YARANIŞ

is.
1. Yaranma, vücuda gəlmə, yoxdan var olma.
2. Xilqət, təbiət, doğuluş.
Sən ki yaranışdan gözəlsən belə; Bir dastan olmusan ağıza, dilə. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YARANIŞ xilqət — təbiət — doğuluş

Antonimlər (əks mənalı sözlər)

  • YARANIŞ YARANIŞ – ÖLÜM Sən ki, yaranışdan gözəlsən belə; Bir dastan olmusan ağıza, dilə (S.Vurğun); Nədənsə həyətdə bir ölüm sükutu hökm sürürdü (Mir Cəlal)
YARANAN
YARANMA₁

Digər lüğətlərdə