ŞAMİL

Ərəbcə “əhatəli”, “aid olan” deməkdir. Cahanşümül sözü ilə qohumdur, aidiy­yət bildirir (müqayisə et: şamil etmək...) (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ŞAMXAL
ŞAMPAN ŞƏRABI
OBASTAN VİKİ
Şamil
Şamil — kişi adı və təxəllüs Şamil Rasizadə — Azərbaycan SSR dövrünün görkəmli dövlət xadimi. Şamil Basayev - Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri. Şamil Süleymanlı — Azərbaycan kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın xalq artisti Şamil Mahmudbəyov (rejissor) - Azərbaycan kinorejissoru, aktyor, ssenarist Şamil İbrahimov — Azərbaycanın teatr və kino aktyoru, rejissor. Şamil Əliyev — Azərbaycan kinorejissoru və ssenaristi. Şamil Şamxalov – Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət və idman xadimi Şamil Əsgərov - şair, tərcüməçi, filologiya elmlər namizədi, Əməkdar mədəniyyət işçisi. Şamil Fətullayev — memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) Şamil Əzizbəyov — geologiya-mineralogiya elmləri doktoru (1943), professor (1944) Şeyx Şamil - Qafqaz xalqlarının milli qəhrəmanı Şamil Xurşud - ictimai xadim, yazıçı, publisist və dramaturq, Şamil Ramazanov — Azərbaycanın Milli Qəhrəmanı, Şamil Əliyev (akademik) - akademik, Bakı Dövlət Universitetinin rektoru (1941-1944) Şamil Mahmudbəyov (repressiya qurbanı) — repressiya qurbanı Şamil rayonu - Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Şamil Ağayev — Azərbaycan jurnalisti Şamil Şahməmmədov- jurnalist Şamil Qazıyev — rəssam, əməkdar incəsənət xadimi. Şamil Vəliyev — Professor, filologiya elmləri doktoru, əməkdar jurnalist, Şamil Səlimxanov - Tibb elmləri doktoru. Şamil Nəcəfzadə — Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, ssenari müəllifi və aktyor, Şamil Qurbanov — Azərbaycan Respublikasının dövlət xadimi, filologiya elmləri doktoru, professor Məşədi Şamil Hacıyev - vəkil, "Difai" təşkilatının üzvü Şamil Xudiyev - iqtisad elmləri dоktоru Şamil Qafarov - professor (2003) Şamil Allahverdiyev - Geoloq, geologiya-mineralogiya elmləri doktoru Şamil Yusifov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Şamil Atabəy - jurnalist Şamil Muxtarov - İkinci dünya müharibəsi iştirakçısı, Şamil bəy Əsgərxanov — Rusiya çar ordusunun poruçiki, Şamil Tahirov - kimya üzrə fəlsəfə doktoru Şamil Ayrım - Türkiyə siyasətçisi.
Maksim Şamil
Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim. == Həyatı == Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir. 1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir.Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. == Yaradıcılığı == Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir. "Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur. == Kitabları == "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə). Bakı, "Elm və təhsil" nəşriyyatı, 2012.
Oktay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). == Həyatı == Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.
Oqtay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). == Həyatı == Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.
İmam Şamil
Şeyx Şamil (avar. Имам Шамиль; 26 iyun (7 iyul) 1797, Gimri – 4 fevral 1871, Mədinə, Həbəşistan əyaləti) — Qafqaz dağlılarının rəhbəri, 1834-cü ildən Qərbi Dağıstan dağlılarını, çeçenləri və çərkəzləri birləşdirən teokratik dövlətin — Şimali Qafqaz imamlığının imamı kimi tanınmışdır. Qafqaz xalqlarının milli qəhrəmanı. Milliyyətcə — Avardır. == İlk illəri == === Milli mənsubiyyəti === Şamilin atası avar dəmirçi Denqav-Məhəmməd, anası isə avar bəyi Pirbudağın qızı Baxu Meseddir. Mariya Çiçaqovanın dediyinə görə, Şamilin ata xətti ilə ulu babası Əmirxan "Qafqazda böyük nüfuza malik tanınmış bir qumuq imiş".Şamil 26 iyun (7 iyul) 1797-ci il tarixində ― müsəlman təqvimi ilə ilin başladığı gün, məhərrəm ayının 1-də Avar Xindalal icmasına məxsus Gimri (Qenub) kəndində (indiki Unsuqul rayonu, qərbi Dağıstan) anadan olmuşdur. Ona əvvəlcə babası Əlinin adını qoymuşdular. Uşaqlıqda tez-tez xəstələndiyinə görə valideynləri inamlarına uyğun olaraq, ona dayısının adını ― Şamil (Şamuil ― "Allah eşidən") adını verdilər. === Mənəvi formalaşması === Oğlana babasının şərəfinə Əli adı qoymuşdular. Uşaq ikən, o, arıq və zəif idi, tez-tez xəstələnirdi.
Şamil Abayev
Şamil Abayev(oset. Абайты Бекмурзайы фырт Шамил; 1878, Diqora – 8 noyabr 1940, Orconikidze) — Osetin əsilli Sovet şairi və inqilabçısı. == Bioqrafiyası == 1889-cu ildə Xristianovskoye kənd məktəbini bitirir. 1900-1905-ci illərdə kəndində qarğıdalı alışı üzrə alıcı işləyir. 1904-cü ildə fəal inqilabi fəaliyyətinə başlayır və 1905-1907-ci illərdə Şimali Osetiyanın inqilabi hadisələrində iştirak edir. 1910-1917-ci illərdə Şimali Osetiya məktəblərində müəllim işləyir. 1917-ci ildə Şamil Abayev doğulduğu Xristianovskoye kəndində "Kermen" gizli bolşevik təşkilatının təşkilatçısı olur və Kommunist Partiyasına üzv olur. 1919-cu ildə gizli bir partiya konfransında Rusiya Kommuinist Partiyası Osetiya təşkilatının rayon komitəsinin sədri seçilir. Şimali Osetiyada Sovet hakimiyyəti qurulduqdan sonra müxtəlif siyasi vəzifələrdə çalışır. 1935-ci ildə Respublika Müəllimlərin Təkmilləşdirilməsi İnstitutu qurulur və Şamil Abayev onun ilk rəhbəri təyin edilir.
Şamil Aladin
Şamil Aladin (d. 12 iyul 1912, Bağçasaray, Rusiya imperiyası – 21 may 1996, Simferopol, Ukrayna) – Krım tatarı olan yazıçı, şair, tərcüməçi və insan haqları aktivisti. Şeirlə başladığı ədəbiyyat həyatına daha sonra nəsr və qurğusal olmayan əsərlərlə davam etmişdir. == Həyatı == Kamil Şamil Aladin 12 iyul 1912-ci ildə Rusiya imperiyasına tabe olan Bağçasarayın Mahuldur adlı tatar kəndində anadan olmuşdur. 21 may 1996-cı ildə Ukraynaya aid olan Simferopolda vəfat etmiş və Simferopoldakı Abdal məzarlığında dəfn edilmişdir. === Təhsili === Baxçasarayda 7 illik təhsil görmüşdür. Ağməsciddə (Simferopol) Pedoqogika Tenxikomunu bitiridkdən sonra, Pedinstitutda təhsil almışdır. 1932-ci ilin sonunda Qırmızı Orduya çağırılmış, Qızıl Kazak Atlılar bölüyündə xidmət etmişdir. == Fəaliyyəti == 1935-ci iıdə Qızıl qazaxın yırları adlı ikinci şer kitabı nəşr edilmişdir. 1937-ci ildə SSRİ Yazıçılar Birliyinə üzv kimi qəbul edilmişdir.
Şamil Allahverdiyev
Şamil İsmayıl oğlu Allahverdiyev (6 iyun 1930, Yengicə – 3 mart 1998, Bakı) — Geoloq, geologiya-mineralogiya elmləri doktoru. == Həyatı == Şamil Allahverdiyev 1930-cu ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsini, 1959-cu ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasını bitirmişdir. Həmin İnstitutda elmi, böyük elmi, aparıcı elmi işçi vəzifələrində çalışmış, 1988-ci ildən İzotop geologiyası və geoxronologiyası laboratoriyasına rəhbərlik etmişdir. Elmi fəaliyyəti ofiolit kompleksi süxurlarının petrologiyası və mineralogiyası ilə bağlıdır. Ofiolit kompleks süxurlarında Azərbaycan üçün yeni olan 30-dan çox müəyyən və təsvir etmişdir. 100- qədərelmi işi, 3 monoqrafiyası (2-si həmmüəlliflə) çap olunmuşdur. BDU-da və Azərbaycan Dövlət Neft Akademiyasında pedoqoji fəaliyyət də göstərmişdir. Geologiya, maqmatizm, filizəmələgəlmə, problemlərinə dair beynəlxalq və respublika konferans və simpoziumlarında məruzələr etmişdir. Şamil Allahverdiyev, 1998-ci ilin mart ayının 3-də Bakı şəhərində 67 yaşında vəfat etmişdir.
Şamil Asildarov
Şamil Saidbeqoviç Asildarov (rus. Шамиль Саидбегович Асильдаров; 18 may 1983, Mahaçqala) — hücumçu mövqeyində çıxış edən Rusiya futbolçusu. Rusiya idman ustası, "Anji" klubunun vitse-prezidenti və oyunçusu. == Karyerası == Dağıstan futbolunun yetirməsi. Semyon Valyavski onun ilk məşqçisi olmuşdur. Professional oyunçu karyerasına 2000-ci ildə ikinci liqanın "yuq" zonasının "Dinamo Mahaçqala" klubunda başladı. Klubda keçirdiyi beş il ərzində 165 oyuna çıxdı və 93 qol müəllifi oldu. Klub ilə birlikdə 200 -cü ildə ölkənin birinci divizionunda oynamaq hüququnu qazandı və eyni zamanda rəqib qapısına 31 qol vuraraq mövsümün ən yaxşı bombardiri oldu. 2005-ci ildə "Dinamo"nu tərk edərək, "Ximki" adlı moskvaətrafı klubu ilə müqavilə imzaladı, orada bir mövsüm ərzində cəmi doqquz oyuna çıxdı və 4 qol vurmağı bacardı. Növbəti mövsüm, klubun baş məşqçisi Pavel Yakovenkonun dəvəti ilə "Kuban Krasnodar"ın heyətinə qatıldı və yarımil ərzində 20 matçda 18 qol vuraraq birinci divizionun bombardirləri siyahısına başçılıq etdi.
Şamil Atabəy
Şamil Atabəy 5.5.1925-20.11.1975 “Azərbaycan” jurnalında mətbu fəaliyyəti ilə məşğul olan legionerlərdən Şamil Atabəyin də adını çəkir. Şamil Atabəy yazılarında əsasən Stalin rejiminin tənqidi ilə məşğul olub. Özünün “Kommunistlərin “ideoloji işləri” məqaləsində isə göstərirdi ki, “Pravda” qəzetinin hər bir baş məqaləsi insanın şəxsiyyətini öldürən, insan vicdanına ləkə yaxan, insanı Kremlin kor bir aləti mənsəbinə endirən ən dəhşətli vasitədir”.
Şamil Ayrım
Şamil Ayrım (1950, Duzluca, İğdır ili) — Türkiyə siyasətçisi. == Həyatı == Əslən azərbaycanlıdır. İstanbul Texniki Universiteti Mexanika Fakültəsini gəmiqayırma və mexanika mühəndisi ixtisası ilə bitirib. Türkiyə Gəmi Sənayesi MMC baş müdirliyi və İdarə Heyəti başçılığı, Dəniz Nəqliyyat MMC baş müdir müşaviri, TBMM XX çağırış İğdır, XXI çağırış İstanbul millət vəkili olmuşdur. == Ailəsi == Evli və iki uşaq atasıdır. İbrahim bəy Cahangirzadə ata tərəfdən nənəsinin dayısıdır.
Şamil Ağayev
Şamil Bababəy
Şamil Nazim oğlu Bababəy (4 yanvar 1994, Çənnəb, Naxçıvan Muxtar Respublikası – 7 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamil Bababəy 1994-ci il yanvarın 4-də Ordubad rayonunun Çənnəb kəndində anadan olub. Ailəli idi. == Təhsili == Çənnəb kənd tam orta məktəbini 6-cı sinifə qədər oxuyub. 7-ci sinifə qədər Biləv kənd tam orta məktəbində oxuyub.8-ci sinifə qədər Ordubad rayonunda Uşaq Evində oxuyub.8-ci sinifi bitirdikdən sonra, həmin məktəbin tərkibindən Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur.3 il həmin liseydə oxumuşdur.2012-2016-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi məktəbə daxil olur.4 il oxuduqdan sonra leytenant rütbəsinə layiq görülür. Rütbəsini aldıqdan sonra 1 il praktika keçərək biliklərini təkminləşdirib.2016-2020-ci illərdə vətənə xidmət edib. Özünün tərbiyəsi və nizam-intizamı ilə çox keçmədən baş leytenant rütbəsinə layiq görülmüşdür. == Hərbi Xidməti == Şamil Bababəy N saylı Hərbi hissədə tankçı vəzifəsində xidmət etmişdir. === Aprel döyüşlərində iştirakı === 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun baş leytenantı olan Şamil Bababəy 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Şamil Babayev
Şamil Baloğlan oğlu Babayev (26 yanvar 1988, Culfa rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamil Babayev 1988-ci il yanvarın 26-da Culfa rayonunun Camaldın kəndində anadan olub.Ailəli idi. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Şamil Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şamil Babayev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev "Zəfər" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şamil Basayev
Şamil Basayev (14 yanvar 1965[…] – 10 iyul 2006[…], İnquşetiya[…]) — Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri. == Həyatı == Şamil Basayev 1965-ci il yanvarın 14-də Çeçenistanın Vedeno kəndində anadan olub. Basayevin ailəsi 1944-cü ildə Stalinin sərəncamıyla Qazaxıstana və Sibirə sürgün edilən 800 min çeçen ailəsindən biri olub. Xruşşovun hakimiyyətə gəlişindən sonra 1957-ci ildə sürgündəki çeçenlər öz torpaqlarına qayıdırlar. Şamil 1982-ci ildə orta məktəbi bitirdikdən sonra iki il sovet ordusunda xidmət edir. Xidməti başa vurduqdan sonra Volqoqradda, Moskvada mühəndis kimi çalışır. Şamil Basayev sonralar verdiyi açıqlamasında inqilabçı ruhunun formalaşmasında Çe Qevara amilinin rol oynadığını qeyd edir. Moskvadakı otağında Çenin böyük portretini yapışdırdığını da sözlərinə əlavə edir. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Cövhər Dudayev Çeçenistanda prezident seçilir. Dudayev prezident seçilən kimi Çeçenistanın müstəqilliyini elan edir.
Şamil Cabbarov
Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim. == Həyatı == Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir. 1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir.Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. == Yaradıcılığı == Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir. "Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur. == Kitabları == "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə). Bakı, "Elm və təhsil" nəşriyyatı, 2012.
Şamil Cəfərov
Cəfərov Şamil Talıb oğlu — Azərbaycan SSR-nın əməkdar mühəndisi, neftçi, konstruktor, neft quyularının ayrılıq istismarının təsisçisi və banisi, neft sənayesində 45-dən artıq ixtiranın müəllif və həmmüəllifi, "Soyuzneftemash" Ümumittifaq Sənaye Birliyinın baş direktoru, "Neftmaş" Xüsusi Konstruktor Bürosunun yaradıcısı və daimi rəhbəri. == Həyatı == Cəfərov Şamil Talıb oğlu 1929-cu il 10 aprel tarixində Gəncədə sadə zəhmətkeş kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini 1937-ci ildə Bakıdakı 32 saylı məktəbdə almış, 1941-ci ildən isə Gəncə şəhərinin 7 saylı məktəbində davam etdirmişdir. 1944-cü ildə Bakı Enerji Maşınqayırma Texnikumunun maşınqayırma bölməsinə daxil olub oranı 1948-ci ildə bitirmişdir. Həmin il maşınqayırma texnologiyası ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft Akademiyası) neft-mexanikası fakültəsində təhsil almışdır. 1950-ci ildə Azərbaycan Politexnik İnstitutuna köçürüləndən bir il sonra neft hasilatı üzrə Azərbaycan elmi-tədqiqat institutunda mühəndis kimi işləməyə başlamışdır. 1953-cü ildə institutu bitirərək Cəfərov həyatını Azərbaycanın neft mühəndisliyinə həsr edir. 1951–1955-ci illərdə Cəfərov Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda işləmişdir. 1952–1957-ci illərdə təhsillə işi birləşdirərək, Azərbaycan Neft Hasilatı Elmi-Tədqiqat İnstitutuna Firudin Axundovun ("Azərbaycanlı Edison") təkliflərini həyata keçirən laboratoriyaya işə qəbul edilmişdir. 1955–1966-cı illər ərzində Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunda sıravi mühəndis kimi işə başlayıb institutun elmi işlər üzrə direktorun müavini vəzifəsinə yüksəlmişdir.
Şamil Cəmşidov
Şamil Allahverdi oğlu Cəmşidov(d. 05.05.1920 — ö. 08.12.2008) — şərqşünas-filoloq, Filologiya elmləri doktoru, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, Əmək və müharibə veteranı, Atatürk adına Türkiyə Böyük Tarix-Dil qurumunun fəxri üzvü == Həyatı == Şamil Allahverdi oğlu 5 may 1920-ci ildə Ağcabədi rayonunda anadan olub.Ali təhsil aldıqdan sonra əsas əmək fəaliyyətinə müəllimliyə başlamış, Ağdam İnstitutunda baş müəllim (1949-1953), Ağcabədi Şəhər Xəlfərəddin orta məktəbində dil-ədəbiyyat və məntiq-psixologiya müəllimi vəzifəsində işləmişdir. 1954-cü ildə Respublika Akademiyasının Əlyazmalar fonduna (indiki M. Füzuli adına Əlyazmalar İnstitutu) elmi işə dəvət olunmuşdur. Akademiyada işlədiyi yarıməsrlik əmək fəaliyyəti dövründə Əlyazmalar Xəzinəsinin zənginləşməsi, təbliği, azəsi türk dilinin mənşəi və Azərbaycan ədəbiyyatının bir sıra problem məsələlərinin həllində böyük xidmətləri olmuşdur. Şerimizdə müasir təhsilin vəziyyəti, Azərbaycan zəmində türk dilinin qədimliyi, M.Füzulinin, Vaqifin, Vidadinin və Çəmənzəminlinin həyat və yaradıcılığına mühüm yeniliklər gətirmişdir. Alimin ən mühüm elmi fəaliyyəti Azərbaycan yazılı dastan abidələrinin və birinci növbədə "Kitabi-Dədə Qorqud"un tarixi tədqiqinə həsr olunmuş, bu sahədəki elmi nailiyyətləri, onu dünya türkologiyasında görkəmli Qorqudşünas kimi tanıtmışdır. == Əsərləri == 1."Kitabi-Dədə Qorqud"u vərəqləyərkən (monoqrafiya). Bakı, Gənclik, 1969, 100s. 2.
Şamil Dəlidağ
Əsgərov Şamil Səlim oğlu və ya təxəllüsü ilə Şamil Dəlidağ (sentyabr 1929, Ağcakənd, Kəlbəcər rayonu – 20 aprel 2005, Bakı) — SSRİ və Azərbaycan riyaziyyatçı, şairi, dilçisi, tərcüməçisi, publisisti, folklorşünası, muzeyşünası. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmlər namizədi (1969), Əməkdar mədəniyyət işçisi (1991) olmuşdur. == Həyatı == Şamil Əsgərov 1929-cü ilin sentyabr ayında Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olmuşdur. O, kürd mənşəlidir. Atası Səlim Ələsgər oğlu Məmmədov (1900–1976) kolxozda çoban, ferma müdiri, kənd məktəbində təsərrufat işləri üzrə direktor müavini işləmişdir. Kəlbəcər rayonunda ilk dəfə "Əməkdə fərqlənməyə görə" medalı ona verilmişdir. Şamil Əsgərov orta məktəbin 7-ci sinfini Ağcakənddə bitirmiş, İkinci Dünya müharibəsi illərində məktəbdə xadim və kolxozda çoban işləmişdir. O, 1945-ci ildə Kəlbəcər qəsəbə orta məktəbinə daxil olmuş və 1948-ci ildə orta məktəbi qurtarmışdır. Əsgərov məktəbdə oxuduğu zaman məktəb komsomol təşkilatı katibi və rayon komsomol komitəsinin büro üzvü seçilmiş, həmçinin bir müddət çobanlıq etmiş və məktəbdə fəhlə işləmişdir. O, 1948–1950-ci illərdə Ağdamda ikiillik Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil almışdır.Şamil Əsgərov 1950-ci ildən Ağcakənddə müəllim kimi çalışmış, 1953-cü ildən Kəlbəcər rayon komsomol komitəsinin birinci katibi işləmişdir.
Şamil Dəmirçiyev
Şamil Mahmud oğlu Dəmirçiyev (9 may 1940, Aşağı Qoşakilsə, Lüksemburq rayonu – 11 iyun 2002, Bakı) — teatr aktyoru, Ermənistan SSR əməkdar artisti (1978). == Həyatı == Borçalı mahalın Aşağı Qoşakilsə kəndində anadan olub. 1962-ci ildə Bakı kıtabxanaçılıq Texnikumunu bitirib və Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrında teatrda işlədiyi 1967–1988-ci illər ərzində Şamil Mahmud oğlu Dəmirçiyev onun səhnəsində Əbdüləli bəy, İmamyar, Aydın ("Aydın", "Sevil" və "Yaşar", Cəfər Cabbarlı), Paratov ("Cehizsiz qız", Aleksandr Ostrovski), Kebot ("Qarağaclar altında məhəbbət", Yucin O'Nil), Fransız Kralı ("Axırı xeyir olsun", Vilyam Şekspir), Cığatay ("Ömür gözləyir bizi", Nahid Hacızadə), Nəriman Nərimanov ("İmzalar içində", Nəriman Həsənzadə), Məşədi İbad ("O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Kərəmov ("Toy", Sabit Rəhman), Hans Kifer ("Ulduzdan düşmüş adam", Karl Vitlinger), Qoşun ("Toy kimindir?, dramaturq Məhərrəm Əlizadə, bəstəkar Ağası Məşədibəyov), Rəşad ("İkinci səs", Bəxtiyar Vahabzadə), Pantalone ("İki ağanın bir nökəri", Karlo Haldoni), Bəhram Zeynallı ("Şəhərin yay günləri", Anar) obrazlarını ifa edib. 1988-ci ildə İrəvan teatrı köçkün həyatına başladığı üçün Şamil Dəmirçiyev Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyor truppasına daxil olub bir çox rollar oynamışdır. Arada "Bəşir" miniatür teatrında işləyib. 1978-ci ildə Ermənistan SSRİ-nın əməkdar artisti fəxri adına layiq görülüb. Bakıda 2002-ci ildə iyulda "Məsmə xala dayımdır" tamaşasının meqındə öz rolun oynayıb qrim otağına gedib və ordaca urəktutmasından vəfat edib. == Filmoqrafiya == Bağdada putyovka var...
Şamil Fərzəliyev
Şamil Xurşud oğlu Fərzəliyev -Şamil Xurşud (1934–1986): Azərbaycan ədəbiyyatı və mətbuatının nümayəndəsi, ictimai xadim, yazıçı, publisist və dramaturq, SSRİ Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvü, əməkdar jurnalist və mədəniyyət xadimi == Həyatı == Şamil Fərzəliyev (Şamil Xurşud) 1934-cü il fevralın 18-də Azərbaycan SSR-in Ucar rayonunda anadan olmuşdur. Valideynləri 1918-ci il hadisələri səbəbindən məcburiyyət qarşısında qalaraq Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindən Ucar rayonuna köçmüşdülər. Şamil Xurşud Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlamışdır. Onun ilk səhnə əsəri də elə o vaxtlar oynanılmışdı. Ali təhsilini uğurla başa vurandan az sonra onu Moskvanın İctimai Elmlər Akademiyasına göndərmişlər. Orada ikiillik təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra Şamil Xurşud ömrünü yazıb-yaratmağa həsr etmişdir. O, bir müddət Azərbaycan KP MK aparatında təlimatçı vəzifəsində çalışmışdır. 1972-ci ildə "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş, daha sonra isə 1980-ci ildə "Kirpi" satirik lurnalının Baş redaktoru vəzifəsinə irəli çəkilmişdir. O, bu vəzifədə 1986-cı ilin aprelinə kimi işləmişdir. Şamil Xurşud 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra Tbilisi şəhərində vəfat etmişdir.
Şamil Fətullayev
Şamil Seyfulla oğlu Fətullayev (24 dekabr 1928, Bakı – 9 mart 2015, Bakı) — Azərbaycan-sovet memarı, memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) (2014), Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan Memarlar İttifaqının üzvü (1965). == Bioqrafiya == Şamil Seyfulla oğlu Fətullayev-Fiqarov 24 dekabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik institutunun memarlıq-inşaat fakültəsini bitirmişdir. 1956-cı ildə AMEA-nın "Memarlıq və İncəsənət İnstitutu" nun aspirantı olmuş, 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə professor adını almışdır. 10 mart 2015-ci ildə Bakı şəhərində vəfat edib. == Təltif və mükafatları == Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 ("XIX əsr və XX əsrin əvvəlində Azərbaycanda şəhər tikintisi və memarlığı" kitabı üçün) "Şərəf nişanı" ordeni — 1986 "Əmək veteranı" medalı — 25 aprel 1989 "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979 "Şöhrət" ordeni — 19 aprel 2000 İAAEC arxitekturanın inkişafı sahəsindəki nailiyyətlərinə görə diplom — 16 yanvar 1999 Dizayn və memarlıq üzrə "Memarlıq mükafatı − 2005" diplomu Polşanın qızıl medalı — 2008 == Əsərləri == "Архитектура жилых домов Баку ХIХ-ХХ вв.", "Градостроительство Баку ХIХ – начала ХХ веков", Ленингра́д, "Стройиздат", 1978. 216 ст. "XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı (1978)". "XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı (1986)". "Azərbaycan məscidləri(1996)".
Şamil Heydərov
Şamil Sadiq oğlu Heydərov — Azərbaycanlı şəhid. == Həyatı == Heydərov Samir Sadiq oğlu 1977-ci il aprelin 18-də Gədəbəy rayonunun Arıqıran kəndində anadan olub. 1984-cü ildə birinci sinfə gedib. 1994-cü ildə orta məktəbi bitirib. 1995-ci ilin 25 iyununda Azərbaycan ordusunda hərbi xidmətə çağırılıb. Piriküşküldə təlim keçib. 1995-ci ilin 10 oktyabrında Kəlbəcər bölgəsində Murovdağ, Güzgüdağ, 1996-cı ilin 1 mayından isə Daşkəsənin Alaxancal kəndində 172 saylı briqadanın 3-cü batalyonunda qulluq edib. Ara-sıra erməni quldurları həmin yerə atəş açırmış. Bunu görən Samir 3 km irəli sürünüb. Onun bu təşəbbüsü sayəsində həmin məsafə ermənilərdən geri alınıb.
Şamil Hüseynli
Şamil Novruz oğlu Hüseynli (8 yanvar 1993; Cəfərli, İmişli rayonu, Azərbaycan — 3 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Şamil Hüseynli 8 yanvar 1993-cü ildə İmişli rayonunun Cəfərli kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan Şamil hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. 2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olan Şamil Hüseynli sentyabr ayında çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Şamil Hüseynli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Şamil Hüseynov
Şamil Baxşəli oğlu Hüseynov — 3 iyul, 1992-ci ilə qədər Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır[mənbə göstərin]. 1989–1992-ci illərdə Neftçala rayon partiya komitəsinin birinci katibi, Neftçala rayon İcra hakimiyyətinin başçısı olmuşdur. 1992–1994-cü illər ərzində İqtisadiyyat Nazirliyi aparatında baş iqtisadçı vəzifəsində çalışmışdır. 1992–1993-cü illərdə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasını tələb və arzu edən, bunun üçün lazımi fəaliyyət göstərən ziyalılarla birlikdə olmuşdur.
Cahid Camal Şamil oğlu
Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir. == Həyatı == Cahid Camal Şamil oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Gülablı kəndində anadan olmuşdur. Ailəsinin evi Şuşadadır. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, ərəb dilini bilmişdir. 1953-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun dekorativ rəssamlıq sinfini bitirmişdir. Zaqolovok və kitab qrafikası sahəsində çalışmışdır. "Raduqa", "Proses" və s. nəşriyyatlarda kitabların illüstrasiyalarını işləyib. Bir neçə il "Soyuzmultfilm" studiyasında cizgi rəssamı kimi fəaliyyət göstərib.
Dağıstan və Çeçenistan imamı Şeyx Şamil adına məscid
Şeyx Şamil məscidi və ya Dağıstan və Çeçenistan İmamı Şeyx Şamil adına məscid — Dağıstanın Mahaçqala şəhərində Lenin Meydanında yerləşən məscid. Dini ibadətgah 2013-2017-ci illər ərzində Dağıstana rəhbərlik etmiş Ramazan Abdulatipovun təşəbüssü ilə 2015-2016-cı illərdə inşa edilmişdir. == Tikintisi == Şeyx Şamil adına məscid Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun təşəbbüsü ilə tikilib, onun ideyası əsasında hökumət binasının hər iki tərəfində pravoslav kilsəsi və məscid tikilib.. Məscidin tikintisinə 2015-ci ildə başlanılıb. 2016-cı ilin may ayında isə tikinti işləri başa çatdırılıb. Məscidin tikintisi üçün lazım olan maddi vəsait respublika rəhbərinin özü və Dağıstan Respublikasının Müftiliyi tərəfindən ayrılıb. Məscid Dağıstan aid memarlıq üslubunda tikilib və onu yalnız ayparanın yanında yerləşən məbəddən ayırd edə bilərsiniz. == Xüsusiyyətləri == Məscidin inşasında Dərbənddən gətirilmiş kərpicdən istifadə olunub. Məscid minarəsiz ikimərtəbəli kvadrat tikilidir. Məscidin zirzəmisi də mövcuddur.
Emil Şamilov
Emil Rafiq oğlu Şamilov (3 iyul 1996, Bakı – 26 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emil Rafiq oğlu Şamilov 1996-cı ilin 3 iyul tarixində Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu 170 saylı orta məktəbdə almış, Bakı şəhəri, 296 saylı orta məktəbdə davam edib, oradan məzun olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci Neft Mühəndisliyi ixtisasına qəbul olub. Məktəb vaxtlarından idmanla məşğul olduğundan, növbəti illərdə də idman sahədində uğurlar qazanmışdır. Kolleci bitirdikdən sonra Naxçıvanda N saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu (əsgəri) olmuşdur. Xidməti başa vurduqdan sonra yenidən idmana davam edib. Emil Şamilov 12 qat Azərbaycan, Zaqafqaziya və Avropa çempionudur. 2020-ci ilin sentyabr ayında könüllü olaraq hərbi komissarlığa müraciət edib və 16 oktyabrda hərbi hissəyə çağırılmışdır. Xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərlə davam edib və sonra döyüşə qatılıb.
Fərid Şamilov
Şamilov Fərid Mirzə oğlu 04.05.1999 ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə dünyaya gəlib. Hələ uşaqlıqdan yaşıdlarından seçilən Fərid hər kəsin sevimlisi və hər bir işdə fəal, dürüst, qocaq oğlan idi. Uşaqlıqdan vətəninə, torpağını bağlı idi. 2005–2016-cı illərdə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə təhsil alıb. Fərid bütün müəllimlərin və sinif yoldaşlarının sevimlisi idi. 2013-cü ildən bu günə qədər atası Mirzə və nənəsi Tamara xanım Fəridi və Fuadı böyüdüb, təlim-tərbiyələri ilə məşğul olublar. Fərid Tamara nənəyə hər zaman deyirmiş: "Nənə gedib Şuşanı alacam, sənidə aparacam…" Fərid Şamilov 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən həqiqi hərbi xidmətə gedib. Füzuli Haramı düzündəki hərbi hissədə ön xətdə xidmət edib. 2019-cu ildə yanvarın 9-da hərbi xidmətdən qayıdıb. "Səba" Şirkətlər Qrupunda mühafizə xidmətində əmək fəaliyyətinə başlayıb.
Həjar Şamiloğlu
Həjar Şamil oğlu Süleymanov və ya Həjar Şamiloğlu (kürd. Hejarê Şamil; 16 iyul 1966, Kəlbəcər) — Azərbaycan əsilli Rusiya və Qırğızıstan yazıçısı, şairi və jurnalisti. == Həyatı == Həjar Şamil oğlu Süleymanov 16 iyul 1966-cı ildə Azərbaycanın Kəlbəcər şəhərində, Şamil Əsgərov və Nazilə Əsgərovanın ailəsində anadan olmuşdur. O, 1984–1990-cı illərdə Bakıda filologiya ixtisası üzrə təhsil almışdır. Şamiloğlu 1989–1991-ci illərdə təhsilini başa vurduqdan sonra Bakıda "Yazıcı" nəşriyyatında işləmişdir. Bundan sonra o, 1991–1993-cü illərdə Azərbaycan Mlli Məclisinə bağlı "Azərbaycan" qəzetində müxbir olaraq çalışmışdır. Şamiloğlu həmçinin, 1992–1994-cü illərdə "Kurdish Voice" jurnalının Bakıdakı bölməsinin redaktoru, 1994–1997-ci illərdə Moskvada "Kurdistan Report" jurnalının redaktoru, 2000-ci ildən sonra isə İraq Kürdüstanında "Maxmûr" jurnalının redaktoru kimi işləmişdir. O, 2008-ci ildə "Ak News"un müxbiri olmuş, 2004–2010-cu illərdə Qazaxıstanda "Nubar" jurnalının redaksiyasında işləmişdir. Şamiloğlu 2005–2010-cu illərdə Qırğızıstanda radio redaktoru işləmişdir. O, rus, Azərbaycan və türk dillərində çoxlu kitablar yazmışdır.Həjar Şamiloğlu iddialara görə PKK-ya qoşulmuşdur.
Qalaça (Şamilqala)
Şamilqala və ya sadəcə Qalaça — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qala XIX əsrin 50-ci illərində dağlıların milli azadlıq hərəkatının rəhbəri Şeyx Şamilə qarşı aparılan hərbi əməliyyatlarda müşahidə təyinatlı istehkam kimi ruslar tərəfindən inşa etdirilmışdir. El arasında "gözətçi qala" kimində deyilirDairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Şamil qalasının xarabalıqlarından Dağıstanla Azərbaycan arasında son yaşayış məntəqəsi olan Sarıbaş kəndi görünür. Bu tip qalalar daha bir neçə yüksəklikdə inşa edilmişdir. Bir çoxları günümüzə qədər gəlib çıxa bilməmişdir.
Sarvan Şamiloğlu
Sarvan Şamiloğlu-Azərbaycan jurnalisti, Şamil Ağayevin və Zərifə Ağayevanın oğlu == Həyatı == Sarvan Şamiloğlu 18 sentyabr 1955-ci ildə Ağdamda anadan olmuşdur. Ağdam şəhər 2 saylı orta məktəbdə oxumuş, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti)ali təhsil almışdır. Sarvan Şamiloğlu ali təhsilini başa vurduqdan sonra Ağdamda 136 saylı Texniki peşə məktəbində komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. O, 1990-cı ilin fevral ayından ömrünün sonuna kimi "Qarabağ"qəzetində işləmişdir. "Qarabağ"qəzetində müxbirlikdən baş redaktorun müavinliyinə qədər şərəfli yaradıcılıq yolu keçmişdir. Sarvan Şamiloğlu 1992 ildə Jurnalistlərin Azad Həmkarlar İttifaqının təsis etdiyi "Zəfər" mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci tarixli sərəncamı ilə milli mətbuatımızın 130 illik yubileyi münasibətilə Sarvan Şamiloğlu “Tərəqqi” medalına layiq görülmüşdür. Sarvan Şamiloğlu 17 iyul 2014-cü Bakıda faciəli şəkildə həlak olmuşdur. == Yaradıcılığı == Sarvan Şamiloğlunun jurnalistikaya gəlişi 60-cı illərin sonlarından - orta məktəb illərindən başlayır. Onun pioner drujinasının fəaliyyətindən, məktəbli dostlarının uğurlarından bəhs edən məqlələri "Pioner" jurnalında, "Lenin yolu" (indiki "Ağdam" qəzeti) qəzetində çap olunmuşdur.
Seyfulla Şamilov
Şamilov Seyfulla Əli oğlu (10 oktyabr 1902, Ağstafa, Qazax qəzası – 25 dekabr 1974, Bakı) — nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1936–1938). == Həyatı == Seyfulla Şamilov 1902-ci il oktyabrın 10-da Rusiya İmperiyasının Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur. Bakıda partiya məktəbini bitirmişdir (1921–1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931–1933), "Kommunist" qəzetində məsul redaktorun müavini, "Gənc işçi" qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936–1938), "İnqilab və mədəniyyət" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul redaktoru (1936–1937), Uşaqgəncnəşrdə baş redaktor (1955–1962) vəzifələrində işləmişdir. Repressiya dövründə həbs edilərək sürgün olunmuşdur. 1974-cü il dekabrın 25-də vəfat etmişdir. == Mükafatları == "Şərəf nişanı" ordeni və Mədəniyyət Nazirliyinin "Əlaçı işçi" fəxri medalı ilə təltif olunmuşdur. == Əsərləri == === Kitabları === "Leninin pedaqoji üsulları" (1925) "Dördüncü il" (1929) "Laçın" (1932) "Seçilmiş əsərləri (1974) "Nigarın məcarası" (1977) == Mənbə == Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016.
Sinan Şamil Sam
Sinan Şamil Sam (23 iyun 1974, Hamburq, Almaniya Federativ Respublikası – 30 oktyabr 2015, İstanbul) — Almaniya azərbaycanlılarından olan ağır çəkili peşəkar boksçu. Əsli Türkiyənin Qars şəhərindəndir. == Həyatı == Əsli Cənubi Azərbaycandan Amasyanın Penbek kəndinə, oradan da 1926-cı ildə Qarsın Akyaka Şahnalar kəndində yerleşən Oruc Samın nəvəsi idi.Sinan Şamil Sam 1974-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olub. Həvəskar boks üzrə doqquzqat Türkiyə çempionu olub. 1992-ci ildə dünya çempionu adını qazanıb. 1999-cu ildə böyüklər arasında da dünya çempionu olmağı bacarıb. 15 aprel 2000-ci ildə peşəkar boksa başlayıb. 12 oktyabr 2002-ci ildə polşalı Przemyslaw Saletı məğlub edərək Avropa çempionu olub. "Boğazın buğası" ləqəbi ilə tanınıb.Keçirdiyi 35 döyüşün 31-də qalib gəlib. Bu qələbələrin 16-nı nokautla qazanıb.
Valeh Şamilov
Valeh Şamilov (tam adı: Valeh Məmməd oğlu Şamilov) — Azərbaycan Respublikasının Əməkdar mühəndisi; texnika elmləri üzrə fəlsəfə doktoru; dosent. == Həyatı == Valeh Şamilov 1 yanvar 1959-cu il tarixində Qərbi Azərbaycanda anadan olmuşdur. 1977-ci ildə orta məktəbi bitirərək o zamankı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsinə qəbul olmuş, 1982-ci ildə neftçi-mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. Evlidir, 2 övladı var. == Əmək fəaliyyəti == Təhsilini bitirdikdən sonra təyinatla Sibirə, Xantı-Mansi vilayətinin Nyaqan şəhərində yenicə yaradılmış "Krasnoleninsknefteqaz" Neftqazçıxarma İdarəsinə göndərilmiş, neft-qaz operatoru kimi əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə V.Şamilov istehsalatla yanaşı elmi işlər, neft-qaz sənayesində texnika-texnologiyanın elmi əsasları, mövcud olan problemlərin aradan qaldırılması, innovativ texnika və texnologiyaların işlənib hazırlanması kimi məsələlərlə daim maraqlanmış, məhz elə bu səbəbdən istehsalatdan ayrılmadan təhsil aldığı Neft və Kimya İnstitutunun aspiranturasına qəbul olunmuş və "Quyudibi zonanın fiziki-kimyəvi üsullarla işlənməsi" mövzusunda elmi işə başlamışdır. Elmi fəaliyyətini daha yaxından və yerində davam etdirmək üçün 1993-cü ildə Vətənə qayıdaraq 2006-cı ilə qədər əmək fəaliyyətini "Azneft" İB-nin "Bulla-dəniz" NQÇİ-də texniki-istehsalat şöbəsinin rəisi kimi davam etdirmiş və bu müddətdə — 1997-ci ildə dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi adını almışdır. Daha sonra 2006–2011-cu illərdə əmək fəaliyyətini "Azneft" İB-nin H.Z.Tağıyev ad. NQÇİ-nin idarə rəisinin İstehsalat və təchizat işləri üzrə müavini, İstehsalat işləri üzrə rəis müavini, "Azneft" İB-yi aparatında Texniki şöbənin mühəndisi və rəisi kimi davam etdirmişdir. 2011-ci ildə V.Şamilov Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilmiş, sonradan Baş ofisin "Nanotexnologiyalar" Departamentinin rəis müavini və 2014-cü ildən rəisi kimi neft-qaz hasilatı, yeni texnika və texnologiyaların, neft sənayesinin inkişafında qabaqcıl və innovativ üsulların tətbiqində xüsusi rol oynamaqda davam etmişdir.
Yaşar Şamilov
Yaşar Cəlal oğlu Şamilov — AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti (2000–2015). Azərbaycanın Əməkdar Məşqçisi (1989). == Həyatı == Yaşar Şamilov 1945-ci il oktyabr ayının 22-də Laçın rayonunun Cicimli kəndində müəllim ailəsində anadan olub. 1963-cü ildə Laçın rayonunda orta məktəbi bitirib. 3 il hərbi xidmətdə olduqdan sonra 1965-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1981-ci ildə bitirib. == Fəaliyyəti == Uzun illər SSRİ çempionatının I dəstəsində çıxış edən Sumqayıtın "Polad" daha sonralar “Xəzər” komandasının rəisi vəzifəsində çalışıb. 1989-cu ildə Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülüb. 2000-ci ildən bu günə kimi AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti vəzifəsində çalışır. 2009-cu ildə “Tərəqqi” medalına layiq görülüb.
Ülviyyə Şamilqızı
Ülviyyə Şamilqızı (Məmmədova) (d. 23 aprel, 1986, Gəncə, Azərbaycan SSR, SSRİ – ö. 24 yanvar, 2018, Həştərxan vilayəti, Rusiya) — Azərbaycan jurnalisti. == Həyatı == Ülviyyə Şamilqızının atası Şamil Məmmədov Qarabağ müharibəsində 1992-ci il oktyabr ayının 31-də əsgərləri Ağdərə rayonundakı hərbi-hissəyə təhvil verib qayıtmaq tapşırığı alsa da, əsgərləri təhvil verdikdən sonra geri qayıtmayıb. Gizir Şamil Məmmədov yaralı əsgərləri xilas etmək üçün həmin əraziyə doğru irəliləyib. Amma özü də yaralanaraq həmin ərazidə qalıb. Döyüş bölgəsində vəziyyətin ağır olduğunu görüb əsgərlərinin yanında qalır. Bu vaxt ermənilər hücuma keçib. Əsgərlərdən bir neçəsi yaralanıb. Yaralıların olduğu ərazi atəş altında saxlandığından yaralıları döyüş meydanından çıxarmaq mümkün olmayıb.

Значение слова в других словарях

безголо́сье вещи́чка громкоголо́сый мозжи́ть ненало́говый пожи́тки покра́сить та́кальщик фарширо́вка фотосфе́ра ча́йничать галто́вочный дроби́нка каса́тик мута́ция dimidiate dominium grave-stone qualified relict seawards sparing заговариваться монарх расселять