ƏRKÖYÜN

sif. Həddindən artıq əzizlənmək, bütün arzu və şıltaqları yerinə yetirilməsi nəticəsində xudbin böyümüş. – Ərköyün uşaq. Ərköyün (z.) böyümüş övlad. – Ananın ərköyün oğlu hambal olar. ( Ata. sözü ).
[Sərvinaz xanım:] Onun tək qalmağına görə mən onu bir az ərköyün (z.) saxlamışam. N.Vəzirov.
Beş qardaşın yalnız bir bacısı olduğundan, ata-ana onu ərköyün (z.) böyütmüşdü. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏRKÖYÜN ƏRKÖYÜN [Azər:] Deməli, siz də bunu ərköyün böyütmüsünüz (M.İbrahimov); ƏRKƏSÖYÜN Qəndam: Yetim də olsam, ərkəsöyün böyümüşdüm (B
  • ƏRKÖYÜN xudbin

Etimologiya

  • ƏRKÖYÜN Ərk (sərbəst, azad) sözündən əmələ gəlib. Ehtimal ki, öyün hissəsi -in şəkilçisinin qədim forması olub: ərk-in (erkin)
ƏRKNAZ
ƏRKÖYÜNCƏSİNƏ

Digər lüğətlərdə