ÜMİD BAĞLAMAQ (BƏSLƏMƏK)
ÜMİD VERMƏK
OBASTAN VİKİ
Ümid
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Yeni Ümid
Braziliya Qara Cəbhəsi (port. Frente Negra Brasileira) — Braziliyada zənci hərəkatının bir hissəsi olub, ölkənin ilk qara siyasi partiyası. == Yaranması üçün zəmin == 1920–1930-cu illərdə Braziliyada kapitalizmin inkişafı aqrar əsaslara zərbə vurdu. Artan milli hisslər, tədricən baş verən sənayeləşmə və urbanizasiya siyasi transformasiyalara səbəb oldu. Bu yeniliklərdən biri də yerli zəncilərin ilk qəzeti olan "Klarim d`Alvorada"nın (Clarim d’Alvorada) idi. Afro-braziliyalılar hələ 1888-ci ildə ləğv edilmiş quldarlığın nəticələri ilə mübarizə aparırdı. İqtisadi imkanların, təhsil səviyyəsinin və hüquqların aşağı səviyyədə olması isə onların cəmiyyətdə tam iştirakına maneçilik törədirdi. == Yaranması == Braziliya Qara Cəbhəsi 16 sentyabr 1931-ci ildə San-Pauloda yaradılmış və zəncilərin cəmiyyətdə tam iştirak hüquqlarını tələb edən ilk afro-braziliya təşkilatı olmuşdur. Mənzil-qərargahı San-Pauloda yerləşən təşkilatın şəbəkəsi tezliklə ölkə ərazisinə yayılmışdır. Onun mürəkkəb strukturuna prezident, sədr, katib və köməkçi şura aid idi.
Ümid (Qaradağ)
Ümid — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. == Tarixi == Ümid qəsəbəsinin əsası qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulmuşdur. 2000-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. Hal-hazırda (2020-ci il) qəsəbədə 2000 nəfər məcburi köçkün və 1600 nəfər yerli sakin məskunlaşmışdır. Ümid qəsəbəsində Ümid 500 layihəsi çərçivəsində yeni binalar tikilmişdir. == Din == Qəsəbədə Ümid qəsəbə məscidi dini icması fəaliyyət göstərir.
Ümid (film)
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman. Ümid (qəzet) — Ümid (Qaradağ) — Ümid (film, 1977) — 1977-ci ildə istehsal olunmuş Çin filmi. Ümid (film, 1992) — Ümid (film, 1995) — 1995-ci ildə istehsal olunmuş Azərbaycan filmi.
Ümid (qəzet)
"Ümid" — Cənubi Azərbaycanda Məşrutə dövründə nəşr olunmuş qəzetlərdən biri. == Tarixi == "Ümid" Məşrutə bərqərar edildikdən sonra nəşr edilən ilk qəzetlərdən idi. Qəzet Loğmaniyyə mədrəsəsinin tələbələri tərəfindən Məşrutə dövrünün əvvəllərində nəşr olunmuşdur. Loğmaniyyə mədrəsəsinin 5-6 tələbəsi tərəfindən təsis olunan bu qəzetin nəşri 8 aya yaxın davam etdi. Faydalı və elmi qəzet olan "Ümid"in 1907-ci ilədək 24 nömrəsi çapdan çıxmışdır. Bu həftəlik, şəkil-təsvirli qəzet daşbasma üsulu ilə çap olunur və başlığında aşağıdakı ifadə dərc edilirdi: "Bu dövlətin və millətin tərəqqisi, elm və maarifin yayılması üçün təsis dilmiş bir qəzetdir".
Ümid Bulud
Ümid Bulud (15 mart 1983[…], Yaşılhisar, Kayseri ili) — 1-ci Liqa komandalarından biri olan "Eyüpspor"da hücumçu kimi çıxış edən türk milli futbolçudur. == Xarici keçidlər == Qalatasaray İdman Klubunun Rəsmi Saytı — Umut Bulut Profili 22 Ağustos 2012 tarihinde -də Ümid Bulud at the Turkish Football Federation Ümid Bulud — transfermarkt.com saytında.
Ümid Bəsən
Ümid Bəsən (14 oktyabr 1956, Osmaniyə) — Türk musiqiçi. Piyanist. == Bioqrafiya == 14 oktyabr 1956-cı ildə Osmaniyə rayonunda dünyaya gələn Ümid Bəsənin ilk musiqi aləti melodika oldu və Tayfunlar Orkestrini qurdu. Musiqi və təhsilini bir yerdə apara bilməyəcəyini fərq edincə lisey təhsilini yarım buraxdı. Hərbi xidmətə getmə ərəfəsində 1976-cı ildə Kütahya rayonuna getdi. Hərbi şəhərcikdə onu dinləyən bir general Ü. Bəsəni Zonquldak həbi şəhərciyinə göndərdi. Hərbi xidmətindən sonra Adana şəhərinə getdi və gecə klublarında işə başladı. Bu klublardan birində onu dinləyən futbolçu Mətin Oktay, Bəsəni İstanbuldakı qazino sahibi dostlarına tövsiyə etdi. Sənətçinin İstanbulda işə başladığı ilk məkan Küncüm Bistro oldu. Bəsən, 1980-ci ildə Selami Şahin və Əhməd Səlcuq İlkan ilə birlikdə ilk val səsyazmasını yayımladı.
Ümid Məmmədov
Ümid Məmmədov (leytenant) — 1999-cu il təvəllüdlü Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Ümid Məmmədov (əsgər) — 2001-ci il təvəllüdlü Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Ümid Novruzlu
Ümid Novruzlu (7 iyun 1992, Babək, Naxçıvan Muxtar Respublikası – 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ümid Novruzlu 1992-ci il iyunun 7-də Babək şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Ümid Novruzlu 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Ümid Novruzlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ümid Novruzlu noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Babək şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümid Novruzlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ümid Nəccari
Ümid Nəccari (15 aprel 1989, Təbriz şəhəri, Şərqi Azərbaycan ostanı, İran İslam Respublikası) — Şair, yazar, tərcüməçi, publisist, Avropanın Beynəlxalq IWA BOGDANİ Yazarlar Assosiasiyasının vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyinin və Beynəlxalq Mihai Eminescu Akademiyasının fəxri üzvü. == Həyatı == Ümid Nəccari 1989-cu il aprelin 15-də Təbriz şəhərində anadan olub. İlk təhsilini Təbriz şəhərində almışdır. 2009–2013-cü illərdə İslam Azad Universitetinin Təbriz filialında Elektronika fakültəsində oxumuşdur. 2016–2020-ci illərdə isə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsində "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə təhsil almışdır. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür. Ümid Nəccari 18 mart 2022-ci ildən Avropanın məşhur Beynəlxalq IWA Bogdani Ədəbiyyat Birliyinin aktiv üzvüdür. 26 aprel 2023-cü il tarixində isə Ümid Nəccari həm də baş ofisi Brüssel və Priştinada olan BOGDANI beynəlxalq yazıçılar assosiasiyasının vitse-prezidenti seçilib. Ailəlidir, iki övladı var. == Yaradıcılığı == Ümid Nəccari yaradıcılığa gənc yaşlarından başlamışdır.
Ümid Partiyası
Azərbaycan Ümid Partiyası və ya qısaca Ümid Partiyası (qeyri-rəsmi AÜP) — Əbülfət Əhmədov tərəfindən yaradılan və 5 may 1993-cü ildə dövlət qeydiyyatından keçən siyasi partiya. Hal-hazırda partiyanın sədri İqbal Ağazadədir. == Tarixi == Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri "Qızıl Qələm" mükafatı laureatı, jurnalist mərhum Əbülfət Əhmədov olub. 1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 2002-ci il dekabrın 15-də Azərbaycan Ümid Partiyasının III (I) Qurultayında Ümid Partiyasına birləşmiş və partiya sədri İqbal Ağazadə seçilmişdir. 2003-cü ilin martından etibarən Müxalifətin Koordinasiya Mərkəzinin demokratik və azad seçki tələbilə təşkil etdiyi kütləvi etiraz aksiyalarında aktiv iştirak edib. 2003-cü il iyunun 30-da Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına etiraz olaraq, İran İslam Respublikasının Bakıda yerləşən səfirliyi qarşısında partiya üzvlərinin keçirdiyi dinc aksiya polis tərəfindən dağıdılıb.
Ümid burnu
Ümid burnu (afrikaans Kaap die Goeie Hoop, ing. Cape of Good Hope) — Cənubi Afrikanın cənubunda, Kap yarımadasının cənubunda burun, Afrika qitəsinin ən ucqar cənub qərb nöqtəsidir. Dəniz səviyyəsindən 245m yüksəklikdə qayalıqdır. Ümid burnunu ilk dəfə 1488-ci ildə Bartolomeu Dias kəşf etmiş və onu "Fırtına burnu" adlandırmışdı. Portuqaliya kralı II Juan burunun adını dəyişdirərək "Ümid burnu" qoymuşdur. Bunun səbəbi onun buradan Hindistana dəniz yolu tapmağa ümid etməsi idi.
Ümid bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ümid körpüsü
Ümid körpüsü (türk. Umut köprüsü) — 28 may 1992-ci ildə istifadəyə verilən, Azərbaycan-Türkiyə sərhədində Araz çayı üzərində uzunluğu 286 metr olan, "Dəmir İpək Yolu"nu reallaşdıran, Zəngəzur dəhlizinin qarşısında "yaşıl işıq" yandıran tağlı körpü. Körpü Türkiyənin Dilucu və Azərbaycanın Sədərək sərhəd keçid məntəqələrini birləşdirir. Tikintisi 1991–1992-ci illərdə aparılmış və 28 may 1992-ci ildə istifadəyə verilmişdir. 1990-cı illərin əvvəllərində Naxçıvan MR-in keçirdiyi iqtisadi çətinliklərin, xüsusilə nəqliyyat blokadasının ləğvində körpünün müstəsna rolu olmuşdur. 1992-ci il may ayının 28-də, Araz çayı üzərində "Ümid körpüsu"nün açılışını gerçəkləşdirmək üçün, 60 millət vəkili və 40-dan çox nüfuzlu KİV nümayəndələri ilə birgə Naxçıvana gələn Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl Naxçıvan Hava Limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək deyir: == Türkiyə-Naxçıvan əlaqələri == "Naxçıvan türk-islam dünyasına bir qapıdır" - söyləyən Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfəri 1992-ci ilin martında reallaşdı və səfər zamanı Türkiyə Prezidenti Turqut Özal, Baş nazir Süleyman Dəmirəl və digər rəsmi şəxslərlə görüşlər keçirilib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası isə 1992-ci ilin martında qoyulub. Həmin dövrdə Naxçıvanda Ulu Öndərin “Bir millət, iki dövlət” fikirlərinin reallığa çevrilməsi mərhələsi başlanıb. Dahi şəxsiyyət Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalanıb. 13 maddəlik protokolda muxtar respublikaya maliyyə, iqtisadi, texniki yardım göstərilməsi, regionun zəruri ehtiyaclarını ödəmək üçün 100 milyon ABŞ dolları həcmində kreditin ayrılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi öz əksini tapdı.
Ümid məktəbi
Ümid məktəbi— Şamaxı şəhərində XX əsrə aid məktəb == Haqqında == 1908-ci ilin yayında Mirzə Ələkbər Sabir Şamaxıdakı karvansaraların birinin iki otağını xalçaçı dostu Hacı Ağaəlinin köməyi ilə təmir etdirib, sentyabr ayında Hacıbala Zamanov adlı bir nəfər həmyerlisi ilə bərabər «Ümid” məktəbini açıb. 1908-ci ildə Sabir pedaqoji fəaliyyətə icazə alır və Şamaxıda “Ümid” məktəbini açır. Amma, hücumlara məruz qalaraq, məktəbi bağlamağa və 1910-cu ildə Bakıya köçməyə məcbur olur.
Ümid valsı
"Ümid valsı" — Aqşin Əlizadənin baleti. Librettonun müəllifi bəstəkarın özüdür, xoreoqraf Pulumb Agilliudur. "Ümid valsı" baletinin vacib personajlarından biri də Hacı Zeynalabdin Tağıyevdir. == Məzmun == XX əsrin əvvəllərində Bakının qəliz ictimai durumunda iki gəncin - Elmurad və Səlminazın - sevgi hekayəsi. Azərbaycan balet tarixində ilk dəfə Zeynalabdin Tağıyevin surəti canlandırılır.
Ümid Özdağ
Ümid Özdağ (3 mart 1961, Tokio[d]) — türkiyəli siyasətçi, professor və yazıçı. Münhen Lüdviq-Maksimilian Universiteti və Qazi Universitetində ali təhsil aldıqdan sonra uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş və 2001-ci ildə professor elmi adını almışdır. 2006-cı ildən "XXI Əsr Türkiyə İnstitutu"nun təsisçisi və rəhbəridir. Buna qədər isə 1999-cu ildə "Avrasiya Strateji Araşdırmalar Mərkəzi"ni, 2003-cü ildə isə "Diyanət Araşdırmalar Mərkəzini" təsis etmişdir. == Həyatı == Sonralar MHP qadın qollarının ilk rəhbəri olacaq Könül Özdağ və Milli Birlik Komitəsi üzvü olaraq 27 may çevrilişinə qatılan mayor Müzəffər Özdağın oğlu olaraq 3 mart 1961-ci ildə anadan olmuşdur. Milli Birlik Komitəsi içində Alparslan Türkeş ilə birlikdə hərəkət edən atasının 13 noyabr 1960-cı ildə Yaponiyaya hökumət müşaviri olaraq göndərilməsinə görə Tokioda anadan olmuşdur. İbtidai və orta təhsilini TED Ankara kollecində almışdır. Bakalavr təhsilini Münhen Lüdviq-Maksimilian Universitetində siyasi elmlər, fəlsəfə və iqtisadiyyat fakültələrində tamamlamış və magistr təhsilini Türkiyədə planlı inkişaf və dövlət planlama təşkilatı üzərində tamamlamışdır. Dr. Burçin Özdağ ilə evlidir və Alp adından bir oğlu vardır.
Ümid İmamquliyev
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Ümid İmamquluyev
Əhməd Ümid
Ahmet Ümit (30 sentyabr 1960[…], Qaziantep) — Türkiyə şairi və yazıçısı. Daha çox kriminal janrında olan romanları ilə tanınmışdır. == Həyatı == === Kommunist dövr === Ahmet Ümit 1960-cı ildə Türkiyənin Qaziantep şəhərində 7 uşaqlı ailənin ən kiçiyi kimi anadan oldu. Atası xalça satıcısı, anası dərzi idi. İbtidai təhsilindən sonra Qaziantep Atatürk Liseyinə girdi. 14 yaşında siyasi baxışına görə 24 dostu ilə birlikdə Qaziantepin xaricinə sürgün edilmiş və təhsilini Diyarbəkirin Erqani ilçəsində tamamlamışdır. 1979-cu ildə Mərmərə Universitetinə daxil oldu. Tələbəlik illərində tanış olduğu Vildan xanım ilə evliliyindən Gül adında bir qızı oldu (1981). 1980-ci il çevrilişindən sonra Ahmet Ümit kommunist dərnəklərdə işləməyə başladı. 1982-ci ildə "Ana Yasaya yox" kampaniyasına qatıldı.
Ümid Həsənov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Ümid (dəqiqləşdirmə)
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman. Ümid (qəzet) — Ümid (Qaradağ) — Ümid (film, 1977) — 1977-ci ildə istehsal olunmuş Çin filmi. Ümid (film, 1992) — Ümid (film, 1995) — 1995-ci ildə istehsal olunmuş Azərbaycan filmi.
Ümid (ad)
Ümid — ad. Ümid Bəsən — Türk musiqiçi. Piyanist. Ümid Cizrə — Türkiyə akademiki Ümit Erdim — teatr və kino aktyoru.
Ümid Cizrə
Ümid Cizrə (türk. Ümit Cizre; 1946, Türkiyə) — Türkiyə akademiki və Türkiyədə mülki-hərbi əlaqələr üzrə ekspert. İstanbul Şəhər Universitetində siyasət elmləri və beynəlxalq əlaqələr üzrə professor olmuşdur. O, Türkiyədə ictimaiyyətin diqqətini cəlb edən "Almanac Turkey 2005 – Security Sector and Its Democratic Oversight" (2006) jurnalının redaktoru olmuşdur. == Həyatı == Ümid Cizrə 1946-cı ildə anadan olmuşdur. O, 1968-ci ildə London Universitetini bitirdikdən sonra 1982-ci ildə Orta Şərq Texniki Universitetində magistr, 1987-ci ildə Ankara Universitetində doktorluq dərəcəsi almışdır. Cizrə Ankarada Bilkənd Universitetində idi, daha sonra 2010-cu ildə İstanbul Şəhər Universitetində Müasir Türk Araşdırmaları Mərkəzinin direktoru olmuşdur. == Əsərləri == Secular and Islamic politics in Turkey. The making of the Justice and Development Party (London and New York: Routledge, 2008) Almanac Turkey 2005 – Security Sector and Its Democratic Oversight (2006), TESEV AP-Ordu İlişkileri-Bir İkilemin Anatomisi, Istanbul: İletişim Yayınları, Second Edition, November 2002.
Ələddinin sehrli çırağı (dəqiqləşdirmə)
Ələddinin sehrli çırağı (film, 1979)