ƏNGƏ

I
(Meğri)
valideyn. – Bı öz əngəsinin qədrini nə bilir, mənimkini də bilsin
II
(İmişli)
lap. – Atdar əngə yolun kənarında otdıyırdı
ƏNG
ƏNGƏBU
OBASTAN VİKİ
Əngələvit
Angeğakot — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Mənbələrdə adı Əngələvit, Angelaut, Angeğaqot, Engələyurd kimi qeydə alınan kənd qədimdən Türk-Oğuz boylarının ana yurdu olmuşdur. == Abidələri == Zəngəzur mahalı ərazisində, Qarakilsə (02.03.1940-cı ildən - Sisian) rayonunun Əngələvit (erməni tələffüzündə - Angeğaqot) kəndinin köhnə qəbiristanlığında orta yüzillərə aid türk-xristian qəbirüstü abidələri. Bu abidələr öz forma rəngarəngliyinə görə diqqəti cəlb edir. == Əhalisi == Bura ilk ermənilər XIX yüzilin əvvəllərində Ġrandan köçürülüb gətirilmişlər. Sovet dövründə kəndin adı Angeğaqot kimi rəsmiləşdirilmişdir.
Əngəman (Urmiya)
Əngəman (fars. انگمان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 167 nəfər yaşayır (28 ailə).
Əngənə
Əngənə — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Nazlı bəxşindəki Şimali Nazlı dehestanında yerləşən kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 628 nəfərdən və 168 ailədən ibarət idi.
Əngəvül
Əngəvül — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Əngəxaran
Əngəxaran — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Dzerjinovka kənd Sovetinin Əngəxaran kəndi Şamaxı şəhər Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin əhalisi indiki əraziyə təqribən 300-400 il əvvəl Şamaxının 50 km. şimal-qərbindəki eyniadlı kənddən köçüb gəlmişdir. Yaşlı təbəqə arasında keçmış Əngəxaran kəndinin ərazisi Binə-Əngəxaran adı ilə də tanınırdı. Zarat Xeybəri kəndindən şimal-qərbində, Yeddi qardaş platosundadır. Kəndin adını tat dilindəki əng (arı) sözündən və -an şəkilçisindən ibarət "arı saxlanılan yer" mənasında yozurlar. Kəndin ərazisində eyniadlı dağ və mineral bulaqlar var. == Tarixi == === Tarixi abidələri === Əngəxaran kəndinin ərazisində orta əsrlərə aid yaşayış yeri və qəbiristanlıq mövcuddur. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.