ƏLƏMƏK

f.
1. Ələkdən keçirmək.
…Qurban oturdu otağın bir küncündə və başladı gəci ələməyə. C.Məmmədquluzadə.

2. məc. Səpmək, səpələmək, tökmək. Yağış ələyir.
– Günəş şəhərə od ələdiyi halda səkilər tez-tələsik yeriyən adamlarla dolu idi. M.Hüseyn.
Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLƏMƏK səpmək — tökmək
ƏLƏMƏ
ƏLƏMLİ

Digər lüğətlərdə