ÇİMDİK

is. İki barmağın ucu ilə birinin ətini tutaraq sıxma; burub çimdikləmə.
[Uşaq] evə getməyə cürət etmədi, atasının yumruğundan və anasının çimdiyindən qorxdu. Çəmənzəminli.

□ Çimdik götürmək (almaq) – çimdikləmək. Molla heç bir söz deməyib, Teymura yaxınlaşır. Onun böyründən möhkəm bir çimdik götürür. “M.N.lətif”.
Bir çimdik – iki və ya üç barmaqla götürülə bilən miqdar; azacıq.
[Tələbə] yumurta boyda bir qırmızı pomidoru yarı bölüb, üstünə bir çimdik duz səpdi. Qantəmir.
[Ana:] Srağagün də aləmi gəzdim, bir çimdik çay tapa bilmədim. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇİMDİK burmanc

Etimologiya

  • ÇİMDİK Güman ki, çim (yumru hissə) sözü ilə bağlıdır. Əsli çimlik olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ÇİMÇİŞMƏK
ÇİMDİKLƏMƏ

Digər lüğətlərdə