ƏFĞAN

is. [ fars. ] klas. Fəryad, fəğan.
Oyadır xəlqi əfğanım; Qara bəxtim oyanmazmı? Füzuli.
Hər qədər, kim artıq əfğan eylərəm, əfğan gəlir. Qövsi.
Firqətdə lazımdır aşiqə əfğan; Sakit olmaq gərək yarı görəndə. Q.Zakir.
Bir an səni görməyəndə, yarım; Əfğani yetirrəm asimanə. Heyran xanım.
Bilmirəm bunca nədir ah ilə əfğanın sənin. Ə.Nəzmi.

□ Əfğan etmək (eyləmək, qılmaq, çəkmək) klas. – fəğan etmək, fəryad etmək.
Bir neçə gün ol əsiri-hicran; Məktəbə gəlib qılırdı əfğan. Füzuli.
Mən Molla Vaqifəm, eylərəm əfğan; Gözlərim də yaş yerinə tökər qan. M.P.Vaqif.
Zakirəm, çəkirəm əfğan; Bülbül kimi şəbi-hicran. Q.Zakir.

Əfğanə gəlmək – bax əfğan etmək.
Gül camalın görüb düşsün torpağa; Bülbülü götürüb əfğanə gəlsin! Q.Zakir.
Bağ ara bülbüli-şeyda genə əfğanə gəlib. S.Ə.Şirvani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏFĞAN fəryad — fəğan
ƏFƏNDİLİK
ƏFİ

Digər lüğətlərdə