ÜNSİ

alışqan, alışan, uyuşan,, ülfət bağlayan.
ÜNSEVƏR
ÜNSÜ
OBASTAN VİKİ
Əbdürrəhman Əfəndi Ünsi
Əbdürrəhman əfəndi Ünsizadə (Ünsi) — XIX əsr Azərbaycan şairi və maarifpərvəri. Şamaxı hakimi şair Cəfərqulu xanın şeirlərinin birində Hacı Səidin atası Əbdürrəhman əfəndinin adı çəkilir. O, alim bir şəxs kimi təqdim olunur. Əbdürrəhman əfəndi "Ünsi" təxəllüsü ilə şeirlər yazır, həmçinin Şamaxı mədrəsəsində müəllim işləyirmiş. Onun üç oğlu – Hacı Səid Ünsizadə, Cəlal Ünsizadə və Kamal Ünsizadə ataları vəfat etdikdən sonra Ünsizadə soyadını götürmüşlər.
Cəlal Ünsizadə
Cəlaləddin Əbdürrəhman əfəndi oğlu Ünsizadə (1854, Şamaxı, Şamaxı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – 1933, Ankara, Türkiyə) — Azərbaycan şairi, tərcüməçi, publisist, tərəqqipərvər müəllim, "Kəşkül" qəzetinin redaktoru (1883–1891).Rus, fars və ərəb dillərində yaxşı biliyə malik olan Cəlal Ünsizadə həm müəllim, həm jurnalist, həm də tərcüməçi olmuş, Qafqaz müsəlmanları arasında sosial-mədəni inkişaf üçün çalışmışdır. == Həyatı == Cəlal Ünsizadə 1854-cü ildə Azərbaycanın Şamaxı şəhərində anadan olmuşdur. O Səid və Kamal Ünsizadə qardaşların ortancısıdır. İlk təhsilini Şamaxıda Rus şəhər məktəblərindən birində almış, həm yeni, həm də köhnə üsullarla tədris görmüş və rus dilini öyrənmişdir. Daha sonra qardaşları Səid və Kamal Ünsizadə ilə birlikdə 1876-cı ildə Tiflisə köçmüş və müəllimlik fəaliyyətinə başlamışdır. O, Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb açmışdır. Nəşriyyat fəaliyyətlərinə məhz Tiflisdə başlamış qardaşı Səid Ünsizadənin Tiflisdəki Ziya mətbəəsində “Ziya” və “Ziyayi-Qafqaziyyə” qəzetlərinin nəşr olunmasında aktiv rol sahibi olmuşdur. === "Kəşkül" qəzetinin nəşr edilməsi və "Kəşkül" mətbəəsi === "Kəşkül" jurnalı, Qafqaz Senzura Komitəsinin 1883-cü ildə Peterburq Baş Mətbuat İdarəsinə göndərdiyi 101/77 nömrəli məktubdan göründüyü kimi, 20 oktyabr 1882-ci ildə lazım olan icazələr verilərək nəşr olunmağa başlamışdır. Yenə də Qafqaz Senzura Komitəsinin Peterburqdakı Baş Mətbuat İdarəsinə göndərdiyi məktubdan belə aydın olur ki, "Kəşkül" jurnalı Azərbaycan türkcəsi ilə yanaşı fars və ərəb dillərində də nəşr ediləcəkdir. Jurnal ilk nömrəsini 1883-cü ilin yanvar ayında çıxarır və ilk 11 nömrəsi jurnal olaraq nəşr edildikdən sonra Cəlal bəy tərəfindən qəzetə çevrilir.
Millətlərarası ünsiyyət dili
Millətlərarası ünsiyyət dili — çoxmillətli dövlətdə xalqlararsı ünsiyyət vasitəsi kimi istifadə edilən dil. Beynəlxalq dillərin bir və ya daha çoxundan bir ölkə daxilində istifadə edilməsi ilə fərqlənir. Türk dili Türkiyədə yaşayan bütün xalqların ümumi istifadə etdiyi dildir. İngilis dili ABŞ-də bütün xalqlar tərəfindən istifadə edilir. Rus dili Rusiyada yaşayan 100-dən çox xalqın ümumi ünsiyyət dilidir..
Mədəniyyətlərarası ünsiyyət
Mədəniyyətlərarası ünsiyyət — mədəni qarşılıqlı əlaqə dünya xalqlarının fərqli mədəniyyətlərinin nümayəndələri arasında bir əlaqə və ünsiyyətdir, həm insanlar, həm də öz icmaları arasında birbaşa təması əhatə edir. Ünsiyyət formaları (dil, danışıq, yazı, elektron ünsiyyət və s.) müxtəlifdir. Mədəniyyətlərarası ünsiyyət fənlərarası səviyyədə, fəlsəfə, mədəniyyətşünaslıq, psixologiya, dilçilik, etnologiya, antropologiya, sosiologiya, ünsiyyət vasitələrinin ekologiyası kimi bilik sahələrində öyrənilir. A. P. Sadoxin tərəfindən verilən mədəniyyətlərarası ünsiyyətin tərifi: "Mədəniyyətlərarası ünsiyyət, fərqli mədəniyyətlərə mənsub fərdlər və qruplar arasındakı müxtəlif əlaqələr və ünsiyyət formaları toplusudur." T.B Frik tərifinə görə: "Mədəniyyətlərarası ünsiyyət fərqli mədəniyyətləri təmsil edən insanlar arasındakı ünsiyyətdir" . İ.V. Denisova və A.P. Yeremenko "millətlərarası ünsiyyət"i "fərqli xalqları (etnik qrupları) təmsil edən insanlar arasındakı ünsiyyət" olaraq vurğulayırdılar. Mədəniyyətlərarası ünsiyyətdən bəhs edən Vladimir Solomonoviç Bibler, bir növ "yeni universal mədəniyyət cəmiyyəti", xüsusi bir sosializm, daha doğrusu mədəniyyətlərin dialoqunun güc sahəsindəki insanların sərbəst ünsiyyət forması yaratdığını qeyd edir. . Bu baxımdan, bu cür ünsiyyətlər qarşısındakı maneələr və onların aradan qaldırılması, yaxud aradan qaldırılması yolları məsələsi getdikcə aktuallaşır. T.N. Persikova mədəniyyətlərarası ünsiyyəti "bütün komponentləri ünsiyyət prosesinin iştirakçılarının milli-etnik kimliyi ilə sıx əlaqəli olan, mədəni olaraq müəyyən edilmiş bir proses" kimi başa düşür Müəllif mədəniyyətlərarası ünsiyyətin üç qaydasını müəyyən edir: Şifahi olmayan məlumatların fərqli mədəniyyətin nümayəndələri tərəfindən şərh edilməsi ən böyük çətinliklər yaradır. Ünsiyyətdə anlaşma əldə etmək üçün iştirakçıları mədəniyyətlərarası qarşılıqlı əlaqədə aktiv dinləməyə öyrətmək lazımdır. Fərqli mədəniyyətlərin nümayəndələri ilə ünsiyyətdə yarana biləcək səhvləri qabaqcadan görə bilmək və qarşısını almaq lazımdır, əks halda insanlarda yaranan mənfi təəssürat səbəbindən planlaşdırılan mədəniyyətlərarası əlaqələr pozula bilər.
Səid Ünsizadə
Səid Ünsizadə, Hacı Səid əfəndi Ünsizadə (1845, Şamaxı, Kaspi vilayəti – 1905, Konstantinopol) — Şamaxı Qazısı, şair. Azərbaycanın ilk milli mətbuat orqanı olan "Əkinçi" bağlandıqdan sonra anadilli qəzetlərin çapı gündəmə gəldi və bu yöndə ilk cəhdi Bakı gimnaziyasının şəriət müəllimi Mirzə Məhəmməd bəy etdi. Mirzə Məhəmməd bəyin "Cam hacannüma və ayişeyi bədənnüma" adlı qəzet nəşr etmək istəyi baş tutmadı. Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra "Ziya" qəzeti öz möhürünü vurdu. Azərbaycanda mətbuatın formalaşmasında, mətbəəçilik işinin dövrün tələblərinə uyğun qurulmasında böyük xidmətlər göstərmiş və nəşr etdikləri mətbuat nümunələri ilə jurnalistikamıza xidmət etmiş Ünsizadə qardaşlarının həyat və fəaliyyətləri, şəxsiyyətləri maraq doğurur. Qeyd etmək yerinə düşər ki, mətbuat fədailəri olan bu qardaşların görmüş olduqları geniş ölçülü fəaliyyət hələ kifayət qədər tədqiq olunmamışdır. Bu qardaşların atalarının adı Şamaxı hakimi Cəfərqulu xanın şeirlərinin birində çəkilir, alim bir şəxs kimi təqdim olunur. Əldə olunan materiallardan bəlli olur ki, Əbdürrəhman əfəndi "Ünsi" təxəllüsü ilə şeirlər yazmış, yaşadığı Şamaxı və ətraf bölgələrdə tanınmışdır. Əbdürrəhman əfəndinin ölümündən sonra oğlanları Ünsizadə soyadını götürmüşlər.
Ünsiyyət
Ünsiyyət — qarşılıqlı münasibət. Ünsiyyət nitq vasitəsilə baş verir. Biz başqalarını dinləyir, onların yazdığını oxuyur, öz fikirlərimizi yazmaq və danışmaqla ifadə edirik. Beləliklə, ünsiyyət zamanı dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı. Dinləmək və oxumaq bacarığı başqalarını anlamaq, məlumat almaq üçündür. Danışmaq və yazmaq bacarığı isə düşündüklərimizi başqalarına çatdırmağa kömək edir. Dinləyərkən və danışarkən istifadə edilən söz və cümlələr səslərlə ifadə olunur. Ona görə də dinləmə və danışma şifahi nitqə aid olan bacarıqlardır. Hərflərlə ifadə olunmuş mətnləri isə oxuyuruq və ya yazırıq. Odur ki yazı və oxu bacarıqları yazılı nitqə aid edilir.
Kamal Ünsizadə
Kamal Əbdürrəhman əfəndi oğlu Ünsizadə (1857, Şamaxı, Şamaxı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – bilinmir) — Azərbaycan maarifçi publisisti, naşir, şəriət müəllimi, "Məzhər" qəzetinin naşiri və redaktoru (fasilə ilə 1908–1917) Kamal Ünsizadə əvvəlcə "Kəşkül"ün Bakı müvəkkili, 1888-ci ildən Tiflisdə redaksiyanın əməkdaşı və 1889-cu ildən "Kəşkül" mətbəə-nəşriyyatının müdiri işləmişdir. Azərbaycan və rus dillərində "Uçan yarpaq" qəzeti üçün icazə ala bilməmiş, 1907-ci ildə "Məzhər" qəzetinin nəşrinə müvəffəq olmuşdur. "Azərbaycan" adlı qəzet çıxarmaq istəmiş, lakin yerli hakimiyyət orqanları ona icazə verməmişlər. Vəfat yeri və məzarı hələlik məlum deyil. == Həyatı == Ünsizadə Kamal Əbdürrəhman oğlu, 1857-ci ildə (bəzi mənbələrdə doğum tarixi 1865-ci il olaraq göstərilir) Şamaxıda Ünsizadə qardaşlarının ən kiçiyi olaraq dünyaya gəlmişdir. Böyük qardaşı Səid Ünsizadənin himayəsində böyümüşdür. Ana dili olan Azərbaycan türkcəsi ilə yanaşı fars və ərəb dillərini də yaxşı bilirdi, həmçinin kifayət qədər rus dilini də öyrənmişdir. Kamal Ünsizadə də eynilə qardaşları kimi mətbuat işləri ilə məşğul olmuşdur. 1882-ci ildə qardaşı Cəlal Ünsizadə ilə birlikdə uzun mübarizələrdən sonra lazım olan orqanlardan icazə aldıqdan sonra Tiflis polis idarəsinin mətbəəsini satın alaraq "Kəşkül" mətbəəsini qurur. Cəlal və Kamal Ünsizadə 1883-cü ildən etibarən mətbəələri ilə eyni adda "Kəşkül" jurnalını çap etməyə başlayılar.
Yazılı ünsiyyət
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. Yazı daşın, sümüyün, perqamentin, kağızın üstündə yaşayır. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qəbilə şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular.
Yazılı ünsiyət
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. Yazı daşın, sümüyün, perqamentin, kağızın üstündə yaşayır. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qəbilə şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular.
Ünsiyət
Ünsiyyət — qarşılıqlı münasibət. Ünsiyyət nitq vasitəsilə baş verir. Biz başqalarını dinləyir, onların yazdığını oxuyur, öz fikirlərimizi yazmaq və danışmaqla ifadə edirik. Beləliklə, ünsiyyət zamanı dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı. Dinləmək və oxumaq bacarığı başqalarını anlamaq, məlumat almaq üçündür. Danışmaq və yazmaq bacarığı isə düşündüklərimizi başqalarına çatdırmağa kömək edir. Dinləyərkən və danışarkən istifadə edilən söz və cümlələr səslərlə ifadə olunur. Ona görə də dinləmə və danışma şifahi nitqə aid olan bacarıqlardır. Hərflərlə ifadə olunmuş mətnləri isə oxuyuruq və ya yazırıq. Odur ki yazı və oxu bacarıqları yazılı nitqə aid edilir.