ƏCİNNƏ

is. [ ər. ] din. köhn. Cin. Əcinnə padşahı (nağıllarda). – Əhmədi-Çekkaş durub gəldi evə.
Çağırıb əcinnələri, əmr elədi. (Nağıl).
[Nəcəf:] Nə sirr olacaq? Tovuz dərəsi əcinnə yeridir: şəyatin yığnağına rast gəlibsiniz. M.F.Axundzadə.
[2-ci əcinnə:] Hə, indi başa düşdüm, doğrudan da, deyəsən, sən çox ağıllı əcinnəsən. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏCİNNƏ əcinnə bax cin
  • ƏCİNNƏ cin
ƏCİBƏ
ƏCLAF
OBASTAN VİKİ
Salem əcinnələri
1692-ci ildə Massaçusetsdə Salem kəndinin bir dəstə qızı, bir qərbli hindu qulun danışdığı nağılları dinlədikdən sonra, çox qəribə qıcolmaya məruz qaldı. Bunun səbəblərini soruşduqda, qızlar onlara əzab verən və cadugər olan bir neçə qadını təqsirləndirdilər. Şəhər əhalisi dəhşətə gəldi, lakin təəccüb etmədi. Çünki, Amerika və Avropada 17-ci əsr boyu cadugərliyə inam çox geniş yayılmışdı. Amerika tarixində əlahiddə bir hadisə olsa da, sonralar baş verən əhvalat Yeni İngiltərə puritan ictimai və psixoloji dünyasına canlı bir pəncərə açır. Şəhər rəsmi dairələri məhkəmələr dəvət etdilər ki, cadugərliklə bağlı məsələlər müzakirə olunsun və təcili şəkildə kiçik mehmanxana sahibi Bricid Bişopu ittiham edərək, edam etdilər. Bir ay ərzində daha başqa beş qadın ittiham edildi və asıldı. Buna baxmayaraq, isteriya inkişaf etdi. Bunun da ən əsas səbəbi o idi ki, məhkəmə icazə verirdi ki, şahidlər ittiham olunanları ruhlar və ya kabus kimi gördüklərini təsdiq etsinlər. Öz təbiəti etibarilə, bu cür "qeyri-real şahidlik" xüsusilə dəhşətli idi, çünki bu nə yoxlanıla bilərdi, nə də obyektiv yoxlama üçün əsas ola bilərdi.

Digər lüğətlərdə

доле́чивать писа́чка площи́ть приобрета́тельный рассла́бленный солело́мня коси́ца ничуть не бывало предме́тник противогриппо́зный спира́льный та́к и термоусто́йчивый ту́тошний фтори́роваться амбар саранча чаган Christogram dance music gymnast settlement subsidiary доедать пуговица