ƏDƏBİYYATŞÜNASLIQ

is. Ədəbiyyat tarixi və nəzəriyyəsindən, habelə ədəbi tənqiddən bəhs edən elmlərin məcmusu. Azərbaycan ədəbiyyatşünaslığı. Ədəbiyyatşünaslıq elmi.
– Azərbaycan … ədəbiyyatşünaslığı “Molla Nəsrəddin”in ədəbi irsinə daha dərindən yanaşmalıdır. M.İbrahimov.

ƏDƏBİYYATŞÜNAS
ƏDƏBLƏNDİRMƏ
OBASTAN VİKİ
Ədəbiyyatşünaslıq
Ədəbiyyatşünaslıq — bədii ədəbiyyatı öyrənən elmdir. Ən qədim elmlərdən biridir. Bu elmin qədim və dövrümüzə qədər gəlib çıxmış klassik nümunəsi – Aristotelin "Poetika" əsəri bizim eradan əvvəl IV əsrdə Yunanıstanda meydana çıxmışdır. Ədəbiyyatşünaslıq 3 şöbənin vəhdətindən yaranır: ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbi tənqid. Ədəbiyyat nəzəriyyəsi bədii ədəbiyyatın özünəməxsusluğunu, bədii inikas qanunlarını şərh edir. Ədəbiyyat tarixi ədəbiyyatı tarixi inkişafına görə sistemə salır, onun keçdiyi mərhələləri müəyyənləşdirir, inkişafına təsir etmiş ictimai-siyasi, ədəbi və mədəni amilləri göstərir, ədiblərin həyatını, mühitini, qarşılıqlı əlaqələrini öyrənir. Ədəbi tənqid daha çox çağdaş ədəbi proseslə məşğul olur. Ədəbi tənqidin başlıca vəzifəsi təzəcə qələmə alınan əsərin uğurlu və qüsurlu cəhətlərini, müəllifin yaradıcılığında, eləcə də ədəbiyyat tarixində tutduğu yeri, cəmiyyət üçün faydasını və s. ətraflı araşdırmaqdır.
Müqayisəli ədəbiyyatşünaslıq (jurnal)
Müqayisəli ədəbiyyatşünaslıq — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı 2004-cü ildən 2018-ci ilə qədər "Ədəbi əlaqələr" adı ilə nəşr olunub. Əvvəl toplu kimi çap olunmuş, 2014-cü ildən isə jurnal kimi qeydiyyatdan keçmişdir. Jurnal 19 fevral 2019-cu ildə "Müqayisəli ədəbiyyatşünaslıq" adı ilə yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Jurnal ildə iki dəfə həm çap, həm də onlayn versiyada nəşr olunur. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalında dünya, o cümlədən türk xalqlarının ədəbiyyatlarının qarşılıqlı müqayisəli təhlili istiqamətində elmi məqalələr çap olunur. Jurnalda Azərbaycan dili ilə yanaşı türk, rus, ingilis dillərində yerli və xarici müəlliflərin məqalələri yayımlanır. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir. "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalı beynəlxalq indeksləmə sistemlərinə daxildir: Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Index Copernicus CiteFactor İdealonline Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Cənubi Koreya, Tatarıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Polşa və digər ölkələrin alimləri daxildir İsa Həbibbəyli – AMEA-nın həqiqi üzvü Mehman Həsənli − filologiya üzrə fəlsəfə doktoru, dosent Almaz Ülvi Binnətova – filologiya elmləri doktoru (Azərbaycan) Bədirxan Əhmədov - professor (Azərbaycan) Bəsirə Əzizəliyeva - filologiya elmləri doktoru (Azərbaycan) Qəzənfər Paşayev – professor (Azərbaycan) Gülər ​​Abdullabəyova - professor (Azərbaycan) Məmməd Əliyev - professor (Azərbaycan) Yaşar Qasımbəyli – filologiya elmləri doktoru (Azərbaycan) Orhan Söyləməz – professor(Türkiyə) Kazbek Sultanov – professor (Rusiya) Huang Zhonghiang – professor (Çin) Şuxrat Surojiddinov – professor (Özbəkistan) Elka Traikova – professor (Bolqarıstan) Abdildazhan Akmataliev – professor (Qırğızıstan) Maria Kennes – dosent (Macarıstan) İvan Meznik – professor (Çexiya) Əlfis Qayazov – professor (Başqırdıstan) Kim Minnullin – professor (Tatarıstan) Oh Eunkyung – professor (Cənubi Koreya) Serik Piraliev – professor (Qazaxıstan) Davut Orazsahadov – dosent (Türkmənistan) Vaskiv Mikola Stepanoviç – professor (Ukrayna) Yaroslav Lavski – professor (Polşa) Maral Poladova (Azərbaycan) Nəzrin Əliyeva (Azərbaycan) Aida Tağıyeva (Azərbaycan) https://science.gov.az/az/news/open/24081 https://www.medeniyyet.az/page/news/49506/Muqayiseli-edebiyyatsunasliq.html https://science.gov.az/az/news/open/15590 İsa Həbibbəyli. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.

Digər lüğətlərdə