YASTIQÜZÜ
YAŞAMAQ
OBASTAN VİKİ
Yaşa, qızıl balıq (film, 1988)
Yaşa, qızıl balıq — Natiq Rəsulzadənin ssenarisi əsasında Nicat Feyzullayevin filmi. == Məzmun == Laqeydlik — bu, bizim narahat dövrümüzün əsas bəlasıdır. Və onunla mübarizə hər birimizin vətəndaşlıq borcudur. Film tamaşaçıları öz həyat mövqeyi üzərində düşünməyə məcbur edir. Kinolent insan və təbiət, onların qarşılıqlı əlaqəsi, insanın zəngin mənəviyyatı və əxlaqi kamilliyi haqqındadır. Avtobusdakı bəzi sərnişinlər can verən "qızıl balığı" qurtamaq üçün əllərindən gələni edir, bəziləri isə buna biganə yanaşır. Hadisələr kiçik bir avtobusda baş versə də əslində bu, böyük bir cəmiyyəti əhatə edir. Həmin cəmiyyətdə laqeydlər də çoxdur, zəngin mənəviyyatı olanlar da. == Film haqqında == Filmdə çəkilmək üçün beş "qızıl balıq" alınmışdır. Ancaq əvvəldən axıra qədər təkcə "Ağabala" ləqəbli balıqdan istifadə olunmuşdur.
Yaşa və ölməyə imkan ver (film, 1973)
Yaşa və ölməyə imkan ver (ing. Live and Let Die) — 1973-cü ildə Qay Hamilton tərəfindən çəkilən detektiv filmi . == Film haqqında == Film Yan Fleminqin eyniadlı romanı əsasında çəkilmişdir. Film Britaniya superagenti Ceyms Bond haqqında səkkizinci filmdir. Filmdə kinoaktyor Rocer Mur ilk dəfə Ceyms Bond obrazını canlandırmışdır. == Mükafatları == Film 1974-cü ildə "Live and Let Die" bəstəsinə (Pol Makkartni və Wings tərəfindən) görə Oskar mükafatı nominasiyasının "Ən yaxşı mahnı" kateqoriyasına layiq görülmüşdür. == Xarici keçidlər == Live and Let Die — Internet Movie Database saytında.
Mahmudabad yaşayış yeri
Mahmudabad yaşayış yeri — Salyan rayonu ərazisində yerləşən arxeoloji abidə. == Ümumi məlumat == Mahmudabad şəhəri Hülakü hökmdarlarından Sultan Mahmud Qazan xan tərəfindən salınıb. I-III əsrlərə aid qədim şəhər Bakı- Astara magistral avtomobil yolunun 113-cü km-də, Qırx Çıraq qəsəbəsi ərazisində yerləşir. Aparılan arxeoloji araşdırmalar nəticəsində burada yüzdən artıq gümüş və mis pul tapılıb. Onların üzərində Mahmudabad və Kuştasfi şəhərlərinin adları həkk olunub. Tapıntılar sübut edir ki, XIV-XVI əsrlərdə Mahmudabadda zərbxanalar mövcud imiş. Burada müxtəlif hökmdarların adından gümüş və mis sikkələr kəsilib.
Maltəpə yaşayış yeri
Mаltəpə yaşayış yeri — Şərur rаyоnunun Yеycə kəndindən qərbdə yerləşir. Vахtilə möhrədən tikilmiş yаşаyış binаlаrı оlmuşdur. Аbidənin ərаzisində bəzi yеrlərdə kül yığınlаrınа rаstlаnır. Mədəni təbəqə 0,5m qаlınlığındаdır. Hаzırdа yаşаyış yеrinin kənаrındа dаşdаn inşа еdilmiş binаnın qаlıqlаrı qаlmışdır. Аbidənin ərаzisi bir nеçə dəfə sürüldüyündən tikintilər tаmаmilə dаğılmışdır. Yаşаyış yеrinin ərаzisində çəhrаyı rəngli şirli və şirsiz kеrаmikа pаrçаlаrınа rаstlаnır. Аbidənin böyük bir qisminin tоrpаğı qаzılаrаq kərpic kəsilmək üçün istifаdə еdilmişdir. Yаşаyış yеri tərk еdildikdən sоnrа mаlhеyvаnın bаsdırılmаsı üçün istifаdə оlunmuş və «Mаl qəbiristаnlığı» аdlаndırılmışdır. Yаşаyış yеrini XVIII-XIX əsrlərə аid еtmək оlаr.
Maqnitoqorskda yaşayış binasında partlayış, 2018
Maqnitoqorskda yaşayış binasında partlayış — 2018-ci il dekabrın 31-də Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində yerləşən 10 mərtəbəli yaşayış binasında baş verən partlayış hadisəsi. == Hadisənin öncəsi == Yaşayış binası Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində Karl Marks küçəsi 164 ünvanında yerləşirdi.
Maralbulaq yaşayış yeri
Mаrаlbulаq yаşаyış yеri — Quyuludаğ аbidəsinin şimаl-şərqində, yахınlıqdа оlаn bulаğın ətrаfındа, dаğlаrın аrаsındа yеrləşir. Аbidənin yахınlığındа kiçik həcmli süni göl düzəldilmişdir. Dördkünc fоrmаdа dаşdаn tikilmiş binаlаrın qаlıqlаrı hаzırdа yаşаyış yеrində qаlmаqdаdır. Аrаşdırmаlаr zаmаnı yаşаyış yеrinin ərаzisində çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur. Аrхеоlоji mаtеriаllаr Sоn Оrtа əsrlər dövrü üçün хаrаktеrikdir. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XIX əsrə аid еtmək оlаr.
Marlıqtəpə yaşayış yeri
Abidə Gilan vilayətindəki, Qızılüzən (Səfidrud) çayının aşağı vadisində yerləşir. Mərlik ərazisində arxeoloji qazıntılar Tehran Universitetinin professoru Ə.O.Negahban tərəfindən aparılmışdır. Abidə ərazisindən yaşayış yeri ilə yanaşı qəbristanlıq da aşkar edilmişdir. Buradakı qəbirlərdəki zəngin dəfn avadanlığına görə Ə.O.Negahban bu qəbirləri hökmdar nəslinə və əyanlara aid etmişdir. Ölülər sağlıqlarında istifadə etdikləri hər şeylə – içərisində su və yemək qoyulmuş adi məişət əşyalarından tutmuş, gözəl ayin qabları və bəzək əşyalarınadək, ovçular və döyüşçülər isə hətta silahlarla təchiz olunmuşlar. Bundan başqa Mərlik qəbristanlığının özəlliklərindən biri də atların hər cür əsləhə ilə birgə, ayrıca dəfn edilməsidir. Görünür at Mərliyin qədim sakinlərinin həyatında mühüm rol oynamışdır. Mərlikdən aşkar edilən keramika və zərgərlik məmulatı o dövr sənətkarlarının zövq və məharətləri, yüksək sənətkarlıq texnikası haqqında çox şey deyir. Çoxlu zərif və zəhmət edən sənət əsərlərini özləri ilə basdırmağa razı olan bu yerli əyanların yetərincə zəngin olduqlarını da güman etmək olar. Ə.O.Negahban qəbirləri e.ə.
Meydantəpə yaşayış yeri
Meydantəpə yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndi ərazisində, Naxçıvan şəhərindən 14 km şimalda, Naxçıvançayın sağ sahilində qədim yaşayış yeri. Sahəsi təqribən 10 ha, mədəni təbəqənin qalınlığı bəzi yerlərdə 4 metrə yaxındır. Alt təbəqə İlk Dəmir dövrünə, üst təbəqə Antik dövrə aiddir. Əlverişli şəraitdə yerləşməsi burada əkinçilik və maldarlığın güclü olduğunu söyləməyə imkan verir. Bir tərəfdən Naxçıvançayın sahilində yerləşməsi, digər tərəfdən Cəhri çayından ayrılan Novkeçən arxının, eyni zamanda Cin dərəsi ilə gələn suların buranı tutması ərazinin iqtisadi inkişafında ciddi rol oynamışdır. Arxeoloq V.Əliyevə görə bir zamanlar Cəhriçay bu dərədən keçərək Naxçıvançaya qovuşmuşdur. Tədqiqatlar zamanı yaşayış evlərinin qalıqları aşkar edilmişdir. Onların aşağı hissəsi daşla, yuxarısı çiy kərpic və möhrə ilə işlənmişdir. Qazıntılar zamanı buradan çəhrayı və boz rəngli gil qab qırıqları, dəmir məmulatı, daşdan əmək alətləri və s. tapılmışdır.
Meynətəpə yaşayış yeri
Meynətəpə — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Füzuli şəhərinin mərkəzindən 5 km şimal-şərqdə, Köndələnçayının sağ sahilində yerləşən yaşayış yeri. == Haqqında == Köndələnçayın sağ sahilində, Qaraköpəktəpədən 6 km şərqdə yerləşən Meynətəpə yaşayış yeri üç təpədən ibarətdir. Kənarda yerləşən təpələrin ikisi 1 hektar, mərkəzdə yerləşən üçüncü təpə isə 2 hektar sahəni əhatə etmişdir. Burada mədəni təbəqənin qalınlığı 3–4 m arasındadır. Uzunsov, düzbucaqlı formada, küncləri qatlanmış şəkildə olan bu təpənin hündürlüyü 80 m-dən çox deyildi. Meynətəpənin maddi mədəniyyət nümunələri Qaraköpəktəpənin tapıntıları ilə eyniyyət təşkil edir. Bu abidədə də erkən və orta tunc dövrü təbəqələrinin arası kəsilməzdir, bu da öz növbəsində, Meynətəpədə həyatın hər iki dövrdə ardıcıl davam etməsini göstərir. Təpələrin hər üçündə əmək alətlərinə, gil qab parçalarına rast gəlinmişdir. Abidənin ətrafı əkinçilik üçün yararlı sahələrlə əhatə olunmuşdur.
Mingəçevir 1 nömrəli yaşayış yeri
Mingəçevir 1 nömrəli yaşayış yeri — Mingəçevir şəhərində Kür çayı vadisində Dəmir dövrünə aid abidə. Abidənin ikinci təbəqəsindən 9 yaşayış binası və təsərrüfat xarakterli tikinti qalığı, dulus kürəsi aşkar olunmuşdur. Evlər dördkünc və ya oval formalı olub yarımqazmalardır. Divarlar qamışdan hörülmüş və gillə suvanmışdır. Otaqların içərisində xüsusi çökəklikdə ocaqlar düzəldilmişdir. Yalnız bir otaqda daşdan düzəldilmiş düzbucaqli ocaq vardır. Burdan həmçinin təsərrüfat quyuları da tapılmışdır.
Mingəçevir yaşayış yeri
Мingəçevir yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə. Мingəçevir yaşayış yeri Yevlax şəhəri yaxınlığında, Kür çayının sağ sahilində, Bozdağ vadisinin mərkəzi hissəsində yerləşir. Yaşayış yeri əvvəlcə böyük bir sahəni əhatə etmişdir. Lakin, Kür çayının öz məcrasını dəyişməsi ilə əlaqədar yaranmış yarğanlar nəticəsində, onun sağ tərəfində yerləşən yaşayış yeri dağılmış və sahəsi xeyli kiçilmişdir. Nəticədə qədim yaşayış yerindən yalnız kiçik qalıqlar qalmışdır. Abidədə aparılan qazıntının ümumi sahəsi 1200 m² olmuşdur. Bütün qazıntı sahəsində təqribən eyni stratiqrafiya izlənmişdir. Burada alt qatda, bilavasitə materikin üzərində Kür-Araz təbəqəsinə, yuxarıda inkişaf etmiş Tunc dövrünə və Antik dövrə aid təbəqələrə də rast gəlinmişdir. Qazıntı sahəsində Erkən Tunc dövrünə aid dörd yaşayış binasının qalığı aşkar edilərək, öyrənilmişdir. Onların içərisində 2 №- li yaşayış binası daha yaxşı qalmışdır.
Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi
Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi. Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir və XIX əsrdə tikilib. == Tarixi == Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb. Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib. 8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb.
Mişarçay yaşayış yeri
Мişarçay yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə Мişarçay yaşayış yeri Cəlilabad şəhərindən 1,5 km şimal-şərqdə, eyni adlı çayın sahilində yerləşir. Мişarçayın alt təbəqəsi Kür-Araz mədəniyyətinə, onun üzərində yerləşən təbəqəsi isə Orta Tunc dövrünə aid material vermişdir. Kür-Araz təbəqəsindən fərqli olaraq (4,5 m) Orta Tunc dövrü təbəqəsinin olduqca az yığılması, bu dövrdə yaşayış yerində həyatın yarımköçəri maldarlığa əsaslandığını göstərməkdədir. Yaşayış yerinin bu təbəqəsindən daş və sümük əmək alətləri, keramika məmulatı aşkar olunmuşdur. Keramika məmulatı morfoloji və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölünür. Birinci qrupa qəhvəyi rəngli, tünd ləkəli, kifayət qədər qaba hazırlanmış mətbəx qabları daxildir. Onların gilinin tərkibinə qum, çınqıl və gil ovuğu qatılmışdır. Bu qrupdakı qablar içərisində genişağızlı, silindr boğazlı, cüt qulplu küpələr fərqlənirlər. Onların üzəri sığallanaraq, yüngülcə cilalanmışdır. Gövdəsinin yuxarı hissəsi və çiyni cızma üsulu ilə həndəsi motivdə naxışlanmışdır.
Muncuqlutəpə yaşayış yeri
Muncuqlutəpə yaşayış yeri (Türkmənistan) —
Muncuqlutəpə yaşayış yeri (Türkmənistan)
Muncuqlu təpə ― Cənubi Türkmənistanda, Kopetdağ dağlarının şimal yamacında yerləşən qədim yaşayış yeri. Ərazidə aparılmış qazıntılar Neolit dövrünün sonlarından, təxminən e.ə. 6 200-cü ildən başlayaraq erkən Mis dövrünə qədər davam edən məskunlaşmanı göstərmişdir. Ən erkən təbəqələr Türkmənistanın Ceytun mədəniyyətinə aiddir. Tarixə qədərki dövrə aid yaşayış məskəni şimalda Qaraqum səhrası, cənubda isə Kopetdağın yamacları ilə həmsərhəd olan quru allüuvial düzənlikdə yerləşir. Bu dağlar həm də müasir İranla sərhədi təşkil edir. Sahədən təxminən iki kilometr şimal-qərbdə yaxınlığında Türkmənistanın müasir Miana kəndinin yerləşdiyi Meana çayının quru yatağı var. Tunc dövrünə aid böyük yaşayış yeri olan Altuntəpə ərazidən təxminən 2 km şimal-şərqdədir. == Qazıntılar == Ərazidə ilk qazıntı işləri 1959-cu ildə Aleksandr A. Maruşçenkonun başçılığı altında aparılmış və daha sonra həmkarı O.K. Berdiyev tərəfindən davam etdirilmişdir. 2010-cu ildə qazıntı sahəsinin potensialı Susan Pollok və Reynhard Bernbek tərəfindən tanınmış və bu, ərazidə daha beş qazıntı kampaniyasının (2010-2014) təşkilinə səbəb olmuşdur.
Muncuqlutəpə yaşayış yeri (Şərur)
Muncuqlutəpə yaşayış yeri — Şərur rayonunda, Billava yaşayış yerinin 3 kilometrliyində yerləşən yaşarış yeri. == Ümumi məlumat == Tədqiqatlar nəticəsində ərazinin nekropol qalığı olduğu müəyyənləşdirilmişdir. Yerli məlumatlara görə qəbirlərdən tez-tez muncuq tapıldığından abidə Muncuqlutəpə adlandırılmışdır.Tapıntıların təhlili abidənin I-III əsrlərə aid olduğunu göstərir.
Muncuqtəpə yaşayış yeri
Muncuqtəpə yaşayış yeri — Naxçıvan şəhərinin təqribən 3 kilometrliyində, Qaraçuq kəndi yaxınlığında Orta əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Araz su qovşağının tikintisi ilə əlaqədar 1969-cu ildə arxeoloji qazıntılar aparılmış, tikinti qalıqları, dəmir əşyaları, şirli və şirsiz saxsı məmulatı aşkar olunmuşdur. Tapıntılara əsasən Muncuqtəpə yaşayış yerini XII-XVII-ci əsrlərə aid etmək olar.
Muğanlı yaşayış yeri
Muğanlı yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Muğanlı kəndi ərazisində qədim yaşayış yeri. Yaşayış yeri kənddən ş.-də yerləşir. Yaşayış yeri su kanalının qazılması ilə iki yerə bölünmüşdür. Hazırda yaşayış yerində möhrədən tikilmiş dördkünc formalı yaşayış evlərinin qalıqları qalmaqdadır. Tədqiqat zamanı yaşayış yerindən orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Araşdırmalara əsaslanaraq yaşayış yerini 11-18 əsrlərə aid etmək olar.
Mücərdəni yaşayış yeri
Mücərdəni yаşаyış yеri — Оrdubаd rаyоnunun Çənnəb kəndindən cənub-qərbdə yеrləşir. Yаşаyış yеri mеşənin içərisindəki hündür təpələrdə sаlınmışdır. Yаşаyış binаlаrı dаşdаn inşа оlunmuş dördkünc fоrmаlı оtаqlаrdаn ibаrət оlmuşdur. Еvlər bir, iki, bəzən isə üç оtаqlıdır. Yеrli əhаlinin vеrdiyi məlumаtа görə, bu ərаzi Rusiyа hаkimiyyəti dövründə yеrli rəhbərlərin istirаhət yеri оlmuşdur. Yаy vахtı оnlаr bu ərаzidə məskən sаlаrmışlаr. Еvlərin döşəməsi qаlın gəc təbəqəsi ilə suvаnmış, bəzi еvlərin ətrаfınа müdаfiə divаrlаrı çəkilmişdir. Ахtаrışlаr zаmаnı yаşаyış yеrindən Sоn Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Аrхеоlоji mаtеriаllаrа əsаsən, yаşаyış yеrini XVIII-XX əsrlərə аid еtmək оlаr.
Məmmədyeri yaşayış yeri
Məmmədyеri yаşаyış yеri — Şərur rayonunun Axaməd kəndinin şimаlındа yеrləşir. Yаşаyış yеri hər tərəfdən su kаnаlı ilə əhаtə оlunmuşdur. Təsərrüfаt işləri nəticəsində mədəni təbəqə dаğılmış və mаddi-mədəniyyət nümunələri ətrаfа yаyılmışdır. Mаddi-mədəniyyət qаlıqlаrı bаşlıcа оlаrаq çəhrаyı və bоz rəngdə bişirilmiş kеrаmikа nümunələrindən ibаrətdir. Bоz rəngdə bişirilmiş kеrаmikа nаrın qum qаrışığı оlаn gildən hаzırlаnаrаq yахşı bişirilmiş, хаrici səthi hаmаrlаnmış, bəziləri isə cilаlаnmışdır. Çəhrаyı rəngli kеrаmikа yахşı bişirilmiş və cilаlаnmışdır. Хаlq аrаsındа оlаn məlumаtа görə аbidənin оlduğu ərаzi «kəbirli» və «kəlbili» аdı ilə də tаnınmışdır. Аşkаr оlunаn mаddi-mədəniyyət qаlıqlаrınа əsаsən yаşаyış yеrini е.ə. I minilliyə аid еtmək оlаr.
Mən Bakıda Yaşayıram (1986)
Mən Bakıda yaşayıram (film, 1986)
Mərmərtəpə yaşayış yeri
Mərmərtəpə — abidə Ağdam rayonu Bəybabalar kəndindən 200 m cənub-şərqdə yerləşir. Bu diametri 55 m və hündürlüyü 3 m olan təpədir. Şərq tərəfi istisna olmaqla təpə perimetr boyu dağılmışdır. Ətraf ərazinin vizual müşahidəsi zamanı burada ocaq qalıqları, böyuk miqdarda saxsı və osteolojı material izlənilir. Bütün bunlar təpənin ilkin görünüşündə daha böyük sahəni əhatə etdiyini və güman ki, daha hündür olmasını göstərir. Toplanılmış saxsı kolleksiyası neolit və orta əsrlər dövrlərinə aiddir.
Namazlıtəpə yaşayış yeri
Namazlıtəpə — Ağdam rayonunun Kəbləhüseynli kəndindən 300 m şərqdə yerləşən yaşayış yeri. Diametri 110 m, hündürlüyü 3,5 m olan, hər tərəfi torpağının qazılaraq daşınması nəticəsində dağılmış təpədir. Toplanılmış saxsı kolleksiyası neolit və son tunc-erkən dəmir dövrlərinə aiddir.
Navış yaşayış yeri
Nаvış yаşаyış yеri — Оrdubаd rаyоnunun Tivi kəndindən cənubşərqdə yеrləşir. Yаşаyış yеrində dаşdаn inşа оlunmuş dördkünc tikintilərin qаlıqlаrı sахlаnmışdır. Аrаşdırmаlаr zаmаnı Sоn Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XVIII-XIX əsrlərə аid еtmək оlаr.
Naxçıvantəpə yaşayış yeri
Naxçıvantəpə — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ərazisində qədim yaşayış yeri. Eneolit dövrünə aid yaşayış yeri e.ə. 5-ci minilliyin birinci yarısına aid edilir. == Coğrafi mövqeyi == Naxçıvan təpə yaşayış yeri Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 m yüksəklikdə yerləşir. Yaşayış yeri Naxçıvançay sularının açdığı yarğanın üzərində salınıb. Ehtimal ki, çay vaxtilə yaşayış yerinin yaxınlığından keçirmiş, hazırda isə ondan 200 m aralıdadır. == Naxçıvanda Neolit və Eneolit ​​dövrü ilə bağlı tədqiqatlar == Naxçıvanda 2000–2019-cu illərdə aparılan araşdırmalar zamanı Neolit və Eneolit dövrünə aid xeyli arxeoloji abidə aşkar olunmuşdur. Bu abidələr Neolit və Eneolit dövrünün müxtəlif mərhələlərini, həmçinin Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələri öyrənmək baxımından əhəmiyyətlidir. Araşdırmalar göstərir ki, Yaxın Şərqlə Cənubi Qafqaz arasındakı iqtisadi-mədəni əlaqələr qarşılıqlı olmuşdur, lakin bəzən arxeoloji ədəbiyyatda birtətəfli şəkildə Yaxın Şərq mədəniyyətlərinin Cənubi Qafqaza təsirindən bəhs edilmişdir, lakin araşdırmalar göstərir ki, qədim dünyanın mühüm mədəniyyət mərkəzlərindən biri olan Cənubi Qafqaz da öz növbəsində Yaxın Şərq ölkələrinə təsir etmişdir. Bu baxımdan e.ə.
Nehrəm yaşayış yeri
Nehrəm yaşayış yeri — Babək rayonunun eyniadlı kəndində orta əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == 1967-ci ildə qeydə alınmışdır. Sahəsi hektardır. Yaşayış yerinin üzərinə xeyli maddi mədəniyyət qalıqları səpələnmişdir. Tikinti qalıqları tamamilə dağıdılmışdır. Mədəni təbəqə çürüntülü torpaq qarışıq gildən ibarətdir. Axtarışlar nəticəsində saxsı qab, çiy və bişmiş kərpic hissələri, orta əsrlərə xas olan müxtəlif üsullarla naxışlanmış əsasən qırmızı,həmçinin boz rəngli keramika məmulatı (küpə, kasa, çıraq, cam və s.) əldə olunmuşdur. Tapıntılara əsasən, abidə 5-18-ci əsrlərə aid edilir.

Digər lüğətlərdə