YAĞLAMAQ

f.
1. Üstünə yağ sürtmək, yağ çəkmək. Çəkməsini yağlamaq.
– Bəli, cəlladlar tənabları yağlayıb hazırladılar. Koroğlu”.
Yüyəni, tapqırı bütün yağladı; Qantırğaya təzə qayış bağladı… H.K.Sanılı.

2. Yaxşı işləmək və ya paslanmamaq üçün yağ sürtmək, yağla silmək. Tüfəngi yağlamaq. Maşını yağlamaq.
3. məc. dan. Rüşvət vermək.
// Qılığına girməyə çalışmaq, dilə tutmaq.
◊ Yağlayıb-ballamaq – yalandan tərif etmək, dilə tutmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAĞLAMAQ sürtmək — çəkmək — yaxmaq
YAĞLAMA
YAĞLANDIRILMA

Digər lüğətlərdə