YIĞIŞDIRMAQ

f.
1. Tökülmüş, səpələnmiş, salınmış, düzülmüş, qoyulmuş şeyləri yığıb götürmək. Stolun üstünü yığışdırmaq. Şeyləri yerdən yığışdırmaq.
– Kərbəlayı Cəfər süfrəni, qabları yığışdırıb qoydu kənara. C.Məmmədquluzadə.
Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən arasından yerə bir məktub düşdü. A.Şaiq.

// Səliqəyə, sahmana, qaydaya salmaq, düzəltmək, təmizləmək, sil-süpür etmək. Otağı yığışdırmaq.
– Telli inəkləri töyləyə saldıqdan sonra, Gülpərinin buraxıb getdiyi evi yığışdırdı. S.Hüseyn.

2. Çəkmək, dartıb bir yerə yığmaq. Ətəklərini yığışdırmaq.
◊ Əl-ayağını yığışdırmaq – bax əl-ayaq.
Özünü yığışdırmaq – bax öz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YIĞIŞDIRMAQ 1. YIĞIŞDIRMAQ Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən arasından yerə bir məktub düşdü (A
YIĞIŞDIRMA
YIĞIŞMA

Digər lüğətlərdə