ZANBAQ
ZARABƏYİM
OBASTAN VİKİ
Zara
Zara — ad. Zara Yılmaz — Türkiyəli müğənni. Zara Larsson — İsveçli müğənni. == Qurumlar == ZARA — İspaniya brendi.
Zara (Sivas)
Zara (türk. Zara) — Sivas ilinin ilçəsi.
Zara (brend)
"Zara" — İspaniyanın geyim və aksesuar markalarından biri. "Zara" brendinin sahibi Amansio Orteqadır. == Mağazaları == Dünya üzrə 88 ölkədə 2000-dən çox "Zara" mağazası vardır.
Zara Larsson
Sara Mariya Larsson (isv. Zara Maria Larsson; d. 16 dekabr 1997, Stokholm, İsveç) — İsveçli müğənni. TV4 bacarıq yarışması olan "Talang 2008"i qazanaraq tanınmışdır. 2013-cü ildə tanıtdığı "Uncover" adlı sinqlı ilə İsveç və Norveç musiqi siyahılarında zirvəyə yüksəlmişdir. 2013-cü il apreldə ABŞ-nin "Sony Music Entertainment" şirkəti ilə müqavilə bağlamışdır.
Vir və Zara
"Vir və Zara" rejissoru Yaş Çopranın olduğu və oğlu Aditya Çopra ilə birgə ərsəyə gətirdiyi, romantik dram janrına məxsus və hind dilində qələmə alınmış filmdir. Talehsiz sevgililərin adını alan bu filmdə baş rolları Şahrux Xan ilə Priti Zinta canlandımışdır. Vir Hind Hava Qüvvələrinin pilotu, Zara isə Pakistan siyasi xadiminin qızıdır. Vir yanlış ittihamlardan dolayı həbs edilir və Rani Mukercinin canlandırdığı gənc pakistanlı hüquqşünas onun azadlığı üçün mübarizə aparır. Amitab Baççan, Hema Malini, Divya Dutta, Mənuc Bacpayi, Boman İrani, Anupam Ker və Kirron Ker kimi tanınmış aktyor və aktrisalar digər rolları canlandırmışlar. == Məzmun == Hind pilotu Vir Prataph Sinqh, Zara adlı qızın həyatını xilas edir. Bu hadisədən sonra onlar öz vaxtlarının çoxunu birgə keçirirlər və Vir Zaranın nə üçün Hindistana gəldiyini öyrənir. Zaranın ailəsi əvvəldən kimsəsiz bir qadına baxmışdılar. Bu yaşlı qadın vəfat etməzdən əvvəl Zaradan onun külünü Hindistandakı bir çaya atmasını istəyir. Zara yaşlı qadının diləyini qəbul edir və anasını, atasını xəbərdar etmədən yola çıxır.
Zara (Türkiyə müğənnisi)
Zara və ya doğum adıyla Neşe Yılmaz (15 yanvar 1976 İstanbul, Türkiyə) — kürd əsilli Türkiyə musiqiçisi.
Zara (Türkiyəli müğənni)
Zara və ya doğum adıyla Neşe Yılmaz (15 yanvar 1976 İstanbul, Türkiyə) — kürd əsilli Türkiyə musiqiçisi.
Zara (müğənni, 1976)
Zara və ya doğum adıyla Neşe Yılmaz (15 yanvar 1976 İstanbul, Türkiyə) — kürd əsilli Türkiyə musiqiçisi.
Vir və Zara (film, 2004)
"Vir və Zara" rejissoru Yaş Çopranın olduğu və oğlu Aditya Çopra ilə birgə ərsəyə gətirdiyi, romantik dram janrına məxsus və hind dilində qələmə alınmış filmdir. Talehsiz sevgililərin adını alan bu filmdə baş rolları Şahrux Xan ilə Priti Zinta canlandımışdır. Vir Hind Hava Qüvvələrinin pilotu, Zara isə Pakistan siyasi xadiminin qızıdır. Vir yanlış ittihamlardan dolayı həbs edilir və Rani Mukercinin canlandırdığı gənc pakistanlı hüquqşünas onun azadlığı üçün mübarizə aparır. Amitab Baççan, Hema Malini, Divya Dutta, Mənuc Bacpayi, Boman İrani, Anupam Ker və Kirron Ker kimi tanınmış aktyor və aktrisalar digər rolları canlandırmışlar. == Məzmun == Hind pilotu Vir Prataph Sinqh, Zara adlı qızın həyatını xilas edir. Bu hadisədən sonra onlar öz vaxtlarının çoxunu birgə keçirirlər və Vir Zaranın nə üçün Hindistana gəldiyini öyrənir. Zaranın ailəsi əvvəldən kimsəsiz bir qadına baxmışdılar. Bu yaşlı qadın vəfat etməzdən əvvəl Zaradan onun külünü Hindistandakı bir çaya atmasını istəyir. Zara yaşlı qadının diləyini qəbul edir və anasını, atasını xəbərdar etmədən yola çıxır.
Vir və Zara: Məhəbbət əhvalatı (film, 2004)

Bulbophyllum zaratananae
Bulbophyllum zaratananae (lat. Bulbophyllum zaratananae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Zarah İliyev
Zarah İliyev (8 sentyabr 1966, Qırmızı Qəsəbə, Azərbaycan SSR, SSRİ) — Rusiyada fəaliyyət göstərən yəhudi iş adamı. == Həyatı == Zarah Bension oğlu İliyev 1966-cı il sentyabrın 8-də Quba rayonundakı Qırmızı qəsəbədə anadan olub. Atası Bension İliyev idi. 5 oğul atası onlara da çəkməçiliyə öyrədib. Bension İliyev daha çox “aerodrom” adlanan papaqları tikirmiş. Qubadakı kolxoz bazarında onu tanımayan yox idi. Zarah İliyev bu işdə atasına köməkçi olsa da, ömürlük papaqçı olmaq fikrində deyildi. Xeyli vaxtdır ki, Rusiyada yaşayan əmilərinin dəvəti ilə 1983-cü ildə, 17 yaşındaykən o, Moskvaya gedir. Əvvəlcə “Çeremuşka” adlanan ərazidə gül alveri ilə məşğul olur. Sonralar İliyevin gül satdığı ərazidə “Panorama” ticarət mərkəzi tikilir.
Zaramaq SES
Zaramaq Su Elektrik Stansiyaları — Şimali Osetiyanın Alagir bölgəsindəki Ardon çayı üzərində bir-biri ilə əlaqəli iki su elektrik stansiyasından — mövcud Qolovnoy SES və tikilməkdə olan Zaramaq SES ibarət su elektrik stansiyasından ibarətdir. Kompleksin inşasına 1976-cı ildə başlanılıb, 2019-cu ildə başa çatdırılması planlaşdırılır. Layihə çətin təbii şəraitdə həyata keçirilir və Rusiya hidroenergetika sənayesinə xas bir sıra texniki həllər ilə fərqlənir — xüsusən, Zaramaq SES-1 Rusiyada ən böyük başlığa, ən güclü soba hidrolik turbinlərinə və ən uzun törəmə tunelə sahib olacaqdır. İnşaatın idarəedilməsi PAS RusHidro şirkətinin törəmə şirkəti olan Zaramaq SES-lər tərəfindən həyata keçirilir. == Ətraf mühitə təsiri == Bərpa olunan enerji mənbəyi olmaqla, Zaramaq Su Elektrik Stansiyaları işə düşəndən sonra Şimali Qafqazın yanacaq balansından təxminən 270 min ton standart yanacaq çıxarmağa imkan verəcəkdir. Bunun illik azot oksidlərinin 3,5 min ton, kükürd oksidlərinin — 8,2 min ton, külün — 3 min ton, karbon qazının 420 min ton miqdarında tullantıların qarşısını alacağı gözlənilir. Su anbarının kiçik olması səbəbindən mikroiqlimə təsiri azdır, onu yalnız sahildən 100 metr radiusda görmək mümkündür. Tədqiqatlara görə, su anbarı Tibski mineral su yatağına, eləcə də Kudzaxtanın və Nara qrupunun bulaqlarına təsir göstərməyəcəkdir. Zaramaq SES-nin inşası layihəsi Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi prosedurundan keçmişdir. == İnşası == 2015-ci ildə tikinti yenidən quruldu, obyekt yenidən RusHidro investisiya proqramına daxil edildi, Zaramaq SES-1-in istifadəyə verilməsi 2018-ci ilə planlaşdırılır.2015-ci ilin əvvəlinə stansiya hazırlığı 60% qiymətləndirilmişdir.
Zarasay
Zarasay (lit. Zarasai, pol. Jeziorosy) — Litvada şəhər. == Tarixi == Arxeoloji və yazılı mənbələrdə təsdiqinin tapılmamasına baxmayaraq, əksər tədqiqatçılar deyirlər ki, Zarasay şəhərinin yaradılması XV əsrin sonu-XVI əsrin əvvəllərinə aiddir. Ona kimi isə burada selon tayfaları yaşayırdı. Həmin mərhələdə (XV–XVI əsrlər) şəhər ərazisində yepiskop mülkanəsi tikilmişdi. Əfsanəyə görə bir zamanlar Zarasay şəhərinin yanında iri təpədə nəhənglər ailəsi yaşayırdı. Həmin ailədə şən, cəld olan və gizlənpaç oynamağı çox sevən nəhəng oğlan Azerasay böyüyürdü. Bir gün ailəsi meşəyə gedərkən o, elə gizlənmişdi ki, heç kim onu tapa bilmirdi. Ailəsi onu haylayırdı: " Azerasay, Azerasay, Azerasay", exo isə "Zarasay, Zarasay, Zarasay" kimi təkrarlayırdı.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Haqqında == Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1410 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir. == Toponimikası == Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Zarat (İsmayıllı)
Zarat — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdimançayın sol sahilində yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin yaxınlığından keçir. Kənddən Şamaxının Zarat-Xeybəri kəndinə piyada yol vardır. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Zarat kəndində 54 evdə etnik tatlardan ibarət 416 nəfər (244 nəfəri kişilər, 172 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 31 nəfərdir ki onunda 17 nəfəri kişi, 14 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Zarat Xeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.
Zaratuştra
Zərdüşt, Zaratuştra və Zoroastr — zərdüştçülük dininin yaradıcısı, İranın ən böyük tarixi şəxsiyyətlərindəndir. İndiki İranın şərqində e.ə. VI–V yüzilliklər arasında yaşaması ehtimal edilir. Bəzi mənbələrdə Zərdüştün doğulduğu yer Bəlx, bəzən isə Raqa göstərilir. Avesta kitabı Orta əsrlərdə ən möhtəşəm tarixi olması barədə məlumat verilir. Avestanın qatlarında verilən moizə-nəğmələrdə Zərdüşt tək Tanrıya sitayiş edən qədim Ariya (Əryan) dinlərinin əsaslarını yenidən qaytarmağa çalışır, qanlı qurbanlara və "xaum" ayininin həyata keçirilməsinə qarşı çıxır. Öz moizələrində Zərdüşt təbiətcə bir-birinə zidd və daima mübarizə aparan iki qüvvə – Xeyir və Şəri Tanrının iki başlanğıc enerjisi kimi qələmə verir. İnsanlara Xeyirə tabe olub (xeyirli işlər görüb) Şərdən qaçmağı təbliğ edirdi. Zərdüşt Peyğəmbər bəşəriyyətin ümumi yaşam konsepsiyasını bircə cümlədə ifadə etmişdir – Doğru Düşüncə, Doğru Söz, Doğru İş! Bütün dinlərin mahiyyəti, insanlığın mənası, Allahı dərk etməyin yolu bu fikirdə ifadə olunub..
Zaratxeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.
Zaraysk
Zaraysk — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Zarağan
Zarağan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd keçmişdə Qəbələ şəhərinin 3 km.-liyindəki Şıx Taci qəbristanlığının yanında yerləşirdi. Çökək yerdə, həm də çay ağzında olduğuna görə əhali indiki yerə köçüb, burada məskunlaşmışdır. Kəndin adı ərazidəki sarağan (vəlgə də adlanır) ağacının bolluğu ilə əlaqədardır. Həmin ağacın yarpağından keçmişdə dəri aşılamaq, özəyindən isə sarı boya almaq üçün istifadə olunurdu. Ərazidə Sarağan meşəsi də var. == Coğrafiyası və iqlimi == Zarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparançayın sahilində, Alazan-Həftəran vadisində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2804 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Elman Məmmədov — kimya elmləri doktoru, professor. == İqtisadiyyatı == Kəndin üç yolun ayrıcında (Qəbələ-Bakı, Qəbələ-Ağdaş və Qəbələ-Oğuz) yerləşməsi, şəhərə yaxınlığı səbəbindən burada iri ticarət obyektləri mövcuddur.
Zarağan bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Raqıb Zarakolu
Raqıb Zarakolu (türk. Ragıp Zarakolu; 1948, Böyükada, İstanbul ili) — Türkiyəli insan haqqları müdafiəçisi, jurnalist və naşiri. Həyat yoldaşı Ayşə Nur Zarakolu ilə birlikdə qurduqları Bəlgə nəşriyyatının dəstəyi ilə təşkil etdikləri konfranslarda ümumilikdə "Türkiyədəki azlıqlar" məsələsini müzakirə ediblər. Bunla bağlı olaraq onlara qarşı 50-dan çox məhkəmə işi açılıb. == Həyatı və fəaliyyəti == Raqıb Zarakolu 1948-ci ildə atası Rəmzi Zarakolunun (1902-1968) mahal valisi olduğu Böyükadada anadan olub. Kabataş liseyində təhsilini başa vurduqdan sonra Raqıb bəy 1965-ci ildə daxil olduğu İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib. 12 mart Memorandumu (Türkiyədə dövlət çevrilişi (1971)) və müəllimi Cavid Orxan Tütəngilin öldürülməsi səbəbindən doktorantura təhsili iki dəfə yarımçıq qalıb. Raqıb Zarakolu yazıçılıq fəaliyyətinə 1968-ci ildə "And" və "Yeni üfüqlər" jurnallarında başlayıb. 1971-ci ildə Amnesty İnternational təşkilatı ilə əlaqəsinin üzə çıxmasından sonra 5 ay müddətinə həbs olunan Raqıb bəyə səyahət qadağası qoyuldu (1991-ci ilə qədər). 1972-ci ildə Ho Şi Min haqqında yazdığı məqaləyə görə həbs olunmuş, 1974-cü ildə azadlığa buraxılmışdır.

Digər lüğətlərdə