1. Ağrıdan, qızdırmadan və başqa bir səbəb üzündən çırpınmaq, bədəni sarsılmaq, əl-ayağını oynatmaq.
Xosrov hələ də çınqıl üzərində çapalayırdı.
[Müəllim] qızdırmanın içərisində çapalayan ( f.is. ) körpəsinin xəstəliyə davam gətirə bilməyəcəyindən narahat idi.
2. Zor bir vəziyyətdən qurtarmaq, yaxud da gücü çatmadığı bir işin öhdəsindən gəlmək üçün çox çalışmaq, əlləşmək, cəhd etmək, səy etmək.
At ha çapaladı, ha partdadı, ayaqlarını Dəmirçioğlunun əlindən qurtara bilmədi. “ ”.
Uşaq nə qədər çapaladısa, sürüşkən xəndəkdən çıxa bilmədi.
// Məc. mənada.
Qaçay bu qarma-qarışıq fikirlərin torunda çapalayarkən uzun-uzadı siqnal səsi eşitdi.
[Mollayev] daim şübhə və tərəddüd içində çapalayır, ən yaxın dostlarından da şübhələnirdi.