ƏAZİM
ƏBA
OBASTAN VİKİ
"Əbədi məşəl" abidə kompleksi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. == Abidənin yaradılması == Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. == Abidənin açılışı == Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
Abbas ibn Əbdülmüttəlib
Abbas ibn Əbdülmüttəlib (təq. 568, Məkkə – 15 fevral 653, Mədinə, Hicaz, Rəşidi xilafəti) – Məhəmməd peyğəmbərin əmisi. Abbasilər sülaləsinin adı məhz Abbasdan götürülüb. Azərbaycan Milli Ensiklopediyasında atasının adı Əbdülmütəllib formasında qeyd edilib. == Gənclik yaşları == Onu Əbül-Fəzl də adlandırırdılar. Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərdən iki yaş böyük idi. Məhəmmədin anası vəfat etdikdən sonra onun atası Əbdülmüttəlib onu himayəsinə götürmüşdür. Beləliklə, Abbas Məhəmmədlə bir evdə böyümüşdür. Abbas ibn Əbdülmüttəlib hələ gəncliyindən ticarətlə məşğul olduğundan, kifayət qədər zəngin idi. O, qardaşları ilə birlikdə Kəbə evinə ziyarətə gələn zəvvarlara xidmət göstərib, Zəmzəm quyusundan onlara su ikram edirdilər.
Abbas ibn Əbdülmütəllib
Abbas ibn Əbdülmüttəlib (təq. 568, Məkkə – 15 fevral 653, Mədinə, Hicaz, Rəşidi xilafəti) – Məhəmməd peyğəmbərin əmisi. Abbasilər sülaləsinin adı məhz Abbasdan götürülüb. Azərbaycan Milli Ensiklopediyasında atasının adı Əbdülmütəllib formasında qeyd edilib. == Gənclik yaşları == Onu Əbül-Fəzl də adlandırırdılar. Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərdən iki yaş böyük idi. Məhəmmədin anası vəfat etdikdən sonra onun atası Əbdülmüttəlib onu himayəsinə götürmüşdür. Beləliklə, Abbas Məhəmmədlə bir evdə böyümüşdür. Abbas ibn Əbdülmüttəlib hələ gəncliyindən ticarətlə məşğul olduğundan, kifayət qədər zəngin idi. O, qardaşları ilə birlikdə Kəbə evinə ziyarətə gələn zəvvarlara xidmət göstərib, Zəmzəm quyusundan onlara su ikram edirdilər.
Abbasabadbala (Əbhər)
Abbasabadbala (fars. عباس ابادعليا‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 89 nəfər yaşayır (15 ailə). == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Əbhər bölgəsinin Əbhərrud kəndistanında, Əbhər qəsəbəsindən 27 km cənub-qərbdədir.
Abbasabadrain (Əbhər)
Abbasabadrain (fars. عباس ابادسفلي‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 505 nəfər yaşayır (98 ailə). == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Əbhər bölgəsinin Əbhərrud kəndistanında, Əbhər qəsəbəsindən 27 km cənub-qərbdədir.
Abdarlu (Əbdərli)
Abdarlu (fars. آبدارلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 25 km şimaldadır.
Abdulla ibn Əbdülqədir Münşi
Abdulla ibn Əbdülqədir Münşi (malay dilində Abdullah bin Abdul Kadir Munshi) (1796–1854) — malay maarifçisi və yazıçısı. Sadəcə Abdullah munşi adı ilə də tanınır. Malayziyada müasir Malay ədəbiyyatının banisi hesab edilir. == Həyatı == 1796-cı ildə Malakkada anadan olub. Tacir oğludur. Mənşəcə ərəb, bir tərəfi də tamillidir. Britaniya imperiyasının dövlər xadimi, erudit-şərqşünas, Nusantra tarixi və mədəniyyəti üzrə mütəxəssis Tomas Stemford Rafflzın katibi olub. Abdulla ibn Əbdülqədir Münşi Xristian missionerlərə və hind sipahilərə malay dili tədris edib. O eyni zamanda Malayya barədə məlumat toplayan ingilis alimlərinə kömək edirdi. 1854-cü ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində vəfat edib.
Abdulla ibn Əli ibn Əbu Talib
Abdullah ibn Əli ibn Əbu Talib (ərəb. عَبْد ٱللَّٰه ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647, Mədinə) — 680-ci ildə Əlinin Kərbəlada öldürülən oğullarından biri idi və o, Kərbəla döyüşünün şəhidlərindən sayılır. Abdullah da Həzəmin qızı Ümmül-Banunun dörd oğlu arasındadır. == Kərbəla döyüşü == Tarixçilər Abdullah ibn Əli ibn Əbi Talib haqqında yazırlar ki, Aşura günü Hüseyn ibn Əlinin səhabələri və ailəsinin bir çoxu öldürüldükdə, Abbas ibn Əli qardaşlarını yaşlarına görə çağırıb onlara döyüş meydanında hücuma keçməyi əmr etdi. Abdullah ibn Əli Ömər ibn Sədin ordusu ilə döyüşmək üçün çağırılan ilk şəxs idi. Abbas ona dedi: "Ey qardaşım, sən əvvəlcə döyüş meydanına get, çünki övladın yoxdur (uşaq(lar)a üzülmək üçün). Sənin Allah yolunda şəhid olmağını, şəhadətində səbirli olmağını istəyirəm". Abdullah döyüş meydanına getdi və dastan(lar) oxudu. Sonra qılıncını vuraraq döyüş meydanına çıxdı. Nəhayət, Hani ibn Sabit ona hücum etdi və Abdullahın başına vuraraq onu öldürdü.
Abdullah bin Əbdüləziz Əl Səud
Abdullah bin Əbdüləziz Əl Səud (1 avqust 1924, Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı – 23 yanvar 2015[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanının 6-cı kralı, iki müqəddəs ocağın xadimi. == Həyatı == Abdullah bin Əbdüləziz Əl Səud 1924-cü ildə Ər-Riyadda anadan olmuşdu və kral nəslinin banisi Əbdüləziz Əl Səudun 42 oğlundan onuncusu idi. O, taxt-taca 2005-ci ildə gəlmiş, bundan əvvəl isə bir sıra dövlət vəzifələri tutmuşdu: Məkkə şəhərinin meri, Milli Qvardiyanın komandanı, Baş nazir olmuşdu. 2013-cü ildə varidatı 63,2 milyard dollar məbləğində qiymətləndirilən Abdullah dünyanın ən zəngin insanları arasında 8-ci, ən varlı monarxlar arasında isə 2-ci yeri tuturdu. 23 yanvar 2015-ci ildə vəfat etmişdir.
Abdullah bin Əbdüləziz əs-Səud
Abdullah bin Əbdüləziz Əl Səud (1 avqust 1924, Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı – 23 yanvar 2015[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanının 6-cı kralı, iki müqəddəs ocağın xadimi. == Həyatı == Abdullah bin Əbdüləziz Əl Səud 1924-cü ildə Ər-Riyadda anadan olmuşdu və kral nəslinin banisi Əbdüləziz Əl Səudun 42 oğlundan onuncusu idi. O, taxt-taca 2005-ci ildə gəlmiş, bundan əvvəl isə bir sıra dövlət vəzifələri tutmuşdu: Məkkə şəhərinin meri, Milli Qvardiyanın komandanı, Baş nazir olmuşdu. 2013-cü ildə varidatı 63,2 milyard dollar məbləğində qiymətləndirilən Abdullah dünyanın ən zəngin insanları arasında 8-ci, ən varlı monarxlar arasında isə 2-ci yeri tuturdu. 23 yanvar 2015-ci ildə vəfat etmişdir.
Abdullah ibn Ömər Əbu Vəhhab əl Kəlbi
Əbu Vəhhab Abdullah ibni Ümeyr Kəlbi — İmam Hüseynə qoşulub İslamı qəbul etmiş xristian gənc. Kərbəla şəhidlərindən biridir. O və onun ailəsi İmam Kərbəlaya yollanarkən o həzrətin karvanına qoşulmuşdu. Yeni evlənən (bəzi rəvayətlərə görə cəmi 17 gün idi ki evlənmişdi) gəncin şəhid olan zaman 25 yaşı var idi. Aşura günündə təkbətək döyüşlər zamanı şəhid oldu. Başının üstünə gələn anasını da rəhmsizliklə şəhid etdilər. Rəvayətə görə, anasının ondan daha tez iman gətirməsi onun İslamı qəbul etməsinə zəmin yaratmışdı. Əsasən anası idi ki, onun İmam Hüseynə qoşulmağa və döyüşə atılmağa təşviq edirdi. Aşura günündə Vəhəbin başını kəsib, anasının qarşısına atanda o dedi: - “Həmd o Allaha olsun ki, onun şəhid olması ilə Rəbbim və İmam yanında başım uca, gözüm isə aydın oldu. Allaha şəhadət verirəm ki, kilsələrdəki və atəşgahlardakı xristianlar, yəhudi və atəşpərəstlər sizdən yaxşıdır” Xarəzmi deyir ki, Şimr ibni Zil-Couşən öz nökərinə onu öldürməyi əmr etdi və o da Vəhəbinin anasının başından vurub onu qətlə yetirdi.
Abdullah ibn Əbdülmütəllib
Abdullah ibn Əbdülmüttəlib (təq. 545, Məkkə – 570, Mədinə) — Məhəmməd peyğəmbərin atası. Abdullah atası Əbdülmüttəllibin sevimli oğlu olmuşdur. Rəvayətlərə görə Əbdülmüttəlib çoxlu oğlu olarsa, birini qurban verəcəyinə söz vermişdir. İllər sonra onun on oğul övladı dünyaya gəlmişdir. Buna görə də Əbdülmüttəlib verdiyi sözü tutmuş və övladlarından birini qurban verməyi qərara almışdır. Onun atdığı püşk oğlu Abdullaha düşmüşdür. Beləliklə, Əbdülmüttəlib sevimli oğlunu qurban verməli idi. Ancaq sonra, qüreyşlilərin təkidi ilə o öz fikrindən daşınmış, oğlunun yerinə 100 dəvəni qurban kəsmişdir. Daha sonralar Əbdülmüttəllib Abdullahı nüfuzlu ərəb qəbilələrindən birinə məxsus Əminə adlı bir qızla evləndirmişdir.
Abdülrza Əbilov
Abdülrza Hacıbala oğlu Əbilov (23 aprel 1931, Bakı – 20 may 2009, Bakı) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor. == Həyatı == Abdülrza Hacıbala oğlu Əbilov 1931-ci il aprelin 23-də Bakı şəhəri Xırdalanda anadan olmuşdur. 1934–1949-cu illərdə Bakı şəhəri 92 saylı orta məktəbdə oxumuşdur. 1951-ci ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) "İstilik texniki qurğuları və avtomatikası" ixtisası üzrə bitirmiş və təyinatla Sumqayıt şəhəri İstilik Elektron Müəssisəsinə göndəril-mişdir. 1956–1957-ci illərdə Azərbaycan Elmlər Akademiyası (EA) Energetika İnstitutunun (Eİ) "Avtomatika və telemexanika" laboratoriyasında kiçik elmi işçi vəzifəsində işləmişdir. 1958–1961-ci illərdə Moskva şəhərində Moskva Kompleks Avtomatlaşdırma İnstitutunun məqsədli aspiranturasında oxumuşdur. 1963–1967-ci illərdə Azərbaycan EA Energetika İnstitutunun "Avtomatik idarəetmə sistemi" laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir. 1967-ci ildə Elektron hesablama Maşınlarının köməyilə kimya-texnologiyası proseslərinin modelləşdirilməsi və optimallaşdırılması işlərinin təşkili məqsədilə Azərbaycan EA Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) köçürülmüşdür. 1969-cu ildə "Neft-kimya proseslərinin optimallaşdırılması" laboratoriyasını təşkil etmiş və ona 30 ilə yaxın müddətdə fasiləsiz rəhbərlik etmişdir. Professor A. H. Əbilov 2009-cu ildə vəfat etmişdir.
Abutalıb Əbilov
Abutalıb Əbiloviç Əbilov (1920 – 2012, Mahaçqala) — Sovet və Rus tarixçisi, Dağıstan Dövlət Universitetinin qurucusu və ilk rektoru, RSFSR-in əməkdar elm xadimi, Rusiya Federasiyası Ali Məktəbinin əməkdar işçisi, professor, tarix elmləri doktoru. == Həyatı == Abutalıb Əbilov 1920-ci ildə Kürə dairəsi Ulluqataq kəndində (indiki Süleyman-Stalski rayonu) anadan olub. Atası Abil Qyukyuloviç Abilov çətin iqtisadi vəziyyətə görə ailəsini dolandırmaq üçün Bakının neft mədənlərində işləməyə məcbur olur. 1929-cu ildə atasının istəyi ilə Abutalıb məktəbə yollanır. 1936-cı ildə Uluqataq yeddiillik məktəbini bitirib və həmin il Dərbənd Kənd Təsərrüfatı Texnikumuna daxil olur. Mükəmməl akademik müvəffəqiyyət üçün müəllimlər şurasının qərarı ilə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına qəbul edildi. Ancaq Böyük Vətən müharibəsinin başlaması səbəbindən təhsilini bitirə bilmədiyi üçün Abutalıb Dağıstana qayıtdı və Süleyman Stalski adına Pedaqoji İnstituta daxil oldu. O, 1943-cü ildə institutu qiyabi olaraq tamamlayır. == Karyerası == 1943-cü ilin mayında Sov.İKP (b) Kasumkent rayon komitəsinin təbliğat və təşviqat şöbəsinə rəhbərlik etdi. 1944-cü ilin sentyabrında Komsomol rayon təbliğat və təşviqat komitəsinin katibi təyin edildi.
Adil Əbdül Mehdi
Adil Əbdül Mehdi (1 yanvar 1942, Bağdad) — İraq Ərəb Respublikasının 49-cu baş naziri. == Həyatı == Mehdi, 1942-ci ildə Bağdadda, şiə ruhanisinin oğlu Abdul-Mehdi, əslən Zi Qar valiliyindən olan, İraqın monarxiyasında təhsil naziri olmuşdu. Bağdad Kollecində, elit Amerikalı Cesuit orta məktəbində orta məktəbdə oxuyub. Bitirdikdən sonra Bağdad Universitetində oxudu, burada 1963-cü ildə iqtisadiyyat üzrə bir bakalavr dərəcəsi qazandı. 1965-ci ildə İraq Xarici İşlər Nazirliyinin katibi olaraq çalışdı və İraq Baas Partiyasının erkən tərəfdarı oldu, ancaq səbəbiylə ayrıldı ideoloji ixtilaflar. 1969-cu ildə Fransaya köçdü, burada Fransız düşüncə mərkəzlərində çalışdı və fransız və ərəb dillərində jurnallar redaktə etdi. 1972-ci ildə Poitiers Universitetindən siyasi iqtisadiyyat üzrə başqa bir sənət magistru dərəcəsi almışdır. Daha sonra iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır. == Siyasi həyatı == 1970-ci illərdə Əbdül-Mehdi İraq Kommunist Partiyasının aparıcı üzvü idi. Partiya iki ayrı fraksiyaya — 1958-ci ildən bəri İraqı idarə edən hərbi hökumətlərin daha çox yerləşdiyi ICP-Mərkəzi Komitə və İQP-yə bölündü.
Aişə Sultan (II Əbdülhəmidin qızı)
Aişə Həmidə Sultan (31 oktyabr 1886, Konstantinopol – 11 avqust 1960, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == Aişə Sultan 31 oktyabr 1886-cı ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli səkkizinci xanımı Müşfiqə Qadınəfəndidir. Onun doğum xəbərini eşidən atası Sultan Əbdülhəmid xəbəri verən Filurya kalfaya bahalı bir cəvahirat, doğuşda iştirak edən Əbəzadə Kamilə xanıma isə 300 lirə hədiyyə etdi. Özündən bir ay kiçik olan bacısı Şadiyə Sultanla birlikdə Ulduz sarayında mükəmməl təhsil aldı. Coğrafiya, tarix, din, Osmanlı türkcəsi ilə yanaşı, ərəbcə və farsca dərsləri də aldı. Hərəm xəzinədarlarından Dürrüyekta xanımdan (sonradan qardaşı Səlim Əfəndiylə evləndi) piano dərsləri aldı. 1908-ci ildə atasının istəyilə Fahri bəyin oğlu Əhməd Nami bəylə nişanlandı. Ancaq bir il sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi.
Aişə binti Əbu Bəkir
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 17 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Aişə binti Əbu Bəkr
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 17 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Ali-Əba hədisi
Ali-Əba və ya Kisa hədisi (ərəb. حديث الكساء‎) — Məhəmməd peyğəmbərin üstündə əbası olduğu halda əbanın altına Fatiməni, Əlini, Həsəni və Hüseyni alması və Əhzab surəsinin 33-cü ayəsini oxuması barəsindədir. == Sünni mənbələrində == Müsəlman, Sünnilərin ən mötəbər hesab etdikləri Səhihi-Müslim kitabında Peyğəmbərin zövcəsi Ayişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Fatimə gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra peyğəmbər "Ey əhli-beyt!
Alməhəmməd (Əbyəlil)
Alməhəmməd kəndi (başq. Айғырбатҡан) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ayğırbatkan kənd ərazisin milli tərkibi: başqırdlar — 96 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 47 km., kənd sovetliyindən (Selin): 5 km., ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 3 km. == Şəxsiyyətləri == Sarah Abdulkayeva Buranbayeva — Başqırdıstan Respublikasının xalq artisti Ramil Kul-Davlet — Başqırd şairi, dramaturq. Başqırdıstan Respublikası Yazıçılar Birliyinin üzvü (1990). Şeyxzadə Babiç adına Respublika Dövlət Gənclər Mükafatının laureatı (1995). == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Amangildə (Əbyəlil)
Amangildə kəndi (başq. Амангилде) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Amangildə kənd sovetliyinə daxil olan kənd. == Əhali == 1 yanvar 2009-cu il məlimatına görə kənddə 779 nəfər yaşayır. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Abdulqazi kənd ərazisin milli tərkibi: başqırdlar — 100 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 25 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitoqorsk): 77 km. == Adının etimalogiyası == Kəndin adı Amangildə adı ilə bağlıdır. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Arif Əbdürəhmanov
Arif Nadir oğlu Əbdürəhmanov (d. 5 aprel 1950) — "Azərbaycanfilm" kinostudiyasında Quruluşçu rəssam, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Musiqili Komediya, Gənc tamaşaçılar və Opera və Balet teatrlarında qoyulan tamaşaların quruluşçu rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Akademik rəngkarlıq" kafedrasının dosenti, Azərbaycanın Əməkdar rəssamı. == Həyatı == Əbdürəhmanov Arif Nadir oğlu 5 aprel, 1950-ci ildə Bakıda anadan olmuşdur. O, 1974-cü ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının Teatr-Dekor ixtisası üzrə bitirmişdir. Arif Əbdürəhmanov "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Musiqili Komediya, Gənc tamaşaçılar və Opera və Balet teatrlarında qoyulan tamaşaların quruluşçu rəssamı kimi fəaliyyət göstərmişdir. Arif Əbdürəhmanov İstanbul şəhərindəki Camal Rəşid Bəy konsert zalında qoyulan "Arşın mal alan" musiqili komediyasının quruluşçu rəssamı olmuşdur. Rəssam eləcədə V.A. Motsartın "Sehrli fleyta" operasının dekorasiyalarının, M.Zadornovun "Özümə ər almaq istəyirəm" tamaşasına, M.Maqomayevin "Şah İsmayıl" operasının, E.Aslanovun "Mənim dayım" tamaşasının eskizlərinin müəllifidir. Rəssamın əsərləri Türkiyədə, Rusiyada, İranda, Polşada nümayiş olunmuşdur. O, 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Arif Abdürəhmanov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Akademik rəngkarlıq" kafedrasının dosentidir.
Atabəy II Əbu Bəkr
II Nüsrədəddin Əbu Bəkr — Atabəylər İmperiyasının hökmdarlığına iddiaçı. Azərbaycanın VII böyük atabəyi və sultanı. Sultan Xamuşun oğlu, Sultan Özbəyin nəvəsi. Həyatı haqqında çox şey bilinmir.
Atabəy Əbu Bəkr
Atabəy Nüsrədəddin Əbu Bəkr və ya I Əbu Bəkr – Eldənizlər dövlətinin hökmdarı. == Hökmranlığı == Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfahan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfahan və Həmədanda hakimiyyəti ələ keçirdi. Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172–1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü. Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu.
Axund Əbdülcabbar Pişnamazzadə Şəkuyi
Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə — İslam alimi == Həyatı == Həzrət Əli məscidi məşhur mollaları ilə tanınmışdır.Onlardan biri də Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə olmuşdur. O, təhsilini Nəcəfül-əşrəldə almış və "Misbahui-Hərəmeyn" kitabını yazmışdır. Qəbri Şəkidə İmam Əli məscidinin ön tərəfindədir. == Əsərləri == "Kitabi-müsbahül-hərəmeyn" Tiflis: [s. n.], 1904 (1322 h.).- 478 s.