ŞILTAQÇI

sif.
1. Şıltaq, şıltaqlıq edən, heç şeydən razı qalmayan.
[Əbülhəsənbəy:] Mən qarşımda … şıltaqçı bir qız görürdüm. M.S.Ordubadi.
[Bacım:] [Xədicə] xəstədir, anası yoxdur, şıltaqçıdır. S.Hüseyn.

2. Ağlağan, tərs, inadcıl.
Çoxlarının bezdiyi və uzaq qaçdığı inadlı, şıltaqçı və ağlağan uşaqları Nazimə sanki əfsun ilə ələ alır. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞILTAQÇI bax: şıltaq
ŞILTAQCIL
ŞILTAQLIQ

Digər lüğətlərdə