ÇÖLÇÜ

bax çöllü 1-ci mənada.
[Hüseynəli xan:] Mənim qızım oxumuş qızdır, sənə yaramaz, sən bir çölçü babasan, sənə kasıbfəndi qız gərək. N.Vəzirov.

ÇÖLBUĞDASI
ÇÖLDONUZU
OBASTAN VİKİ
"Çölçü" Sosial Klubu
Çölçü (film, 2012)
"Çölçü" — rejissor Şamil Əliyevin 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırdığı film. Film "Xarici dildə ən yaxşı filmə görə" nominasiyasında 2014-cü ilin "Oskar" mükafatına təqdim olunmuş və ilkin siyahıda yer almışdır. Bu, çölü özünə yurd yeri seçmiş Ulu və gənc çölçünün məhəbbəti haqqında nağılabənzər bir həyat hekayəsidir. Ulunun ölümündən sonra çölə, qısa saçlı bir qız gəlir. Və Çölçünün həyatına öz nağılını qatıb, onun həyatını dəyişir… Film "Kodak" kinolentinə çəkilmişdir. Filmin ssenari müəllifi Vidadi Həsənov Hollivudda yetərincə uğur qazanmış Kler Deyns rəhbərlik etdiyi qrupun məsləhəti altında bu ssenari üzərində çalışmışdı. Filmin sınaq çəkilişlərində cavan çölçü və qısa saçlı qız rollarına dəvət olunmuş Amid Qasımov və Nigar Bahadırqızı da iştirak etmişdilər. Filmin premyerası 12 fevral 2013-cü ildə Nizami Kino Mərkəzində olmuşdur. Kino tənqidçisi Sədaqət Kamalın fikrincə, filmdə tamaşaçı "Bir şərəfsiz tərəfindən namusu tapdalanmış qadın digər biri tərəfindən saf məhəbbətlə sevilə bilərmi?" sualına cavab tapmaq problemi ilə baş-başa qoyulmuşdur. Film 150 beynəlxalq kino festivalında iştirak etmiş və bu festivallarda 100-dən atrıq mükafata layiq görülmüşdür.

Digər lüğətlərdə