ŞAHTƏRƏ

is. bot. Aran yerlərdə taxıl zəmilərində bitən və xalq təbabətində istifadə edilən bitki və onun çiçəyi.
ŞAHSÖYÜD
ŞAHTUT
OBASTAN VİKİ
Şahtərə
Şahtərə (lat. Fumaria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. Bu birillik bitki Azərbaycanda çox gеniş yayılmışdır. Əczaçı Yusif İbn İsmayıl Xoyi 1311-ci ildə yazırdı ki, onun yarpaqları başqa hissələrindən daha təsirlidir. Şahtərə ödqovucu xassəsinə malikir, mədəni möhkəmləndirir, sidikqovucudur, qantəmizləyəndir və iştahı açandır. Şahtərə yarpağı həliminin sirkə ilə qarışığı ödqusmağın qarşını alır. Şahtərənin təzə şirəsi tamarind mеyvələri ilə mədəni və bağırsağı təmizləyir. Xaricdən istifadə еtdikdə – dəmrovu aradan qaldırır. Şahtərənin еkstraktını antisеptik vasitə kimi gözə damcılayırlar. Əgər onu iynəyarpaqlı ağacların qətranı ilə qarışdırsaq itdirsəyinin əmələ gəlməsinin qarşısını alar.
Xırdaçiçək şahtərə
Fumaria densiflora (lat. Fumaria densiflora) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü.
Aptek şahtərəsi
Dərman şahtərəsi (lat. Fumaria officinalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dərman şahtərəsi 10-30 sm hündürlükdə, budaqlanan, qabırğacıqlı, içərisi boş gövdəli birillik ot bitkisidir. Bitki göyümtül-yaşıl rənglidir. Yarpaqlar gövdə üzərində növbəli düzülmüş və ikiqatlələkvari bölümlüdürlər. Çiçəkləri qırmizi rənglidir, qeyri-müntəzəmdirlər, xırda olub salxıma toplanmışdır. Kasa yarpaqları 4 ədəd, erkəkciklər 2 ədəd və 3 bölümlüdürlər. Meyvəsi uc hissədən bir qədər basıq olan fındıqcıqdır. Bitki aprel ayindan iyun aylarına qədər çiçəkləyir və iyul-avqust aylarinda meyvə verir. == Yayılması == Azərbaycan Kür-Araz ovaliqlarından başlamış alp qurşağına qədər bütün regionlarda yayılmışdır.
Dərman şahtərəsi

Vaylant şahtərəsi
Vaylant şahtərəsi (lat. Fumaria vaillantii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü. Fumaria camerarii Bubani Fumaria chavinii Reut. Fumaria officinalis Hohen. [Illegitimate] Fumaria parviflora subsp. vaillantii (Loisel.) Hook.f. Fumaria spicata Balb. ex Parl. Fumaria tenuiflora Janka ex Nyman Fumaria vaillantii f. longibracteata Panov Fumaria vaillantii var.
Şahtərəkimilər
Şahtərəkimilər (lat. Fumarioideae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki yarımfəsiləsi.
Şahtərəyəbənzər durnaotu
Şahtərəyəbənzər durnaotu (lat. Erodium fumarioides) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. Myrrhina fumarioides (Steven) Rupr.
Şleyxer şahtərəsi
Şleyxer şahtərəsi (lat. Fumaria schleicheri) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü.

Digər lüğətlərdə