ZOOTÉXNİK

[ yun. zoon və techne-dən] Zootexniya mütəxəssisi.
Kəndin müəllimləri, kolxozun briqadirləri, zootexniki, aqronomu həmişə üzlərini Səməd Bayramlıya qırxdırırdılar… M.Hüseyn.
Aqronom, baytar, zootexnik, mühəndis, yerölçən yeni kəndin tərəqqisi uğrunda ciddi işə girişdi. Ə.Vəliyev.

ZOOPÁRK
ZOOTÉXNİKA
OBASTAN VİKİ
Mikayıl Rəhimov (zootexnik)
Rəhimov Mikayıl İsmayıl oğlu (26 sentyabr 1930, Tumaslı, Naxçıvan MSSR – 31 oktyabr 2004) – zootexnik, kənd təsərrüfatı elmləri doktoru (1985), professor (1986), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının (1991) müxbir üzvü. SSRİ Dövlət mükafatı laureatı (1985). == Həyatı == Mikayıl Rəhimov 1930-cu ildə Naxçıvan MR Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1937-ci ildə valideynləri ilə birlikdə Qazaxıstana sürgün edilib. Ali təhsilini 1953-1958-ci illərdə Perm Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsində alıb. == Əmək fəaliyyəti == Mikayıl Rəhimov 1970-ci ilə kimi Tümen Kənd Təsərrüfatı İnstitutun­da dosent, ka­fed­ra müdiri və Zootexnika fakültəsində dekan vəzifəsini icra edib. 1970-ci ildən 1987-ci ilə kimi Sibir Elmi Tədqiqat Layihə Texnoloji Hey­van­darlıq İnstitu­tunun Ətlik-maldarlıq şöbəsində müdir vəzifəsində çalışıb. 1987-ci ildə akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi Tədqiqat Hey­van­darlıq İnstitutuna rəhbər təyin olunub. == Akademik fəaliyyəti == Mikayıl Rəhimov 1961-ci ildə Perm Kənd Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olub. Xüsusi zootexnika ixtisası üzrə 1964-cü ildə aspiranturanı qurtarmış və "Seksun malının südlük və ətlik keyfiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Zootexnika
Zootexnika — Heyvanşünaslıq heyvanlar və ya evdə saxlanılan heyvanların, o cümlədən emal, yetişdirmə və saxlama şəraitini öyrənən elmdir . Genetika, çoxalma (heyvandarlıq), qidalanma , heyvanların rifahı, sağlamlıq (profilaktik tibb) və iqtisadiyyat sahələri ilə sıx əlaqəlidir.

Digər lüğətlərdə