YAŞLAMAQ

Yaş etmək, islatmaq.
Gəldiyev bükdüyü papirosu dili ilə yaşlaya-yaşlaya (z.) etinasızlıqla bir də: – Əyləş! – dedi. Mir Cəlal.

◊ Boğazını yaşlamaq – bax boğazını islatmaq (“boğaz1”da).
Dərviş handan-hana özünə gəldi, bir udum çay aldı, boğazını yaşladı, yenə danışığa başladı. A.Divanbəyoğlu.
Müdir birdən içəri girdi.
Natiq əlini stəkana atdı ki, bir az boğazını yaşlasın. Kirpi”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAŞLAMAQ yaşlamaq bax islatmaq 1
  • YAŞLAMAQ islatmaq — nəmləmək

Antonimlər (əks mənalı sözlər)

  • YAŞLAMAQ YAŞLAMAQ – QURULAMAQ Müdir birdən içəri girdi. Natiq əlini stəkana atdı ki, bir az boğazını yaşlasın (“Kirpi”); Çuxasının ətəyi ilə belini quruladı (İ
YAŞLAMA
YAŞLANDIRILMA

Digər lüğətlərdə