüksəlir.