YADELLİ

sif. Başqa ölkədən, yad ölkədən olan; yabançı. Yadelli işğalçılar.
– Yadelli bir şah doğma yurda çapğına keçdi. İ.Əfəndiyev.

// İs. mənasında.
Guşələr göy gurladır, yer titrədir, sel oynadır; Göndərir yadelliyə imzalı fərman Çarigah. B.Vahabzadə.

Antonimlər (əks mənalı sözlər)

  • YADELLİ YADELLİ – DOĞMA Yadelli bir şah doğma yurda çapğına keçdi (İ.Əfəndiyev)
YADDAŞSIZLIQ
YADIRĞAMA

Digər lüğətlərdə