ZİLLƏNMƏK


1. qayıd. Zilləyib baxmaq, gözlərini qırpmadan diqqətlə bir nöqtəyə baxmaq.
2. məch. Yönəldilmək, dikilmək.
Dörd nəfər yoldaşın nəzəri bir-birinə zillənir və hamıda eyni kədər və ələm hiss olunurdu. H.Nəzərli.
…Xəlfə ayağa durub qapıya yanaşdı, hamının gözü ona zilləndi. M.Hüseyn.

3. Dik qalxmaq.
Havaya zillənib, uçmaq istərdi; Dəhşətli bir meydan açmaq istərdi. H.K.Sanılı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZİLLƏNMƏK zillənmək bax dikilmək
ZİLLƏNMƏK
ZİLLƏŞDİRİLMƏ

Digər lüğətlərdə