YÜNGÜLLƏŞMƏK

f.
1. Çəkisi azalmaq, ağırlığını itirmək, yüngül olmaq. Arabanın yükü yüngülləşdi.
2. Asanlaşmaq, zəhməti, əziyyəti bir qədər azalmaq, işi azalmaq. İşi bir qədər yüngülləşmişdir. Əmək şəraiti yüngülləşmişdi. – Axırı Xudayar bəyin yazıq övrətə bir az rəhmi gəldi.
Vəliqulunu özünə cütçü, Zibanı qaravaş tutdu ki, Zeynəbin işi bir az yüngülləşsin. C.Məmmədquluzadə.

3. Sakitləşmək, təskinlik tapmaq, beynini məşğul edən hisslərdən, fikirlərdən azad olmaq. Dərdi yüngülləşmək. – [Sona xanım:] Səni görəndə könlüm açılır.
Gözlərimə şəfəq gəlir, dərdimi açıb deyirəm, ürəyim bir az yüngülləşir. Ə.Haqverdiyev.

4. Özünü yüngül hiss etmək, mədəsi təmizlənmək. Qusandan sonra yüngülləşdi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YÜNGÜLLƏŞMƏK sakitləşmək — təskinləşmək — yumşalmaq
YÜNGÜLLƏŞMƏ
YÜNGÜLLƏTMƏK

Digər lüğətlərdə