YARARLI

sif. Yarayan, əlverişli, uyğun, lazımlı, işə gələn, faydalı. Kostyuma yararlı parça.
– O, özünə yararlı bir kaman seçmək üçün qarşısına bir çox kaman tökdürmüşdü. M.S.Ordubadi.
Əsil bəla orasındadır ki, usta zeynallar özlərini dünyada ən ağıllı, işgüzar və yararlı adam hesab edirlər. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YARARLI yararlı bax 1. karlı 1; 2. lazımlı
  • YARARLI əlverişli — uyğun — lazımlı — faydalı

Antonimlər (əks mənalı sözlər)

  • YARARLI YARARLI – XEYİRSİZ Əsil bəla orasındadır ki, usta zeynallar özlərini dünyada ən ağıllı, işgüzar və yararlı adam hesab edirlər (M
YARARLAŞMAQ
YARARLIQ

Digər lüğətlərdə