Çoban şamxal ibn I Əlibəy
Çoban şamxal ibn I Əlibəy (? - 1574) — Dağıstan əmiri, Qumuq şamxalı.
== Həyatı ==
Abbasqulu ağa Bakıxanov mümkün olan mənbələrə əsasən yazır ki, Çoban "Qaytaqdan tutmuş, Kürə dairəsi, Avarstan, Çərkəzlər və Terek çayı, Xəzər dənizinə qədər ölkənin hakimi idi və 1574-cü ildə Buynakda vəfat edib".
Şamxalların nəsil şəcərəsinin öyrənmiş etnoqraf Lavrov hesab edir ki, Bakıxanovun məlumatı "naməlum mənbələrdən" götürülüb. Lakin etnoqraf səhv edir, mənbələr məlumdur-bu 1758-ci il şəcərəsi və 1842-ci il knyaz Xasay xan Usmiyevin, D. M. Şeyxəli Kurumov və Y. Klıcyevin tərtib etdiyi "Qeyd"dir.
Çoban şamxalın xatırlanması daha erkən 1569-cu il Rus mənbələrində göstərilir.
Çobanın ölüm tarixi XIX əsrin mənbələrində 1574-cü ildir. Amma bu məlumat da, doğru deyil.
Şərqşünas Vasili Bartold Çobanın ölüm tarixi kimi 1578-ci ili göstərir. Lakin bu tarix də, səhvdir, zira Türkiyə və digər mənbələrin məlumatlarının təhlili göstərir ki, Çoban şamxal hökmdar qismində nəinki 1574-1578-ci illər, həm də, bütün sonrakı illərdə, 1579-cu ildə də, qeyd olunur.