ÇÜRÜK

ÇÜRÜK – SAF Xəstənin yastığı yanında bir tərəfi çürük nar gördüm (Mir Cəlal); Boşqablara böyük, saf, şirin narlar, sarı armud, üzüm qalanmışdı (Mir Cəlal).

ÇÜRÜK – SAĞLAM Çürük ağac kimi yerə yıxıldı (S.Vəliyev); Sən bu sağlam ağacı kökündən, bu coşqun dənizi dibindən qurutmaq istəyirdin (A.Şaiq).

ÇÜRÜK – TƏZƏ Çürük nərdivanla dama çıxmazlar (Ata. sözü); Hələ yaralarım sağalmamış evə təzə bir mala gətirdilər (R.Rza).

ÇUXUR
ÇÜRÜMƏK
OBASTAN VİKİ
Çürük borolar
Çürük borolar (ing. rotten boroughs) — Birləşmiş Krallıqda XVIII əsrin sonu və XIX əsrin əvvəllərində əhalisi boşaldılmış, lakin parlamentdə təmsilçiliyini qoruyub saxlayan kənd və şəhərlər. Bu qəsəbələrdə seçicilərin səsləri çox vaxt yerli ev sahibi tərəfindən idarə olunurdu. Çox vaxt İcmalar Palatasında bir yer sadəcə alınırdı ki, bu da bir neçə onlarla seçici üçün çətin deyildi. 1832-ci il islahatından əvvəl parlamentə 2 deputat göndərən və yalnız 7 sakinin səsvermə hüququ olan Surreydəki Qatton qəsəbəsi "rekordçu" idi. Eyni zamanda, bir çox yeni böyük sənaye mərkəzləri, məsələn, Birmingem, parlamentdəki təmsilçilikdən tamamilə məhrum edilmişdi. Təkcə fəhlələr deyil, sənaye burjuaziyasının bir çox nümayəndələri də səsvermə hüququna malik deyildilər. 1815-ci ildə 20 milyondan çox olan Birləşmiş Krallıq əhalisinin yalnız 160 min nəfərinin səsvermə hüququ var idi. Sənaye şəhəri Yorkşir cəmi 2 deputatla təmsil olunmuşdu. Сэр Фрэнсис Бердетт Spielvogel, Western Civilization — Volume II: Since 1500 (2003) p.
Çürüksulu Mahmud Paşa
Çürüksulu Mahmud Paşa (1865 - 31 Temmuz 1931) — Gürcü əsilli Osmanlı əsgəri və dövlət adamı.. Acarıstan Muxtar Respublikasının Kobuleti rayonunda anadan olmuşdur. 1909-cü ildə Osmanlı ordusunun Alman Qərargahınının nəzarətində olan hissəsinin modernləşdirilməsində iştirak etdi. Balkan müharibələri başladığı bir vaxtda general-leytenant dərəcəsinə yüksəldi. 1913-cü ildə yaradılan Səid Həlim Paşanın rəhbərlik etdiyi İttihad və Tərəqqi hökumətində Daxili İşlər Naziri təyin edildi. 1914-cü ildə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsinə daxil olmasına qarşı çıxdı. Mahmud Paşa hesab edirdi ki, Osmanlı İmperiyası müharibədə iştirak etmək üçün kifayət qədər hazırlıqlı deyil. İttihad və Tərəqqi komitəsindən müstəqil dövlət adamı kmi tanınmağa başladı. Talat Paşanın rəhbərlik etdiyi vaxtlarda Dəniz Donanmasının naziri oldu. 1918-ci ildə Osmanlı İmperiyası Məclisinin üzvü təyin edildi.

Digər lüğətlərdə