ƏLDƏQAYRILMA

sif.
1. Fabrik, ya zavodda deyil, əl ilə qayrılmış, düzəldilmiş, istehsal edilmiş. Əldəqayrılma şey.
– Bəzi mağaza müdirləri … əldəqayırma çəkmələri fabrik məhsulu adı ilə camaata satırlar. Kirpi”.

2. məc. Biliyi, hazırlığı, bacarığı olmayan, öz sənətini, işini pis bilən; ləyaqətsiz.
Bu əsərindən də görünür ki, bəzi əldəqayrılma alimlər kimi, ordan-burdan çırpışdırmır. M.Hüseyn.

// Qeyri-həqiqi, yalançı. [Qənbərqulu:] Heç tikə də yaraşmır, çünki sən əldəqayırma bəysən.
Bəyin gərək dədəsi də bəy ola. B.Talıblı.

ƏLDƏQAYIRMA
ƏLDƏN

Digər lüğətlərdə