1. Dodaq və dilin müvafiq hərəkəti vasitəsilə döşdən südü soraraq içmək. Quzular qoyunları əmirdilər. Uşaq anasını əmir.
– Südünü əmmişəm mən qanaqana; Ana, mən yazığı nə dindirirsən? “ ”.
Aslan gah əmir, gah da döşdən ayrılıb hıçqırırdı.
// Bir şeyi ağzına salıb sormaq, sümürmək. Barmağını əmmək.
2. məc. Qidalanmaq, qüvvət almaq.
Daşlar yarılanda günün telindən; Əmərsən dağların qarlı selindən.
Bahar çağı güllər günəş əməndə; Görüş təyin eləmişəm çəməndə.
◊ Anadan əmdiyi süd burnundan (burnunun dəliklərindən) gəlmək – olmazın əziyyət və əzablara məruz qalmaq, əziyyət və əzab çəkmək. Zeynəb Xudayar bəyin evində altı ay yarım qaldı.
Və bu altı ay yarımın ərzində Zeynəbin anadan əmdiyi süd burnunun dəliklərindən gəlib töküldü.