Şötüklü
Şötüklü — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Şötüklü oyk. Cəlilabad r-nunun Boyxanlı i.ə.v.-da kənd. Burovar silsiləsinin ətəyindadir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqasini pirəmbəl tayfasından olan Şötükxan Göyçə oğlu adlı bir nəfərə məxsus ailələr saldığına görə bələ adlanmışdır. Azərbaycan dilinin dialektlarində şötük/şötix "dəvənin belinə bağlanan enli ip, örkən" mənasında işlənir. Oykonim Şotuqlu variantında da qeyda alınmışdır.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 350 nəfər əhali yaşayır.
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.