1. Qabığı, bərk şeyi dişlə bərk basaraq parçalamaq; xırdalamaq; sındırmaq. Tum çırtlamaq.
2. Gül açmağa başlamaq, açılmağa, cücərməyə başlamaq.
[Yazgül:] Bizim yerdə bir yazda – gül çırtlayanda, bir də payızda – qoz çatlayanda bərk külək əsir.
Güllərin üstü qoza ilə doludur, bəzi qozalar artıq çırtlayıb yarılır. ( ).
// Göyərməyə, bitməyə başlamaq. Toxum çırtladı.
3. məc. Yenicə doğmaq, çıxmaq (Günəş haqqında).
Şərq üfüqlərində günəş yenicə çırtlamağa başlayırdı.
[Səttar:] Əşi, yuxudan oyanıb gözümüzü açıram, görürəm, gün təzəcə çırtlayır.