İmam-i şəhriyari Mahmud Əfəndi
İmam-i şəhriyari və ya İmam-i sultani Mahmud Əfəndi (Konstantinopol – 3 may 1718, Fateh, İstanbul ili) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı.
Mahmud Əfəndi İstanbulda dünyaya gəlmişdir. Doğum tarixi bilinməsə də, Topxanalı Əhməd ağanın oğlu olduğu məlumdur. Mədrəsə təhsilini bitirdikdən sonra gözəl səsi olması səbəbilə əvvəlcə dövrün şeyxülislamı Ankaralı Mehmed Əmin Əfəndinin, ardından sədrəzəm Mərzifonlu Mustafa Paşanın imamı oldu. Daha sonra şeyxülislam Əli Əfəndinin dərslərinə qatıldı və 1682-ci ilin martında Sultan Mehmeddən alınan xüsusi icazəylə dini təhsilini tamamlamasıyla bağlı mülazimət (diplom) aldı.
1683-cü ildə İkinci Vyana mühasirəsinə qatıldı və daha sonra 1689-cu ilin iyulunda müdərris olaraq mədrəsələrdə dərs verməyə başladı. Bir çox mədrəsələrdə dərs dedikdən sonra 1695-ci ildə Sultan Mustafanın ikinci imamlığına gətirildi. Məhz bu səbəblə bəzi mənbələrdə imam-i şəhriyari və ya imam-i sultani ləqəbi ilə anılır. Uzun müddət davam edən müdərrislik həyatının ardından 1700-cü ilin yanvarında Yenişəhər qazısı təyin edildi. Sultana yaxınlığı səbəbilə dəyərli mülklərlə təltif edilsə də, ertəsi il vəzifədən alındı.